Həsən bəy Müqimi — XVII əsr Azərbaycan şairi.
HƏSƏN BƏY MÜQİMİ | |
---|---|
Həsən bəy Şəkəroğlu-Baharlı | |
Vəfat yeri | Dəkən |
Fəaliyyəti | şair |
Həsən bəy Qaraqoyunlu elinin Baharlı oymağındandır. Şəkəroğlu soyundan olan Həsən bəy şair idi. Müqimi təxəllüsü ilə şeir yazırdı. XVII əsrdə yaşamışdı.
Onun haqqında Məhəmmədəli Tərbiyət yazır: "Həsən bəy Şəkəroğlu adı ilə məşhurdur. Ata tərəfindən onun qohumluğu Baharlı tayfası böyüklərindən olan Əlişəkər bəyə və ana tərəfindən isə qohumluğu Cahanşah padşaha çatır. O, şeirşünaslıqda, xətşünaslıqda və musiqi elmində bacarıqlı, əxlaq rəftar cəhətdən tərifə layiq bir şəxs olmuşdur. Bəzi hallarda şeir qoşmuş və Müqimi təxəllüs etmişdir.("Həft iqlim").
Həsən bəy Müqimi Əkbər padşahın zamanında hicri qəməri 997 (1588)-ci ildə Hindistana getmiş və bu zaman Dəkənə bir dövlət işi üçün göndərilmiş, onunla qohumluğu olan Əbdürrəhman xan xanixananın yanında qulluq etmək ona tapşırılmışdır. Müqimi hicri qəməri XI (XVII) əsrin əvvəlində Dəkəndə vəfat etmişdir. ("Nətayicil-əfkar").
Xoşgu "Həsən" sözündə və "Ruzi-Rövşən" əsərinin müəllifi "Müqimi" sözündə Həsən bəyin tərcümeyi- halını vermişlər. "Şəmi-əncümən" əsərinin müəllifi isə hər iki sözdə onun haqqında məlumat vermişdir. O, "Həsən" sözündə deyir: "Müqiminin divanı öz xətqilə təxminən min beytdir". "Şəmi-əncümən" əsərinin müəllifi Məhəmməd Sədr Həsənxanın bu sözlərindən məlum olur ki, o, iki təxəllüsünün bir adama aid olduğunu bilmir və şübhəsiz ki, Müqiminin kiçik divanı "Həsən" təxəllüsü ilədir.
Müqimi, bir çağrılmamış qonaq, gəlmiş hüzuruna,
Tənə vurma bu miskinin xəcaləti bəsdir ona!
Vüsalın hisrətilə yolunu gözləyirəm,
Görən kimi uzaqdan özümü gizləyirəm.
Qasid məni görəndə gizlənib daldalanır,
Yar dilindən yalanlar söyləmiş, o utanır.
Təklikdə bir dünya zəhr yesən ruhu sarsıtmaz,
Milçək tək insanla bal yesən, gönülə yatmaz.