Həsən Rebaç (bosn. Hasan Rebac; 1894, Mostar – 4 avqust 1953, Belqrad) — Bosniya əsilli Yuqoslaviya yazıçısı və siyasətçisi.
Həsən Rebaç | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1894 |
Doğum yeri | |
Vəfat tarixi | 4 avqust 1953 |
Vəfat yeri | |
Fəaliyyəti | yazıçı |
Dini | islam |
Həsən Rebaç 1894-cü ildə Mostarda anadan olmuşdur. O, 1921-ci ilin aprelində Serbiya yazıçısı Aniça Saviç ilə evlənmişdir.[1][2] Rebaç 1930-cu ilin payızında həyat yoldaşı ilə birlikdə Şimali Makedoniyanın Skopye şəhərinə köçmüşdür. Onlar 1941-ci ildə Yuqoslaviyanın işğalına qədər orada qalmış, sonra Belqrada məcburi köçkün kimi getmişdilər.[3] Rebaç 4 avqust 1953-cü ildə ağır xəstəlikdən vəfat etmişdir. Həmin gecə onun həyat yoldaşı Aniça biləklərini kəsərək intihara cəhd etmişdir, lakin uğursuz olmuşdur.[4] O, iki ay sonra ürəyinə tapança ilə atəş açaraq intihar etmişdir.[5][6]