Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, yönləndirilə və ya silinə bilər. (sentyabr 2023) |
Qasımov Həsən Rəsul oğlu (16 mart 1957, Peştəsər, Yardımlı rayonu) — Komi Respublikası üzrə "Azərbaycan" cəmiyyətinin sədri.
Həsən Qasımov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Yardımlı |
Atası | Rəsul Qasımov |
Milliyyəti | azərbaycanlı |
İxtisası | Filoloq |
Həsən Qasımov 16 mart 1957-ci ildə Yardımlı rayonunun Peştəsər kəndində anadan olmuşdur. 1964-1974-cü illərdə orta məktəbdə təhsil alıb.1974-cü ildə hərbi xidmətə yollanıb.
1976-cı ildə Axundov adına Rus dili ədəbiyyat institutuna daxil olub.
Ali məktəbi bitirdiktən sonra təyinat üzrə Salyan, Şirvan rayonlarında rus dili və ədəbiyyat müəllimi kimi çalışıb.
1996-cı ildə Rusiya Federasiyasının Komi Respublikasının Uxta şəhərinə köçüb. 1997-ci ildə Komi Respublikası üzrə ilk dəfə olaraq "Azərbaycan" cəmiyyətinin əsasını qoyub və həmin təşkilatın 2015-ci ilə qədər sədri vəzifəsində çalışıb. Hazırda sözügedən təşkilatın fəxri sədridir.
Komi Respublikası üzrə "Azərbaycan" cəmiyyətinin fəaliyyəti dönəmində fasilələrlə azərbaycan və rus dillərində "Azərbaycan" qəzeti nəşr olunub.
Müsahibələrin birində Həsən Qasımov qeyd edib ki:
"Əsas məqsədimiz Azərbaycanın dilini, dinini, mədəniyyətini və milli adət-ənənələrini qoruyub saxlamaq və təbliğ etməkdir. Bizim bundan böyük məqsədimiz ola bilməz və hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı doğma Vətəninin sərhədini keçərkən öz şəxsi maraqlarından əvvəl xalqını, dövlətini düşünməlidir. Biz bütün yığıncaqlarımızda dəfələrlə qeyd edirik ki, harada yaşamağımızdan, işləməyimizdən, tutduğumuz mövqedən asılı olmayaraq biz azərbaycanlıyıq və milli ləyaqətimizi qoruyub saxlamalıyıq"[1]
2014-cü ildə Həsən Qasımov cəbhədə baş verən dəhşətli hadisələrlə əlaqədar öz təəssüf və narahatlığını bildirib.[2]
2015-ci ilin aprel ayında Komi Respublikasının Uxta şəhərində erməni diasporu qondarma "erməni soyqırımı"nın 100 illiyinin respublika səviyyəsində keçirilməsi üçün Şəhər Şurasında məsələ qaldırıb. Amma 15 ildən çoxdur Komidə fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin sədri, Uxta Şəhər Şurasının üzvü Həsən Qasımov və cəmiyyətin digər fəallarının məsələyə müdaxiləsindən sonra ermənilərə rəsmi olaraq rədd cavabı verilib.
Həsən Qasımov bu cür tədbirlərin Komidə yaşayan xalqlar arasında nifaq salmağa xidmət etdiyini bildirib. O, Roma Papasının qondarma "erməni soyqırımı" ilə bağlı mövqeyini pisləyib və belə bir yanaşmanın din xadimi üçün bağışlanılmaz səhv olduğunu bəyan edib. H. Qasımov Avropa Parlamentinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qətnamənin həqiqəti əks etdirməyən və I Dünya müharibəsinin real tarixi hadisələrini təhrif edən qərar olduğunu da qeyd edib.[3]
Ailəlidir iki oğlu var.