Həsən bəy Rzaqulu bəy oğlu Əlibəyov (1835, Şuşa – 1900, Qaryagin, Cəbrayıl qəzası) — şair.
Həsən bəy Hadi | |
---|---|
Həsən bəy Rzaqulu bəy oğlu Əlibəyov | |
Təxəllüsü | Хади |
Doğum tarixi | 1835 |
Doğum yeri | |
Vəfat tarixi | 1900 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | şair |
Həsən bəy Hadi Vikimənbədə |
Həsən bəy Rzaqulu bəy oğlu 1835-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. İbtidai təhsilini Mirzə Kərim bəy Hacı Mirzə Məhəmməd bəy oğlundan almışdı. Ticarətlə məşğul idi. Əsasən Qaryagin (indiki Füzuli) şəhərindəki bazarda dükan işlədirdi. 1900-cü ildə Qaryagin (indiki Füzuli) şəhərində vəfat etdi. Bərdə şəhərində İmamzadə gorgahında dəfn edildi.
Həsən bəy şair idi. Hadi təxəllüsü ilə şeir yazırdı. Təzkirəçi Mir Möhsün Nəvvab öz ünlü əsəri "Təzkireyi-Nəvvab"da deyirdi: "Ağa Həsən bəy Rzaqulu bəy oğlu Qarabağın Şuşa əhalisindən, Hacıyusifli məhəlləsındəndir. Şuşada da anadan olub. Özünün dediyinə görə indi 65 yaşi var. Düz əxlaqlı, qarasifət, qaragöz bir kişi idi. Təxəllüsü Hadi, alverlə məşğuldu, həcvlər, satiralar, qəzəllər və pərakəndə şerləri var". Həsən bəy Hadi "Əkinçi" qəzetinin redaktoru Həsən bəy Zərdabi ilə çəkişirdi. Qəzetin aşura sataşmalarına həcvlərlə cavab verirdi. Seyid Əzim Şirvani onu Həsən bəy Zərdabiyə görə tənqid etmişdi.