Həsən Xosrov Xatəmi

Həsən Xosrov Xatəmi (d. 12 dekabr 1938[1], İstanbul, Türkiyə) — Azərbaycan əsilli türk tibb professoru, daxili xəstəliklər mütəxəssisi, yazıçı, şair.[2][3]

Həsən Xosrov Xatəmi
Doğum tarixi (85 yaş)
Doğum yeri İstanbul, Türkiyə
Vətəndaşlığı Türkiyə Respublikası
Həyat yoldaşı Sezer Göze
Atası Əli Əsgər Xatəmi
Milliyyəti Azərbaycanlı
İxtisası Daxili xəstəliklər
Təhsili İstanbul Universiteti
Fəaliyyəti Tibb Şairlik Yazıçılıq
Mükafatları Şer mükafatı

1898-də İranın Salmas şəhərində doğulan Əli Əsgər Xatəmi Bəy ilə 1910 da İstanbulda doğulan Azərbaycan immiqrantı Cəmilə xanımın əkiz uşaqlarından biri olaraq dünyaya gəlmişdir. Əkiz qardaşı Hüseyn Xatəmi hüquq professorudur.[4]

1959-cu ildə qələbə yoldaşı Sezer Göze ilə tanış olmuş, 1963-cü ildə evlənmişdir. Bu evlilikdən iki övladı: İbrahim və Aybikə olmuşdur.[3]

2007-ci ildə özü kimi daxili xəstəliklər sahəsi üzrə mütəxəsis olan oğlu tərəfindən bağırsaq xərçəngi diaqnozu qoyulmuşdur.

Tələt paşa ibtidai məktəbini və Şişli orta məktəbini bitirmişdir. 1956-cı ildə Atatürk Kişi Liseyindən məzun olmuşdur. 1962-ci ildə İstanbul Universitetinin Tibb fakültəsini bitirmişdir.[2]

1966-cı ildə daxili xəstəliklər üzrə mütəxəsis və 1971-ci ildə dosent olmuşdur. Endokrinoloji ve Metabolizma xəstəlikləri ilə məşğul olmuş və 1978-ci ildə professor olmuşdur. 1982–1986-cı illər arasında Cərrahpaşa Tibb fakültəsində Nüvə Tibb sahəsinə rəhbərlik etmişdir. 2006-cı ildə yaş həddinə görə təqaüdə ayrılmışdır. Bundan sonra Alman xəstəxanasında çalışmışdır.[1]

Tibb sahəsi ilə yanaşı güclü ədəbiyyat və ədəbiyyat tarixi bilgisi ilə məşhurdur.[3]

588 elmi yayımı olmuşdur. Yazdığı və yazılmasında iştirak etdiyi kitabların sayı 15-dir.[5]

İlk şer kitabı 1968-ci ildı yayımlanmışdır: Köhnə şəhərdə bir gecə. Daha sonra 1973-cü ildə Axşam gömrükçüləri, 1987-ci ildə Lodosçu, 1988-ci ildə Kritli uşaq, 1990-cı ildə 68-90 şerləri, 1994-cü ildə Gün axşamlıdır (Türk yazarlar Birliyindən Şer mükafatı almışdır), 1996-cı ildə Çəngəlköydə bir cəng, 2000-ci ildə 1990-2000 şerləri, 2005-ci ildə Qaraqavaq yayımlanmışdır.[6] İlk nəsr əsərini 1988-ci ildə yazmışdır: Yaxşı bax zatına. Bundan sonra daha 10 nəsr əsəri yazmışdır. 1998-ci ildə Yozlaşmadan uzlaşmaq adlı kitabı Türk Yazarlar Birliyinin Cəhd etmə mükafatını almışdır.[7]

Qaravak adlı CD-də öz şerlərini səsləndirmişdir. Memar Mürsəl İşıq isə Həsən Hatəminin şerlərinə rok bəstələr etdiyi CD-ni çıxarmışdır.[6]

  1. 1 2 "Aynı kıza aşık oldular, URL erişim tarihi:9 Temmuz 2008". 2010-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-20.
  2. 1 2 "Hüsrev Hatemi hayatı". 2021-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-25.
  3. 1 2 3 "Hüsrev Hatemi ( 1939)". 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-25.
  4. Hasan Hüsrev Hatemi ve Şiiri Üzerine, URL erişim tarihi:9 Temmuz 2008[ölü keçid]
  5. "Prof. Dr. Hüsrev Hatemi". 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-25.
  6. 1 2 "Hasan Hüsrev Hatemi". 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-25.
  7. "Prof. Dr. Hüsrev Hatemi'yle Bir Hoş Seda". 2019-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-25.