Həsənbəyli tayfası (əski əlifba ilə:حسنبیگلو) — Qaradağ və ya digər adı ilə Arasbaran bölgəsində yaşayan əsas türk tayfalarından biri.
Türk tayfalarından biri olan Həsənbəylilər hal-hazırkı İranın Şərqi Azərbaycan ostanının Qaradağ bölgəsində yaşamaqdadırlar. Onların yaylaq bölgəsini Meşə Parə bölgəsinin qərb hissəsi, qışlarlarını isə Dizmar-e Qərbi bölgəsinin şimal hissəsi təşkil etməkdədir. Tayfanın yaylaqları Həsənabad dehistanlığının mərkəzi və cənub hissələrimdə, Meşəparə dehistanlığının qərbində, qışlaqları isə Dizmar dehistanlığının şərqində, Mincivan dehistanlığının cənub-qərbində yerləşməkdə idi. Hal-hazırda bu tayfaya mənsub olanların çoxu oturaq həyat tərzi sürməkdədir və əsasən Tehran şəhəri ətrafında yaşamaqdadırlar. Tayfanın son başçısı Mustafa xan Əhmədi olmuşdur. Onun soyundan gələn və Mirəhmədi soyadını daşıyan insanlar XX əsrin əvvəllərindən, yəni Məşrutə inqilabının baş verdiyi zamandan etibarən İranın siyasi həyatında mühüm rol oynamışdırlar.[1][2][3]
XX əsrin ortalarına aid İran ordusu sənədlərinə görə Həsənbəyli tayfası 1608 ailədən ibarət olmuşdur. 1960-cı illərdə tayfanın başçısı Mir Mustafa Əhmədi idi. Tayfa bu zaman 50 tirəyə bölünmüşdü:[4]