Əli Həsən oğlu Haqverdiyev (29 iyul 1939, Bakı – 14 sentyabr 1992, Bakı) — Azərbaycan Respublikasının Əməkdar Artisti, rəssam, aktyor, müğənni (bariton).[1]
Əli Haqverdiyev | |
---|---|
Əli Həsən oğlu Haqverdiyev | |
Ümumi məlumatlar | |
Doğum adı | Əli Həsən oğlu Haqverdiyev |
Doğum tarixi | 29 iyul 1939 |
Doğum yeri | |
Vəfat tarixi | 14 sentyabr 1992 (53 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Həsən Haqverdiyev |
Anası | Güllü Mustafayeva |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | aktyor, müğənni, rəssam |
Fəaliyyət illəri | 1962–1992 |
Səs tembri | bariton |
Mükafatları |
Əli Haqverdiyev 29 iyul 1939-cu ildə Bakıda rəssam Həsən Haqverdiyev və Güllü Mustafayevanın ailəsində anadan olmuşdur. 1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin qrafika şöbəsinə daxil olub. 1958-ci ildə eyni zamanda Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qəbul edilib. İstisna hal kimi Əli Haqverdiyevə hər iki məktəbdə paralel oxumaq imkanı verilib. 1961-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə daxil olmuş, Şövkət Məmmədovanın tələbəsi olmuşdur. 1962-ci ildə o zamanlar Akademik Opera və Balet Teatrına rəhbərlik edən Niyazi Ə. Haqverdiyevə qulaq asıb teatra işə qəbul edir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuşdur. Əli Haqverdiyev bir müddət Leninqrad Malıy Opera teatrında təcrübə də keçib. O, Üzeyir Hacıbəyovun "Koroğlu" və "Leyli və Məcnun" operalarında Həsən xanın, Nofəlin partiyalarını ifa etmişdir. "Arşın mal alan" musiqili komediyasının qrammofon valına yazılışında (1973) Soltan bəyin partiyasını oxumuşdur. Əli Haqverdiyevin ən yaddaqalan obrazı "Dədə Qorqud" filmindəki Yalıncıq obrazıdır. Azərbaycan Rəssamlar İttifaqının və Teatr Xadimləri İttifaqının üzvü olmuşdur. Teatrda işləməklə yanaşı Ə. Haqverdiyev 1981-ci ildən etibarən Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsində müəllim kimi çalışmışdır.[2]
Əli Haqverdiyev 1992-ci ilin sentyabrın 14-ü dənizdə yüksək gərginlikli cərəyana qapılması nəticəsində həlak olub.[3][4]