Həsən Qasımov (iqtisadçı)

Həsən Allahyar oğlu Qasımov ({{DVTY}} şablonu boşdur ) — iqtisad elmləri namizədi (1968), iqtisad elmləri doktoru (1985), professor (1987),[1]Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru (1992–1994).

Həsən Qasımov

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1940-cı ildə Naxçıvan MR-nın Naxçıvan şəhərinin inzibati ərazi vahidində yerləşən Qaraçuq kəndində anadan olmuşdur. 1968-ci ildə namizədlik, 1985-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1987-ci ildə professor adına layiq görülmüşdür. Professor H. Qasımovun tədqiqat obyekti Azərbaycanda aqrar-sənaye kompleksinin maddi-texniki bazasının formalaşması və inkişafı məsələləridir. Bir neçə monoqrafiyanın, 200-dən çox elmi məqalənin müəllifidir.

1961–1986-cı illərdə Azərbaycan SSR EA İqtisadiyyat İnstitutunda laborant, elmi işçi, şöbə müdiri, 1987–1992-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun direktoru, 1992–1994-cü illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun rektoru vəzifələrində çalışmışdır.

  1. "Həsən Qasımov". 2016-02-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-31.