Yuqoslaviya əməliyyatı

Yuqoslaviya əməliyyatı, həmçinin Aprel müharibəsi[a] və ya 25 saylı əməliyyat[b] — 6 aprel 1941-ci ildə, İkinci Dünya müharibəsi zamanı Almaniyanın başçılığı ilə Ox dövlətlərinin Yuqoslaviya krallığına hücum əməliyyatı. Hücum əmri "25 nömrəli fürer direktivi”ndə irəli sürülmüşdür. Bu, Adolf Hitler tərəfindən 27 mart 1941-ci ildə, Yuqoslaviyada dövlət çevrilişində Ox dövlətlərinin tərəfdarı olan hökumətin devrilməsindən sonra verilmişdir.[4]

Yuqoslaviya əməliyyatı
İkinci Dünya müharibəsində Balkan kampaniyası
Yuqoslaviya və Yunanıstanda Ox qüvvələrinin hərəkətlərini təsvir edən xəritə
Yuqoslaviya və Yunanıstanda Ox qüvvələrinin hərəkətlərini təsvir edən xəritə
Tarix 6–18 aprel 1941
Yeri Yuqoslaviya
Nəticəsi
Ərazi dəyişikliyi
  • Yuqoslaviyanın işğalı
  • Yuqoslaviyanın Ox dövlətləri arasında bölüşdürülməsi
  • Ox tərəfdarı kukla rejimlərin yaradılması
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hücum əməliyyatı Lüftvaffe (Almaniya Hərbi Hava Qüvvələri) tərəfindən BelqradKral Yuqoslaviya Hərbi Hava Qüvvələrinin (VVKJ) obyektlərinə böyük hava hücumu və Bolqarıstanın cənub-qərbindən Almaniya quru qüvvələrinin hücumları ilə başlamışdır. Bu hücumların ardınca Rumıniya, MacarıstanOstmarkdan (indiki Avstriya, sonradan Almaniyanın bir hissəsi) Almaniyanın hücumları baş tutmuşdur. İtaliya qüvvələri 11 aprelə qədər hava və artilleriya hücumları ilə məhdudlaşmışdı, lakin sonradan İtaliya ordusu Lyublyanaya (indiki Sloveniyada), həmçinin İstriyaLikadan keçərək Dalmatiya sahillərindən aşağıya doğru hücum etmişdir. Həmin gün Macarıstan qüvvələri Yuqoslaviyada BaçkaBaranyaya daxil olmuşdular. İtaliya qüvvələri kimi onlar da praktiki olaraq yüngül müqavimətlə üzləşmışdilər. İtaliyanın Albaniya protektoratının şimal hissələrinə Yuqoslaviyanın hücumu ilkin müvəffəqiyyətlə qarşılanmışdı, lakin Yuqoslaviya qüvvələrinin qalan hissəsinin dağılması səbəbindən nəticəsiz qalmışdır.

Alimlər Kral Yuqoslaviya Ordusunun qəfil süqutu üçün bir neçə nəzəriyyə irəli sürmüşdülər. Bunlara zəif təlim və təchizat, hərbi əməliyyatların tez dayandırılmasını təmin etmək istəyən generallar və xorvat, sloven və etnik alman beşinci kolonnanın fəaliyyəti aiddir. Beşinci kolonna nəzəriyyəsi onların son nəticəyə çox az təsir göstərdiyini irəli sürən alimlər tərəfindən sorğulanmışdır. 17 aprel 1941-ci ildə Yuqoslaviya ordusunun qeyd-şərtsiz kapitulyasiyasına əsaslanan və 18 apreldə günorta saatlarında qüvvəyə minən atəşkəs müqaviləsinin imzalanması ilə işğal başa çatmışdır. Yuqoslaviya krallığı daha sonra Ox dövlətləri tərəfindən işğal edilmiş və bölüşdürülmüşdür. SerbiyaBanatın böyük hissəsi Almaniyanın işğal zonasına çevrilmiş, Yuqoslaviyanın digər əraziləri isə qonşu Ox ölkələri, Almaniya, Macarıstan, İtaliya, Albaniya və Bolqarıstan tərəfindən ilhaq edilmişdir. Xorvatiya Müstəqil Xorvatiya Dövləti olmuşdur (serb-xorv. Nezavisna Država Hrvatska). Bu, Srem, Bosniya və Herseqovina, eləcə də Xorvatiya torpaqlarını əhatə edən işğal zamanı yaradılmış Ox kukla dövləti idi. 28 oktyabr 1940-cı ildə İtaliyanın Yunanıstana dayanmış işğalı və Almaniyanın "Marita" əməliyyatı adlanan Yunanıstana hücumuKritin işğal edilməsi ("Merkur" əməliyyatı) ilə yanaşı, Yuqoslaviya işğalı Almaniyanın Balkan kampaniyasının (alm. Balkanfeldzug‎) bir hissəsi idi.

1940-cı ilin oktyabrında faşist İtaliya Yunanıstan krallığına hücum etmişdir, lakin Albaniyaya geri çəkilməyə məcbur qalmışdır. Almaniya diktatoru Adolf Hitler müttəfiqi, İtaliya diktatoru Benito Mussolininin köməyinə getməyin zəruriliyini dərk etmişdi. Hitler bu addımı təkcə Ox dövlətlərinin azalmış prestijini bərpa etmək üçün deyil, həm də Britaniyanın Nasist Almaniyasının neft ehtiyatlarının böyük hissəsini təşkil edən Rumıniyanın Ployeşti neft yataqlarını bombalamasının qarşısını almaq üçün atmışdı.[5]

1940-cı ildə və 1941-ci ilin əvvəllərində Macarıstan, RumıniyaBolqarıstan üçlü pakta riayət etməyə razılaşaraq Ox dövlətlərinə qoşulmuşdular. Hitler daha sonra Yuqoslaviyaya da bu pakta qoşulması üçün təzyiq etmişdir.[6] Regent şahzadə Pavel Qarageorgiyeviç bu təzyiqə boyun əymiş və 25 mart 1941-ci ildə Yuqoslaviyanın Pakta qoşulduğunu elan etmişdir.[7] Bu addım serblərin üstünlük təşkil etdiyi hərbi zabit korpusu, Xalq MüdafiəsiÇetniklər Təşkilatı kimi serb təşkilatları, Serb Pravoslav Kilsəsi, serb əhalisinin böyük bir hissəsi, eləcə də liberallar və kommunistlər tərəfindən bəyənilməmişdi.[6] Hərbi zabitlər (əsasən serblər) 27 mart 1941-ci ildə dövlət çevrilişi etmiş, regenti istefaya məcbur etmiş və 17 yaşlı kral II Pyotr Qarageorgiyeviçin taxta çıxdığını elan etmişdir.[6]

Yuqoslaviyanın işğalı və bölüşdürülməsi.

Təslim olunduqdan sonra Yuqoslaviya Almaniya, Macarıstan, İtaliya və Bolqarıstan arasında bölüşdürülmüşdür. Almaniya Serbiyanın böyük hissəsini nəzarət altına almışdır. Faşist "Ustaşe"nin lideri Ante Paveliç işğal hələ bitməmiş Xorvatiya Müstəqil Dövlətini elan etmişdir, lakin Xorvatiya əslində Almaniya və İtaliyanın birgə nəzarəti altında idi.[6]

18 aprel 1941-ci ildə Yuqoslaviya Ordusu rəsmən Ox qüvvələrinə təslim olduqdan sonra Kral Yuqoslaviya Ordusu polkovniki Draja Mixayloviç dərhal Serbiya və Şərqi Bosniyanın dağlarında işğalçı qüvvələrə qarşı müqavimət təşkil etməyə başlamışdır. Mixayloviç kral II Pyotr və onun Britaniyada sürgündə olan Yuqoslaviya hökuməti tərəfindən ordunun bu yeni partizan versiyasının generalı və Müharibə naziri təyin edilmişdir. Mixayloviç komandanlığı altında olan və 100,000-ə qədər fəal əsgərdən ibarət partizan qüvvələrinin hələ də "Kral Yuqoslaviya Ordusu" kimi xatırlanmasını israr etməyə çalışsa da, ABŞ və Britaniya kəşfiyyatı və mediası onları ardıcıl olaraq "çetniklər" adlandırırdı. Bu, çaşqınlığa səbəb olmuşdu, çünki həm general Milan Nediçin tabeliyində olan Yuqoslaviya partizan qüvvələri, həm də Mixayloviçin komandanlığı altında olmayan kralçı partizan qüvvələri də "çetniklər" adlanırdı. Sovetlər 22 iyun 1941-ci ildə Müttəfiqlər tərəfində müharibəyə tam daxil olduqdan sonra İosip Titonun başçılığı ilə Yuqoslaviya partizanları da Ox dövlətləri ilə vuruşmağa başlamışdılar. Başlanğıcda həm Yuqoslaviya partizanları, həm də "çetniklər" müqavimət göstərsələr də, 28 noyabr–1 dekabr 1943-cü il tarixlərində baş tutmuş Tehran konfransında Çörçillin göstərişi ilə Britaniya və ABŞ hökumətləri Mixayloviçin Yuqoslaviya Kral Ordusunun "çetniklər"inə bütün dəstəyini geri götürdükdən və Mixayloviçin qüvvələrinə qarşı davamlı vətəndaş müharibəsi aparan kommunist partizanlara əlavə yardım göstərməyə qərar verdikdən sonra partizanlar əsas müqavimət gücünə çevrilmişdilər. Nəhayət, bütün kənar yardımlardan məhrum olan Mixayloviçin Kral Yuqoslaviya Ordusu Serbiyada yaxşı silahlanmış, dəstəklənən və təchiz edilmiş partizanlar və işğalçı sovet qüvvələri tərəfindən məğlub edilmişdir.[8]

  1. sloven. Aprilska vojna, serb. Априлски рат, Aprilski rat,[1] xorv. Travanjski rat
  2. alm. Unternehmen 25[2] və ya Projekt 25[3]
  1. Redžić, 2005. səh. 9
  2. Vogel, 2006. səh. 526, n. 158
  3. Chant, 1986. səh. 196
  4. Tomasevich, 1975. səh. 55
  5. Tomasevich, 1969
  6. 1 2 3 4 Tomasevich, 1975
  7. Tomasevich, 1975. səh. 39
  8. Patriot or Traitor: The Case of General Mihailovich.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]