Həsən Məmmədzadə — diplomat, Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı sabiq səlahiyyətli səfiri.
Həsən Məmmədzadə | |
---|---|
Fayl:Həsən Məmmədzadə.jpg | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan MR |
Milliyyəti | azərbaycanlı |
Təhsili |
İslamabad Beynəlxalq Universiteti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası |
İxtisası |
Şərqşünas Diplomat |
Fəaliyyəti | Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı səfiri |
Həsən Məmmədzadə 1974-cü il 15 oktyabrda Naxçıvan MR-da anadan olmuşdur. 1996–2000-ci illərdə Pakistanda İslamabad Beynəlxalq Universitetində Şərq araşdırmaları üzrə təhsil alıb. 2003–2008-ci illərdə təhsilini Prezident yanında Dövlət İdarəçilik Akademiyasında davam etdirmişdir.[1]
2001-ci ilin iyun ayında 2003-cü ilin mart ayına qədər Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici Əlaqələr və Analitik informasiya şöbəsində Baş Mütəxəssis
2003-cü ilin mart ayından 2005-ci ilin iyun ayına qədər Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfirliyində ikinci katib, 2005-ci ilin iyun ayından 2006-cı ilin aprel ayına qədər isə birinci katib,
2006-cı ilin aprel ayından 2008-ci ilin iyun ayına qədər Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici Əlaqələr və Analitik informasiya şöbəsində baş məsləhətçi və 2008-ci ilin iyun ayından 2011-ci ilin dekabr ayına qədər sektor müdiri,
2012-ci ilin fevral ayında Azərbaycan Respublikasının Litva Respublikasındakı səfiri təyin edilir.
Həsən Məmmədzadə 2017-ci ilin dekabrında Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı səfir təyin edilib.[2] 16 iyul 2021-ci il tarixində geri çağrılmışdır.[3]