Həsən Səfərli

Həsən Səfər oğlu Səfərli (15 aprel 1898, Naxçıvan2 iyun 1960, Naxçıvan) — aktyor, rejissor, müəllim, Naxçıvan MSSR əməkdar müəllimi (1960).

Həsən Səfərli
Həsən Səfər oğlu Səfərli
Doğum tarixi
Doğum yeri Naxçıvan, İrəvan quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi (71 yaşında)
Vəfat yeri Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Dəfn yeri Naxçıvan
Təhsili

Həsən Səfərli Naxçıvan şəhərində anadan olub. Yerli ibtidai məktəbi bitirib, 1909-cu ildə ilk dəfə səhnəyə Hüseyn Ərəblinskinin tamaşaya qoyduğu "Nadir şah" pyesindəki rolu ilə qədəm qoyub. 1913–1917-ci illərdə İrəvan Müəllimlər Seminariyasında təhsil alıb.[1] Seminariyadakı dram dərnəyinin fəal üzvlərindən olub. İrəvanın teatr truppasında da epizod rollarda səhnəyə çıxıb. Seminariyanı 1917-ci ildə bitirərək Naxçıvana qayıdıb. Həmin ildən müəllimlik fəaliyyəti ilə yanaşı, həvəskarların truppasında, 1931-ci ilə qədər Naxçıvan Dövlət Dram Teatrında aktyor, rejissor, baş rejissor kimi çalışıb.[2][3] "Rüşdiyyə", "Məktəbi-xeyriyyə" məktəblərində, Müəllimlər Seminariyasında, Pambıqçılıq texnikumunda, ikiillik Müəllimlər İnstitutunda dərs deyib. 18 may 1960-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının əməkdar müəllimi fəxri adına layiq görülüb.[2]

  1. Fərrux Rüstəmov. İrəvan Müəllimlər Seminariyası və onun məzunları (PDF). Bakı: Elm və təhsil. 2022. səh. 160. ISBN 978-9952-5455-010.
  2. 1 2 İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. II cild. Azərnəşr. Bakı, 2017. s.70
  3. "Naxçıvan maarifçilərinin hünəri". 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-12.