Həsənabad mahalı — Qaradağ xanlığının 18 mahalından biri.
Qaradağ xanlığının inzibati-ərazilərindən biri də Həsənabad mahalıdır. Bəzi mənbələrdə Həsənov kimi də qeyd olunur. Həsənabad Meşəpara, Kəleybər və Mincivan mahalları ilə həmsərhəddir. İnzibati mərkəzi Həsənbəyli kəndi idi. Bu mahal özündə 25 kəndi birləşdirirdi.
Həsənabad mahalının əsas elləri Həsənbəyli və İlyasxanlıdır. Həsənbəyli elinin bəyləri mahalı idarə edirdilər. N.Dubrovin yazır ki,
"Bəylər özlərinin mülklərində və mahallarında tam hakimdirlər. Heç bir nökər öz ağası barəsində şikayət qaldıra, heç bir tacir bəyi öz borcunu ödəməyə məcbur edə bilməz".[1]