Həsən bəy Fətəlibəyov

Həsən bəy Həsən bəy oğlu FətəlibəyovRusiya çar ordusununAzərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun hərbi xadimi.

Həsən bəy Fətəlibəyov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Ətyeməzli, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Həyat yoldaşı Ədilə xanım
Uşaqları Leyla xanım, Ənvər bəy
Hərbi fəaliyyəti
Qoşun növü Atlı qoşun
Rütbəsi Uryadnik
Döyüşlər Rus-yapon müharibəsi
Azərbaycan-Ermənistan müharibəsi (1918-1920)
Təltifləri IV dərəcəli Müqəddəs Vladimir ordeni

Həsən bəy Fətəlibəyov 18 dekabr 1886-cı ildə Şuşa qəzasının Ətyeməzli obasında zadəgan ailəsində anadan olub. Zaqafqaziya (Qori) Seminariyasının Tatar-Azərbaycan şöbəsini 5 mart 1916-cı ildə, 271 saylı şəhadətnamə ilə bitirib. Şəxsi işində ailə tərkibi də qeydə alınmışdır: 12 aprel 1896-cı ildə anadan olan arvadı Ədilə xanım, 4 dekabr 1913-cü ildə anadan olan qızı Leyla xanım, 2 mart 1915-ci ildə anadan olan oğlu Ənvər bəy.

29 oktyabr 1917-ci ildə Tatar-Azərbaycan süvari alayının ehtiyat bölməsinə könüllü qəbul olunub. 23 noyabr və 5 dekabr Müsəlman Korpusuna əsgər yığmaq üçün Borçalı qəzasına ezam olunub. 4 yanvar 1918-cu ildə uryadnik rütbəsi verilib və general-leytenant Əli ağa Şıxlinskinin əmrilə oboz (hərbi araba karvanı) komandiri təyin edilib. 1-ci Tatar-Azərbaycan süvari alayının kollec registratoru olub, qoşunu ərzaqla təchiz edib və onu mənzillərə yerləşdirib. Dövlət müşaviri, birinci dərəcəli könüllü əsgər olub.

4 yanvar 1919-cu ildə ailə vəziyyətinə görə hərbi xidmətdən tərxis olunub.

  • Hacıyev Qasım Əhəd oğlu, Çingizoğlu Ənvər — Qarabağlı hərbiçilər: çar və AXC ordusunun zabitləri (Bakı, 2011)