Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi — Azərbaycanda kənd təsərrüfatı sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən müvafiq icra hakimiyyəti orqanı.
Kənd Təsərrüfatı Nazirliyi | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yurisdiksiya | Azərbaycan Respublikası |
Yaradılma tarixi | 23 oktyabr 2004 (28 May 1918) |
Tabelik | Azərbaycan Respublikası Prezidenti |
Ştat sayı | 185 |
Baş qərargah | Bakı |
Ünvan | Üzeyir Hacıbəyov küçəsi, 40, Hökumət Evi, AZ1000 |
Rəhbərlik | |
Nazir | Məcnun Məmmədov |
Nazir müavinləri |
İlhamə Qədimova Elçin Zeynalov Sarvan Cəfərov |
|
|
Rəsmi saytı | agro.gov.az |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə yenidən təşkil edilmişdir.
Nazirlik Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlət siyasətini işləyib hazırlayan və onu gerçəkləşdirən, normativ hüquqi və iqtisadi tənzimlənməni həyata keçirən, fitosanitar və baytarlıq sahələrində xidmətlər göstərən mərkəzi icra hakimiyyəti orqanıdır.
1918-ci il may ayında Azərbaycan Milli Şurası Demokratik Respublikanın ilk hökumətinin tərkibində Əkinçilik və Əmək Nazirliyi, 1918-ci ilin oktyabrında Dövlət Əmlakı və Əkinçilik Nazirliyi və 1920-ci ildə yaradılan Dövlət Torpaq Komissarlığı adları altında 1946-cı ilədək fəaliyyət göstərmişdir.
1946-cı ilin yanvarında Torpaq Komissarlığı Əkinçilik Nazirliyinə, həmin ilin fevralında Kənd Təsərrüfatı Nazirliyinə çevrildi.
Nazirlər Sovetinin 15 fevral 1947-ci il tarixli qərarı ilə Texniki Bitkilər Nazirliyi Kənd Təsərrüfatı Nazirliyinin tərkibinə daxil edildi. Azərbaycan KP MK və Nazirlər Sovetinin 3 dekabr 1985-ci il tarixli 392 nömrəli qərarına əsasən, Kənd Təsərrüfatı Nazirliyi, Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyi, Ət və Süd Sənayesi Nazirliyi, Yeyinti Sənayesi Nazirliyi, Kənd Tikinti Nazirliyi, Pambıqtəmizləmə Sənayesi Nazirliyi, Üzümçülük və Şərabçılıq üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatının İstehsalat-Texniki Təminatı Dövlət Komitəsi, Nazirlər Soveti yanında Kənd Təsərrüfatının aqrokimyəvi xidmət üzrə elmi-istehsalat birliyi, Nazirlər Soveti yanında Baş Quşçuluq İdarəsi, Kolxoz və Sovxozlarda tikinti üzrə Baş respublika idarəsi ləğv edilərək onların bazasında Dövlət Aqrar Sənaye Komitəsi yaradıldı.
1992-ci ildə müstəqil Azərbaycanın Kənd Təsərüfatı və Ərzaq Nazirliyi yaradılmış və 1993-cü ilədək fəaliyyətini davam etdirmişdir. 1993-cü ildə yenidən Kənd Təsərrüfatı Nazirliyi yaradılmış və fəaliyyətini davam etdirir.
Kənd Təsərrüfatı Nazirliyi, FAO, GTZ, TİKA, ABŞ-nin Beynəlxalq Yardım və İnkişaf Agentliyi (USAİD), Dünya Bankı, Asiya və İslam İnkişaf Bankları, İFAD, EKO, Avropa Komissiyasının Ərzaq Təhsükəsizliyi proqramı, Avropa Birliyi və onun TACİS proqramı, Beynəlxalq Elm Mərkəzləri ilə işgüzar əlaqələri genişlənmiş, onların maliyyə dəstəyi və texniki yardımı ilə həyata keçirilən 25-ə yaxın beynəlxalq layihələr Azərbaycanda aparılan aqrar islahata müsbət təsirini göstərib.