Qaradağ tayfaları

Qaradağ vilayətinin Garmanab kəndindəki Çaparlı adlanan yer.

Qaradağ tayfalarıArasbaran və ya digər adı ilə Qaradağda yaşayan tayfalar üçün nəzərdə tutulmuş ümumi ad. Qaradağ geniş dağlıq ərazisidir və Cənubi Azərbaycan ərazisində olan Şərqi Azərbaycan ostanın şimalında yerləşir. Burada bir çox türk tayfası məskunlaşmışdır. Bunlara misal olaraq Çələbiyanlı, Bəydili, Hacıəlili, Məhəmmədxanlı, Hüseynəkli, İlyasxanlı, Həsənbəyli, Toxmaqlı, Bayburdlu, Qaraçorlu[a]Qaradağlı tayfalarını göstərmək olar. Bütün bu tayfalar indi oturaq həyat yaşasalar da, onların mədəniyyətlərinin xarakterik xüsusiyyətləri köçəri həyat tərzi üzərində inşa edilmişdir və hal-hazırda da davam etməkdədir.[1]

Torpaq sahibliyi

[redaktə | mənbəni redaktə et]

A. Lamptona görə Qaradağ xanlığında otlaqlar xana məxsus idi və o eyni zamanda qışlaq bölgələrindəki əkinə yararlı torpaqlara da sahiblik etməkdə idi.[2]

Qaradağ bölgəsi böyük bir dağlıq ərazini əhatə etməkdədir. Bölgə Əhərin cənubundakı Qoşadağ massivindən Araz çayına qədərki bölgəni əhatə edir. 1880-1894-cü illərdə Təbrizdəki xristian missionerliyində çalışmış və Qaradağ bölgəsinə gəlmiş ilk avropalılardan olan Samuel Graham Vilson öz əsərində bölgədəki türk tayfaları barədə bunları yazmaqdadır.[3][4]

Bəzi köçərilər qışlarda kəndlərdə yaşayırlar. Yaz gələn kimi onlar düzənlikləri tərk edir, dəyərli olan hər şeyi özləri ilə götürür, evlərini tərk edir və sökür, hətta məntəqədə gözətçi belə saxlamırlar. Bəzi kəndlilər öz ətraflarında əkinçiliklə məşğul olurlar və bir neçə şəxs məhsulu toplamaq üçün geridə saxlanılır. Dağlarda xeyli şumlanan münbit torpaq var, taxıl əkir və növbəti il onu biçməyə geri dönürlər. Onlar feodal sistemdə yaşayırlar və tirələr xan və ya başçıya tabedirlər. Xanlar onları ziyandan qoruyur və müharibədə onların başçıları olurlar. Onların şahdan asılılığı cüzidir. Onlar hökumətin illik vergisini göndərir və müharibədə döyüşçü ilə təchiz edirlər. Bu yarımmüstəqillik əlləri çatan hər kəsə zülm etmə imkanı verir. Tez-tez olmasa da, biz onların düşərgələrindən keçdik. Onların evdə toxunmuş yun parçadan hazırlanmış qara və ya qəhvəyi çadırları təpəliklərdə cəmləşmişdi. Bzən onlar qamış pərdələrlə əhatələnmiş halda idi. Onlar sərvətləri sürü və mal-qaralarından ibarətdir və onların məhsulunu şəhərlərdən özlərinə lazım olan şeylərlə dəyişirdilər. Sürülərinə necə əlavə etdiklərinə xüsusi diqqət yetirmirlər. Muzhumbar [Meşq Anbar] kəndi ətrafında öz sürülərinin oğurlanmasından şikayətlənirdilər. Biz oğruları təpəliklərdə sürüləri bizim üstümüzlə apardıqlarını gördük. Bu köçərilərin pis reputasiyasını bildiyimiz üçün onların çadırlarının yanından narahatlıqla keçirdik.

1960-cı ildə bölgəni ziyarət edən Oberling vəziyyətin Vilsonun buraya səfərindən bəri o qədər də dəyişmədiyini qeyd edir. O, Azərbaycandakı köçəri çadırlarının Cənubi İrandakı türk çadırlarından xeyli fərqləndiyini bildirir. Azərbaycandakı çadırlar qara ikən, Cənubi İrandakılar keçi tükündən hazırlanırmış çadırları dairəvi və ağ imiş. Oberling Azərbaycandakı çadırların təsvirini verdikdən sonra onların ən böyüyünün belə qısa müddət ərzində sökülüb yenidən yığıla biləcəyini qeyd edir. Varlı köçərilər, xüsusən başçılar və onların qohumları bu çadırların köçürülməsində dəvələrdən istifadə edirlərmiş. Kasıb köçərilər isə inəklərdən və öküzlərdən bu iş üçün yararlanırlarmış. O zaman (1960-cı illərdə) yaxşı dəvənin qiyməti 500 dollar imiş və çok lüks hesab edilirmiş. Oberling bu köç prosesində çox yük daşıya bilən dəvələrin əvəzedilməz olduğunu qeyd etməklə yanaşı, bəzi şahsevənlərin yük maşınlarından da istifadə etdiklərini bildirir.[5]

Oberling Qaradağ köçərilərinin 3-4 ayı yay otlaqlarında (bu otlaqları bir qayda olaraq icarəyə götürürdülır), 6 ayı qışlaq evlərində, yerdə qalan ayları isə əsasən köç yollarında keçirdiklərini bildirir. Çox zaman başçılar torpaqları və otlaqları öz əlində tuturdu.[4] 1804-1813-cü illər Qacar-Rus müharibəsində Qaradağ bölgəsində yaşayan insanların çoxu köçəriliklə məşğul idi. Əsas tayfalardan olan Hacıəlililər 800 çadırdan, Bəydililər 200 çadırdan və digər qruplar 500 çadırdan ibarət idi.[6] Bu zaman Qaradağ bölgəsinin yeganə şəhəri olan Əhərdə 3500 insan yaşamaqda idi.[7] Qalan üç tayfanın nə vaxt yarandığı bəlli deyil. Arasbaranda tayfa etnik anlayışdan daha çox siyasi bir varlıq olmuşdur və buna görə də qəbilədəki müxtəlif ailələr arasındakı bağ onların ümumi bir başçıya sədaqətindən qaynaqlanırdı. Buna görə də, tarix boyunca çətin bir anda əsasən xan ailəsindən çıxan bir şəxs digər köçəri ailələrindən ətrafına şəxslər toplayaraq yeni bir tayfa yarada bilərdi.[8]

Məşrutə inqilabı dövrü

[redaktə | mənbəni redaktə et]

Məşrutə inqilabının başlanması

[redaktə | mənbəni redaktə et]

1906-cı ilin 30 dekabr tarixində ölüm ayağında olan Qacar şahı Müzəfərəddin şah konstitusiya barədə fərman imzaladı. Lakin 1907-ci ilin yanvarında Müzəfərrəddin şah vəfat etdi və onun yerinə Azərbaycan valisi olmuş, vəliəhd şahzadə Məhəmmədəli Mirzə şah oldu. Yeni şah Tehrana daxil olarkən onu müşayət edənlərdən biri də Rəhim xan idi. Şah Rəhim xanı saray süvarilərinin komandanı (rīāsat-e savārān-e dīvānī ) təyin etdi. Bundan başqa NÜsrət-əl-Sultan və Sərdar-e Nüsrət titulları da Rəhim xana verildi.[9][10][11]' Müxbirüssəltənə, xatıratında bu ifadəni işlədir:[12]

Qəməri 1327/ 1909-cu il tarixində Ərdəbil, Meşkinşəhr, Sərab, XalxalQaradağ el və əşirətlərinin rəisləri bir araya gələrək, Rəhim xana; Həzrət-i Əcəl ləqəbi verib, ittifaqla özlərinə rəis seçdilər.

Yeni şah despotik xarakterli olduğu üçün konstitusiyanı ortadan qaldırmaq üçün çalışırdı. O, qısa, lakin tufanlı hakimiyyəti zamanı parlamenti ləğv etməyə və əncümənləri dağıtmağa çalışırdı. Ona bu prosesdə köçəri tayfalar və yarımmüstəqil hakimlər dəstək olurdular. Onlar məşrutəçilərin tam hakimiyyəti ələ alması ilə status quo-nun pozulacağını və öz hakimiyyətlərinin zəifləyəcəyini düşünürdülər. Bu tayfa liderləri içərisində şaha ən sadiqi çələbiyanlı elinin xanı Hacı Rəhim xan idi. 1907-ci ilin mayında Rəhim xanın oğlu Böyük xan[b] üsyana başladı. Böyük Britaniyanın parlament müzakirələrində bildirilirdi:[14]

21 mayda 3 kişi Təbrizin teleqraf stansiyasına yerli məclisin [əncümənin] orada oturan bəzi üzvlərini öldürmək üçün daxil olmuşdurlar. Onların hərəkətləri diqqətləri cəlb etmiş və onlar həbs edilmişdirlər. Onlardan biri müqavimət göstərmiş, atışma olmuş və o, ölümcül yaralanmışdır. Onlardan yaralanmamış olan ikisi yaxşıca döyüşmüş və etiraf etmişdirlər ki, onlar Qaradağdandırlar və şahın əyanı İkram-əs Səltənə tərəfindən onların hər birinə məclisin aparıcı üzvlərini öldürmək üçün 100 tümən pul və tapanca verilmişdir. Yaralanan adam ölməmiş yoldaşlarının dediklərini qəbul etmişdir. 22 mayda məlum oldu ki, Rəhim xanın böyük oğlu Böyük xan güclü bir qüvvə ilə Təbrizə doğru yola çıxmış və yolunun üstündəki kəndləri yağmalamışdır. İki gün sonra bu xəbərə görə yaranmış narahatlıqlar dağıldı, çünki telegram göndərildi və bildirildi ki, yerli tayfa Rəhim xanın mülklərinə onun oğlunun yoxluğunda hücum etmiş, Böyük xan da atasının mülklərini qorumaq üçün geri dönməyə məcbur olmuşdur. 25-də Böyük xandan Təbrizin qubernatoruna göndərilmiş məktub ələ keçirildi. Məktubda Böyük xan xeyli kəndi yağmaladığını və qubernatorun söz verdiyi, yerli məclisi Tehrana göndərdiyi halda Təbrizə yola düşməyə hazır olduğunu bildirirdi...İttiham edilən məktub ələ keçirildikdən sonra qubernator həbsə atıldı. Məsələ Tehran məclisi tərəfindən müzakirə edildi və nəticədə Rəhim xan həbsə atıldı.

İslahatçı baş nazir Nasirülmülkü qovan və həbs edən Məhəmmədəli şah 1907-ci ilin dekabrıbda bütün özünə sadiq qüvvələri ətrafında topladı və məclisə hücum etmək qərarına gəldi. Lakin həlledici anda o, zərbəni vurmağı ertələdi və bununla da məclisə öz qüvvələrini hazırlamağa imkan verdi. Ona qarşı çıxan xalqın etirazlarını gördükdən sonra şah geri addım atmağa məcbur oldu. Nasirülmülkü azad edən şah etirazçılara möhürlü Quran göndərərək bundan sonra konstitusiyaya uyacağına and içdi.[15]

İnqilabi hərəkatda tərəflərin mübarizəsi

[redaktə | mənbəni redaktə et]

Qış sərt keçmiş, bütün imperiyada olduğu kimi Qaradağda da vəziyyət pisləşmişdi. Qaradağda quldurluq halları da artmaqda idi. Ədliyyə naziri və Hacı İmam Cümə Xoyinin araya girməsi ilə məslicə gətirilən Rəhim xan konstitusiyaya sadiq qalacağına and içdi və buna deputatları inandıra bildi. 1908-ci ilin aprelində Təbrizə gələn Rəhim xan buradakı məclisi inandıra bildi ki, onun yeganə məqsədi konstitusiya rejiminə xidmət etməkdir. Beləliklə, yerli məclis ona 18 min tümən pul, 8 yüz tüfəng və iki top verərək Ərdəbildəki üsyanı yatırmağa göndərdi.[16]

1908-ci ilin iyun ayının 23-də yeni bir çevrilişə cəhd edən Məhəmmədəli şah bu dəfə uğurlu oldu. İran Kazak briqadasının yardımı ilə edilmiş çevriliş zamanı məclisin 8 rəhbərindən 7-i həbs edildi və onlardan 2-i sonradan boğduruldu. Şahın bu çevilişindən sonra Təbrizdə Səttar xanla Bağır xanın rəhbərliyində üsyan başladı. Üsyançılar 10 ay boyunca mərkəzin ordusu, tayfa orduları, aclıq və xəstəliklə mübarizə aparsalar da, sonda gələn rus ordusu tərəfindən məğlub edildilər. Təbrizdəki üsyandan ruhlanan Rəşt və İsfahan əhalisi də üsyana qalxdı və Tehrana yürüşə başladı. Nəticədə şah taxtdan əl çəkməyə məcbur oldu və rus səfirliyinə sığındı.[17]

Təbrizdəkilərlə döyüşən monarxiya ordusu içərisində ən güclü tayfa lideri Rəhim xan idi. O, Təbrizə qarşı həm də təbrizlilərdən Ərdəbil üsyanını yatırmaq üçün almış olduğu silah-sursatla döyüşürdü. Onun ordusuna çələbiyanlılar, məhəmmədxanlılar və şahsevənlər daxil idi. O, Kəleybərlə Culfa arasını yağmaladıqdan sonra şimaldan Təbrizə doğru yaxınlaşırdı. 1909-cu ilin aprelində Təbrizə yürüş edən Rəhim xan yol boyu xeyli yağmalar etmiş, qarşısına çıxanlara əziyyətlər vermiş və soymuşdu.[18][19] Rəhim xan 1909-cu ilin may ayında Təbrizin məhəlləsini tərk etdi və Qaradağa yollandı. Orada çələbiyanlılarla şahsevənlər arasında qarşıdurma baş versə də, bu həll edildi. Avqust ayında Rəhim xanın qohumu bölgəni soymaqla məşğul idi, buna görə də Təbrizdən rus ordusu bölmələri orayaonu soyğunlaı durdurmağa sövq etmək üçün göndərildi.[19]

Payızdan etibarən Rəhim xan Ərdəbilə tamah salmağa başlamışdı. Ərdəbil Məşrutə hərəkatının başlamasından etibarən necə dəfə şahsevənlərin yürüşünə məruz qalmışdı. 1908-ci ilin aprelində onlar təkcə şəhər ətrafını yağmalamamış, şəhərə daxil olub 50 evi soymuş, şəhərin hakimini qaçmağa məcbur etmişdilər. 1909-cu ilin iyununda şahsevənlər yenə Ərdəbili təhdid etməyə başlayarkən əhali qorxudan rus vitse-konsulluğuna sığındı. İyulda şahsevənlər Miyanə, Hacıağa və Tehran yolunu, Ərdəbil ətrafını yenidən yağmaladılar. Bu hücuma Məhəmmədqulu xan Şahsevən rəhbərlik edirdi. Məşhur qaçaqmalçı olan Məhəmmədqulu xna yeni baş nazir Sipahdar-e Əzəm tərəfindən Ərdəbilin yeni qubernator müavini təyin edildi. Yayda şahsevənlər Astara-Ərdəbil-Təbriz yolunu bağladılar və ərdəbillilərin də döyüşməyə hazır olmadıqları bəlli oldu. Bundan başqa, Əhərdə Rəhim xanın çələbiyanlı ordusunu neytrallaşdırmaq üçün saxlanılan rus ordusu evakuasiya edildi. Beləliklə, şahsevənlərlə birləşən Rəhim xan digər tayfa rəhbərləri ilə birlikdə keçmiş şaha məktub göndərdilər:[20]

Müəyyən müddətdir ki, bu məşrutəçilər nizam-intizamsızlıq yaratmış, qətllər törətmiş və yağmalar etmişdirlər. İlk olaraq, təbrizli nə qədər seyid və əsilzadə öldürülmüş, evi soyulmuşdur. Həmçinin Ərdəbildə onlar xeyli əsilzadəni və seyidi öldürmüş, mülklərini yağmalamışdırlar. Və Tehranda onlar xeyli sayda əsilzadəni və İmamın nümayəndəsi olan müctəhidləri öldürmüşdürlər. Erməni və gürcülərlə birləşərək onlar bizim üləmanı və seyidləri öldürürlər. Əgər onların dini varsa, bizim üləma və seyidlərimizin onların gözündəki günahı nədir? Onların bütün fikri bizi dağıtmaq, məhəmmədi dinimizi və şərəfimizi yox etməkdir. Beləliklə, 2 milyondan çox insan və Qaradağın bütün xanları, Qocabəylinin [Şahsevənlərin ən əsas tayfalarından biri] bəyzadələrinin və başçılarının hamısı, Şahsevənlərin bütün kəndxudaları Ramazan ayının 14-də [29 sentyabr 1909-cu il] Ərdəbilə yürüş etmək barədə yekdilliklə razılığa gəlib və nə qədər ki biz yaşayırıq kiminsə haradasa məşrutə sözünü dilinə gətirməsinə icazə vermərik. Biz siz əlahəzrətlərinə xidmətimizdə kin tutmuruq və öz həyatlarımızı, mülkümüzü sizin zatialilərinə qurban təklif edirik.

Rəhim xanın Ərdəbilə yürüş edəcəyini eşidən Azərbaycan qubernatoru məşhur Səttar xanı öz fədailəri ilə birlikdə oraya göndərdi. Lakin Səttarxan əsasən Qafqazdan olan fədailəri nizama sala bilmədi, həmçinin ona tabe olan şahsevənlər Rəhim xanla döyüşmək istəmədikləri üçün onu tərk etdilər. Nəticədə Rəhim xan Ərdəbilə yaxınlaşarkən Səttar xanın yanında az adam qaldı, çoxu onu buraxıb qaçdı. Ərdəbildə döyüş zamanı Rəhim xan üstün oldu, qalaya sığınan Səttar xan güclə qaça bildi və Səraba getdi. Noyabrda üsyançılar Ərdəbili tamamilə əllərinə aldılar. Təbrizdən Azərbaycan qubernatoru Rəhim xanın yanına 1000 İran kazakı göndərdi və danışıqlar başlatmaq istədi. Eyni zamanda rus konsulu da ona məktub göndərərək hökm etdiyi torpaqlardakı bütün rus canı və mallarından onu cavabdeh bildiklərini dedi.[21]

9 noyabrda rus XİN rəhbəri elan etdi ki, Rəhim xan Səraba çatmışdır və onun əsas istəyi qaradağlılarla şahsevənlərlə birlikdə Tehrana yürüş etməkdir. Ayın 12-də yenə eyni şəxs rəhim xan Ərdəbilin yeni hakimliyinə təqdim edilmiş, qalaya yerləşmiş, şəhərdəki rus konsulluğuna gedib sığınmış şəxsləri təhvil verməyi, özünün də Rusiyaya sadiq olduğunu demiş, daha da uzağəa gedərək ona öz ordusunun hər yeri Rusiyanın ələ keçirməsini təklif etmişdir. 14 noyabrda rus ordusu Ərdəbilə çatdı və iki günlük danışıqlardan sonra Rəhim xan geri çəkildi və yerində kukla qubernator Qafar xanı əyləşdirdi. Bir müddət sonra Britaniya diplomatı yazırdı ki, şahsevənlər qışlaq üçün Muğana getmiş, Rəhim xan da Qaradağa çəkilmişdir.[22]

Oktyabrda mərkəzdən ordu göndərilsə də, bu kifayət deyildi. Göndərilən orduda cəmi 200 nəfər İran kazak döyüşçüsü və 200 nəfər də İnanlı tayfasından olan döyüşçülər var idi. Ərdəbildə vəziyyət daha da pisləşdiyi üçün noyabrda mərkəzi hökumət daha sərt addımlar atmaq qərarına gəldi. 1600 nəfərlik ordu, 3 top bölgəyə göndərildi. 30 noyabrda hökumətin təyin etdiyi Rasidülmülk Ərdəbilə gəldi və vəzifəsinin icrasına başladı. Böyük Britaniya səbədlərindən bəlli olur ki, bu yeni gələn ordu 1910-cu ilin yanvarında Böyük xanın rəhbərliyindəki ordunu məğlub etmiş və Əhəri ələ keçirmişdir. Bundan sonra onlar iki dəfə əks hücuma keçsələr də, hər ikisində məğlub edilmişdirlər. Britaniyalı diplomat güman edir ki, bu döyüşlər Rəhim xanın qüvvəsini tükəndirmişdi və o, artıq rus və ya Osmanlı konsullarından sığınacaq istəməkdədir.[23]

Məşrutə inqilabının sonlarına doğru

[redaktə | mənbəni redaktə et]

1910-cu ilin yanvar və ya fevral aylarında Rəhim xan yüzə qədər ailə ilə birlikdə Rusiya imperiyası sərhədlərini keçdi və Şimali Azərbaycana daxil oldu. Rusiya hökumətinin ona siyasi sığınacaq verməsi şübhəli artırdı. Çünki ehtimal edilirdi ki, Rusiya onun fəaliyyətinin genişlənməsində maraqlıdır, çünki belə olacağı halda o Cənubi Azərbaycana daha çox ordu yeridə biləcəkdi. Rəhim xanın ortadan qalxmasına baxmayaraq, Qaradağ və Ərdəbil bölgəsində köçərilərin soyğunçu yürüşləri davam etməkdə idi. Buna qarşı Təbrizdən ordu göndərildi. Şahsevənlər məğlub edildilər və bölgədə əmin-amanlıq təmin edildi. Lakin bir müddət keçdikdən sonra şahsevənlər yenidən gücləndilər və 25 sentyabrda üzərilərinə gələn Ərdəbil qubernatorunu məğlub etdilər. Rus konsulu britaniyalı diplomata onların Qaradağdakı rus mülklərinə ziyan vurduqlarını demişdi. 29 sentyabrda şahsevənlər Təbrizin 25 km cənub-qərbindəki Siblini yağmaladılar. Bununla eyni zamanda, atası ilə getdiyi düşünülən Böyük xan yenidən Qaradağda peydə oldu, 1500 döyüşçüsü ilə birlikdə hökumət qüvvələrinə hücum etsə də, qələbə qazana bilmədi. Rəhim xan 1911-ci ilin yanvarında yenidən Qaradağa gəldi. Eyni zamanda Ərdəbil qubernatoru yenidən şahsevənlərə məğlub oldu. Təbrizdəki britaniyalı diplomat qaradağlılarla şahsevənlərin tamamilə üsyana qalxdıqlarını yazırdılar.[24] 1909-cu ilin sentyabrında ölkəni tərk edib Odessaya getmiş keçmiş şah Məhəmmədəli 1911-ci ilin 18 iyulun da Xorasandan ölkəyə daxil oldu. Burada onun tərəfdarları ona qatıldılar və türkman tayfaları onu dəstəklədiklərini elan etdilər. Elə eyni ayda şahın Cənubi Azərbaycandakı tərəfdarları yenidən Təbrizi ələ keçirməyə cəhd etdilər. Rəhim xan, onun şahsevən və qaradağlı döyüşçüləri elə əvvəlki mühasirədə olduğu kimi yenə mühüm rol oynayırdılar. Lakin Məhəmmədəlinin ordusu Vermamin ətrafında dağıdıldı, ordusu qaçdı, özü isə ikinci dəfə ruslara sığındı. Oktyabr ayında Rəhim xan ələ keçirildi və gizli şəkildə Təbrizdə edam edildi.[25] Rəhim xanın öldürülməsi ilə çələbiyanlılar Qaradağdakı güclərini itirdilər, onların yerini hacıəlililərin başçıları olan Əmir Ərşad və qarda.ə Məhəmmədhüseyn xan Zrəğəm Sərdar aldı. Məşrutəçilərə yardım edən hacıəlililər 1909-1910-cu illərdə çələbiyanlıları, məhəmmədxanlıları məğlub etdilər.[26]

Növbəti on il boyunca ölkədə ara müharibələri son tapmadı. Əmir Ərşad 1921-ci ildə üsyan qaldırmış kürd başçı Simko ilə müharibədə öldü və bütün hərbi mərasim qaydaları gözlənilməklə Təbrizdə dəfn edildi. Qeyd edilənə görə, ona bu yürüşdə hüseynəklilər və qaraçorlular da yardım edirdilər. Əmir Ərşaın yerinə qardaşı gəldi, lakin Rza xanın hakimiyyətə yüksəlməsi ilə hacıəlililərin gücü məhdudlaşdırıldı.[27]

Pəhləvilər dövrü

[redaktə | mənbəni redaktə et]

Kazak briqadasından olan Rza xan 1921-ci ildə hərb naziri, 1923-cü ildə baş nazir və 1925-ci ildə şah oldu. Mustafa Kamal Atatürkün Türkiyədə etdiyi islahatları öz ölkəsində tədbiq etməyə çalışan Rza şah islahatlara başladı, lakin onun köçərilərə qarşı bu cəhdləri uğursuz oldu. Rza şah köçəri tayfaları oturaq həyata keçirməklə onlar fars dilində danışmağa məcbur edəcəyini, özlərinin etnik keçmişimi unudacaqlarını düşünürdü. Köçərilər vergilərini verən, çox nadir hallarda üsyan qaldıran kəndlilərdən fərqli olaraq tabe olmaq istəmir, tez-tez üsyan qaldırır, azadlıqlarını hər şeydən üstün tutur və yalnız öz başçılarına sadiq qalırdılar.[27] Tayfaların farscadan istifadə etməməsi, həmçinin bir-birilərindən başqa heç nə ilə əlaqəyə girməmələri onların Rza xanın iranlı kimliyində birləşməyəcəklərinin işarəsi idi. Hər bir halda, Rza şahın düşüncəsinə görə bu köçəri tayfalar XX əsrə aid deyildilər. Ona görə, bu tayfalar anaxronizm nümunələri idilər, onların çadırları, tayfa geyimləri xarici gözlərin qarşısında utancverici idi. Buna görə də, Rza şah onları ordunun yardımı ilə oturaq həyata keçirməyə çalışdı. Ordu onları əkinçiliyə məcbur edir, köç yollarını bağlayırdı. Lakin Lambtonun da qeyd etdiyi kimi, məcburi oturaqlaşma yeridilsə də, onlara nə təhsil, nə əkinçilik prisnipləri, nə səhiyyə sistemi verilmirdi.[2][28] Bu oturaqlaşdırma siyasəti fəlakətlə nəticələndi. İran iqtisadiyyatı maldarlıq sahəsində böyük itkilərlə üzləşsə də, əkinçilik sahəsində də heç bir irəiləyiş əldə etmədi. Ölkə sadəcə ət və süd məhsulları istehsal edən kütlələri aclıqdan ölmə həddinə çatmış kəndlilərə çevirdi.[28]

1922-ci ildə Məhəmməd Müsəddiq hacıəlililərin rəhbəri Sərdar-e Aşayeri həbs edib şəxsi ordusunu ləğv etdi. Bununla da Qaradağdalı hacıəlili hakimiyyəti sona çatdı. Ümumiyyətlə, QAradağdakı köçərilər torpaq münbit olduğuna görə türkmanlar, qaşqaylar, kürdlər və lorlar kimi əziyyət çəkmədilər. Əvvəlcə yarımköçəriliyə keçən köçərilər tata qapı sistemində yaşayır, öz siyasi sistemlərini qururdular. Tam oturaqlaşmağa keçdikdən sonra isə onların bu sistemləri dağılmağa doğru gedirdi. İranda həmişə köçərilər ilə şəhərlilər arasında mübarizə olmuşdu, köçərilər oturaq həyata keçdikdən sonra isə oturaq əhali onları artıq ikinci dərəcəli vətəndaş kimi görməyə başladılar. Həmçinin tayfa ordusundan mərkəzləşmiş orduya keçid artıq döyüşçülərin ordudan yox, şəhərlilərin aşağı təbəqəsindən və kəndlilərdən toplanması demək idi. Bu da köçərilərin cəmiyyətdəki ənənəvi gücünü qıran amillərdən biri idi. Rza şahın əsas məqsədlərindən biri də köçərilərin farslığa yad mədəniyyətini məhv etmək olsa da, bu Azərbaycan tayfalarına aid olmadı. Pierre Oberling onların hələ də Azərbaycan türkcəsindən istifadə etdiklərini yazır.[29]

Köçərilərin təsirləndikləri şeylərdən biri də ənənəvi paltarların qadağan edilməsi idi. zaman etibarilə xüsusən kişilər arasında ənənəvi paltarlar geyilməsi itmişdir. Pəhləvilər tacirlərə onlara belə paltarlar satmağı qadağan etmişdi. Bu qadağa qadınlara aid olmadığı üçün onlar hələ də belə paltarlar geyinirlər.[29]

Azərbaycan Milli Hökuməti dövrü

[redaktə | mənbəni redaktə et]

1941-ci ildə İran Böyük BritaniyaSovet İttifaqı tərəfindən ələ keçirildikdən sonra keçmiş xanlar yenidən köhnə hakimiyyətlərinə iddia etməyə başladılar. Lakin bu hələki Qaradağ köçərilərinə aid deyildi, onlar şəraitin daha da yumşalması üçün daha 4 il gözləməli oldular. Mir Cəfər Pişəvərinin rəhbərliyindəki kommunist hakimiyyət zamanı Ərdəbilin və Qaradağın köhnə/yeni köçəri ellərinin başçıları indi böyük torpaq sahibləri idilər. Yeni rejimin davamlı olacağı halda onların heç bir şey qazanma ehtimalları olmadığı halda, itirə biləcəkləri çox şey var idi. İran ordu sənədlərinə görə, Həsənbəyli elinin başçısı Mir Səməd xan yeni rejimə qarşı cihad elan etmiş, vuruşmalarda oğlu Həsən xan öldürülmüşdür. Məhəmmədxanlıların başçısı Abdullah xan döyüşlərdə öldürülmüş, tayfanın bir çox üzvü həbs edilmişdir. Hüseynəklilərin başçısı Pişəvəri hökuməti ilə elə şövqlə döyüşmüşdür ki, Məhəmməd Rza şah Pəhləvi ona medal və fəxri tüfəng hədiyyə etmişdir.[30]

İkinci Dünya müharibəsindən sonra

[redaktə | mənbəni redaktə et]

Müharibədən qısa müddət sonra Tehran köçərilərə qarşı yeni siyasət izləməyə başladı. Yeni qərara əsasən tayfalar öz ərazilərində təhlükəsizliyi özləri qoruyacaqdılar və bunun üçün onlara silahlar paylanıldı. Bu siyasət Xuzistan və Fars əyalətlərində işə yarasa da, Qaradağ da pis nəticələri oldu. Tayfalar bu silahlardan soyğunçuluq və talan üçün istifadə etdilər.[31] 1953-cw ildə Məhəmməd Müsəddiqin devrilməsindən sonra İrana geri dönən şah tayfalara qarşı yenidən sərt siyasətə geri döndü və onlara nəzarət etmək üçün hərbi qubernatorlar təyin etdi.[30] Tirə başçılarına nəzarət etmək üçün zabitlər təyin edildi. Bu tayfalar arası və ya daxili münaqişələri azaltsa da, ordu ilə köçərilər arasındakı münasibətləri daha da pisləşdirdi. 1960-cı ildə hökumət ən azından kağız üzərində bütün tayfa titullarını və tayfa sistemini ləğv etdi. Bundan sonra xanların hərbi qubernatorlara məsləhətçi kimi yardım edəcəkləri bildirildi. Lakin bu qərar Tehranda elan edilsə də, tayfa üzvlərinə artıq tayfa başçısının olmadğını demək və ondan bunu anlamasını, qəbul etməsini gözləmək çətindir. Çünki tayfa başçıları böyük torpaqlara, kəndlərə sahibdirlər və beləliklə də, yenə də öz tayfa üzvlərinə rəhbərlik etməkdədirlər. Pierre Oberling 1960-cı illərdə xüsusən Qaradağda prosesin belə olduğunu qeyd edir.[32]

Ağ inqilab ərəfəsində tayfaların statusu

[redaktə | mənbəni redaktə et]

II Dünya müharibəsindən sonra mərkəzi hökumət itaətsiz tayfalara nəzarət etməyi əsasən tayfa başçısına həvalə edirdi. Bunun Arasbaranda/Qaradağda fəlakətli nəticələri oldu, belə ki, tayfa rəisləri, görünür, silahlarından “öz oturaq məskunlaşan qonşularını qorxutmaq və qanunsuz rüsumlar almaq üçün” istifadə edirdilər.[31] Nəticə etibarı ilə kəndlilər kəndlilərin həyat şəraitini yaxşılaşdırmaq məqsədi daşıyan Ağ İnqilabdan xeyli əvvəl Təbrizə və Tehrana köç etməyə başladılar.

Mədəni həyatlarının qalıqları

[redaktə | mənbəni redaktə et]

Rza şahın hakimiyyəti dövründə (1925–1941) köçəri yaşayan tayfalara qarşı dövlət kompaniyası başladıldı. Kompaniyanın məqsədi təkcə köçəri insanları oturaq həyata keçirmək deyil, eyni zamanda onların mədəniyyətlərini, dillərini, geyimlərini ortadan qaldırmaq idi. Köçərilər şahın hakimiyyətdən əl çəkməsindən sonra keçmiş həyat tərzlərini bərpa etdilər. Yeni hakimiyyətə gələn Məhəmməd Rza şah Pəhləvi bir qədər keçdikdən sonra 1960-cı illərdə başlatdığı Ağ inqilabla köçərilərə qarşı atasının siyasətini yenidən bərpa etdi.[33] Şahın gedişindən və ondan sonrakı qeyri-müəyyənlik dövründən sonra bəzi köçərilər ənənəvi hakimiyyət strukturlarına qayıtmağa cəhd etmədən öz mədəniyyətlərinin qalıqlarını canlandırdılar. 1988-ci ildə İran-İraq müharibəsi sonlandıqdan sonra İran hakimiyyəti kpçəri həyatın bəzi aspektlərini təkmilləşdirdi və dövlət tərəfindən maliyyələşdirilən televiziya serialları hazırlandı. Lakin bu proqramlardan heç biri Qaradağdakı tayfalara həsr edilməmişdir. Gözlənilənin əksinə olaraq hakimiyyətin bölgədəki Azərbaycan türklərinin mədəni nümunəsi olan aşıq musiqisinə nisbətən yumşaq yanaşması bu sahənin çiçəklənməsinə yol açdı. Bu Qaradağ tayfalarına öz kimliklərini qorumaqda da yardım etdi. Aşıq musiqisi türk tayfalarının köçəri həyatı ilə bağlı inkişaf etmişdir və Qaradağ bölgəsində Pəhləvi dövrünün mədəni repressiyaları zamanı yerli əhali tərəfindən qorunmuşdu.[34]

Hacıəlililərin rəhbərlərindən biri. Məşrutə hərəkatı zamanı konstitusiyaçıları müdafiə etmiş, Cəlil Məmmədquluzadə və onun xanımı Həmidə xanım Məmmədquluzadəni bir müddət evində qonaq etmişdir.

Qaradağ bölgəsində yaşayan türk tayfaları Cənubi Azərbaycanın digər yerlərindəki əksər tayfalar kimi Azərbaycan türklərinin sub-etnosları hesab edilir.[35] Aşağıdakı tayfalardan başqa Qaradağda olan Sarıcalı, Püsyan, Məfruzlu, Tatar, Şamlu, Xələc, Quşçu, Şahsevən, Xəlifəli və digər yer adları eyniadlı tayfaların izləri hesab edilir.[36]

Hacıəlililər

Azərbaycanda yaşayan türk tayfalarından biridirlər. Onlar Cənubi Azərbaycanın kütləvi olaraq iki bölgəsində yaşamaqdadırlar: Qaradağın Əhər bölgəsində və Vərziqanın şimalında, digər qolları isə Marağa ətrafında yaşamaqdadır. 1960-cı ildə hələ də köçəri həyat sürən hacıəlililərin yaylaqları Qaradağın Dizmar və Üzümdil şəhristanlarında, qışlaqları isə Keyvan və Qarmaduz bölgəsində yerləşməkdə idi. Marağadakı hacıəlililərin yaylaqları Səhənd dağı ətəklərində, qışlaqları isə Urmiya gölünün şərq sahillərində, Azərşəhrin şimal-qərindəki Qoğanda, Cığatıçay idi. Qaradağda yaşayan hacıəlililərin tirələri bunlar idi: Qaraxanlı, Tərəkəmə, Yağbastılı, Müqəddəm, Özbək Müqəddəm, Gəncəli, Qarabağlı, Çərikli, Mədədli, Pirəlili, Zeynbəyli, Kəngərli və Qaradağlı. Marağada yaşayanların tirələri isə bunlar idi: İnallı, Zərgər, Yağbastılı və Dosmallu.[37] Lady Sheilin bildirdiyinə görə, hacıəlililər 1849-cu ildə 800 ailədən ibarət olmuşdur.[38] İran ordusu sənədlərində nolrın sayı 985 ailə kimi göstərilir. Hacıəlililər Məşrutə inqilabı zamanı mühüm rol oynamış və konstitusiya tərəfdarlarını müdafiə etmişdirlər. Eyni zamanda onların bir hissəsi Şimali Azərbaycanda da yaşamışdırlar. Ən azından Qacar-Rus müharibələrinə qədər onların Arazın şimalında da yaşamaları dəqiqdir. Hacıəlililər ruslarla müharibədə Abbas Mirzə tərəfindən igidliklə döyüşmüş, tayfanın rəisi Əsədullah Sultan özünün 9 oğlunu bu müharibələrdə itirmişdir. Buna qarşılıq olaraq, Abbas Mirzə müharibədən sonra Qarabağda yaşayan hacıəlililəri öz yanına dəvət etmiş, onlara yeni otlaqlar vermişdir[39][40]

Tayfa 1960-cı illərdə 13 tirəyə bölünmüşdü.[41]

Çələbiyanlı eli

Əsasən Qaradağın Kərmədüz mahalında yaşayan türk tayfalarından biridirlər. Onların yaylaqları Kəleybər ətrafında, Əhərdən Araz çayına doğrugedən yolun ortasında yerləşir. Qışlaq bölgəsi isə Xanbağında, yəni Kəleybərin 40 km şimal-şərqindədir.[42] Lakin hal-hazırda demək olar ki, çələbiyanlıların əksəriyyəti oturaq həyat sürməkdədirlər. Lady Sheilə görə, 1849-cu ildə onlar ümumilikdə 1.500 çadırdan və ya ailədən ibarət idilər. K. E. Abbotta görə, 1864-cü ildə onların sayı yüksələrək 6 min ailəyə çatmışdır və onlardan 4 mini oturaq yaşayırmış. 1960-cı ildə onların sayı cəmi 1.874 nəfər olmuş və bu tarixdən sonra onların əksəriyyəti oturaq həyat sürməyə başlamışdır. 1960-cı illərdə tayfanın başçısı Əliqulu Kərimi olmuşdur.[4][43][44]

Tədqiqatçı Əsnaəşəri Xiyavi Qarabağlı, Yusifxanlı, Yağbəstili və Çaxırlu tirələrini də daxıl etməkdədir.[36]

İlyasxanlı

İlyasxanlıların Çələbiyanlıların bir qolu olduqları hesab edilir. Onların yaylaqları Şiyur dağları, qışlaqları isə Laricandan şimala doğru uzanan Araz çayı ərazilər olmuşdur.

Bəydililər

Mahmud Qaşqarlının kitabında bu tayfadan Oğuz boylarından biri kimi bəhs edilir.[45] Xivə xanlığının xanlarından biri olmuş və tarixçi Əbülqazi Bahadır xan yazdığı "Şəcərəyi tərakimə" əsərində bəydililəri 24 Oğuz tayfasından biri və Oğuz xanın soyundan kimi göstərməkdədir.[46]

Həsənbəyli tayfası

Türk tayfalarından biri olan Həsənbəylilər hal-hazırkı İranın Şərqi Azərbaycan ostanının Qaradağ bölgəsində yaşamaqdadırlar. Onların yaylaq bölgəsini Meşə Parə bölgəsinin qərb hissəsi, qışlarlarını isə Dizmar-e Qərbi bölgəsinin şimal hissəsi təşkil etməkdədir. Hal-hazırda bu tayfaya mənsub olanların çoxu oturaq həyat tərzi sürməkdədir və əsasən Tehran şəhəri ətrafında yaşamaqdadırlar. Tayfanın son başçısı Mustafa xan Əhmədi olmuşdur. Onun soyundan gələn və Mirəhmədi soyadını daşıyan insanlar XX əsrin əvvəllərindən, yəni Məşrutə inqilabının baş verdiyi zamandan etibarən İranın siyasi həyatında mühüm rol oynamışdırlar.[47][48][49]

İran ordusu sənədlərində tayfanın XX əsrin ortalarında 1608 ailə olduğu yazılmışdır. Tayfa 50 tirədən ibarət idi.[50]

Hüseynəkli tayfası İran ordusu sənədlərinə əsasən onların sayı 1500 ailədən ibarət olmuşdur. Yaylaqları Əhər yaxınlığındakı Həştsər (Vərgəhan dehistanlığı), qışlaqları isə Kənçübə (Yəft dehistanlığında) olmuşdur. 1960-cı illərdə 11 tirəyə bölünün tayfanın başçısı Hüseyn Nüsrəti idi.[51]

Məhəmmədxanlı tayfası

Məhəmmədxanlıların iddialarına görə onlar Qacar dövründə Məhəmməd xan tərəfindən formalaşdırılmışdırlar. Təbrizdə saxlanılan İran ordusu sənədlərinə əsasən Cavad xan, Səməd xan, Əsədullah xan, Abdullah xan və II Əsədullah xan adlı xanlar Məhəmməd xanın ölümündən sonra bu tayfaya rəhbərlik etmişdirlər.[52]

Məşrutə inqilabı zaman məhəmmədxanlılar çələbiyanlılaın xanı Rəhim xana inqilabçılara qarşı apardığı müharibədə yardım etmişdirlər. 1909-cu ildə Rəhim xanın məğlubiyyətindən sonra Qaradağda hakimiyyət boşluğu yarandı. Bu hakimiyyət boşluğu isə hacıəlililərin rəhbəri Əmir Ərşad tərəfindən dolduruldu.[53] O, 1910-cu ilin qışında məhəmmədxanlıların antiinqilabçı qüvvələrinin dağıdılmasına yardım etdi. Ağ inqilab ərəfəsində məhəmmədxanlılar tayfası 23 tirəyə bölünmüşdü.[30][54]

Qaradağlılar Azərbaycan türklərinin tayfalarından biri olan Qaradağlılar bölgədəki digər tayfaların əksəriyyəti kimi Səfəvi imperiyasındakı mühüm tayfalardan biri olmuşdurlar.[35] Hal-hazırda əsasən eyni adlı Qaradağ vilayətində yaşamaqdadırlar. Onların mütləq əksəriyyəti şiədirlər və Azərbaycan türkcəsinin Qaradağ ləhcəsində danışmaqdadırlar.[55][56][57] Qaradağ ləhcəsi Azərbaycan türkcəsinin ən saf ləhcələrindən biri hesab edilir.[58] 75.000-80.000 arası saylarının olduğu müəyyən edilir.[59][60] Qacar sülaləsinin Rusiya ilə olan müharibələrindən sonra Cənubi Qafqazda yaşayan Qaradağlı tayfasının bəzi nümayəndələri Araz çayının cənubuna köçüb yenidən Qaradağda məskunlaşmışdır.[61][62]

Bayburdlular Səfəvi imperiyasını quran Qızılbaş tayfalarından biridirlər. Bəzi nümayəndələri I Şah İsmayıl, I Şah TəhmasibI Şah Abbas dövründə yüksək vəzifələr icra etmişdirlər. Tayfanın adına görə Şərqi Anadolunun Bayburd bölgəsindən Səfəvi imperiyasının quruluşu ərəfəsində gəldikləri ehtimal edilir. Ənvər Çingizoğlu onların Əhər mahalındakı kəndlərini belə siyahılandırır: Təzəkəndi Təhmasib, Şəmsabad, Yüzbaşılı, Qalabaşı Şahverdi qışlağı, Alpavut, Qorçu kəndi, Səfixanlı, Nəcəfxanlı, Xızır kəndi, Uluxanlı və s.[63][64][65]

Qaraçorlu tayfası Türkmənçay sülh müqaviləsinə qədər onların əksəriyyəti Şimali Azərbaycanda - QarabağdaAraz ilə Kür çayı arasında yaşamaqda idilər. 1809-cu ildə fransız şərqşünas Joseph-Marie Jouannin onların bu bölgədə yaşadığını yazaraq əlavə edir ki, tayfa üzvlərinin sayı 12 min nəfər olmuşdur.[66] 1805-1806-cı ildə Qacar imperiyasını ziyarət edən Amedee Jaubert Qaraçorlu tayfasını İranın ən böyük türk tayfalarından biri hesab edir və Qarabağda yaşadıqlarını yazır.[67] İran ordu sənədlərində o dönəmki qaraçorluların başçısının yüz il əvvəl yaşamış Cəfərqulu xan Əmir Tumar olduğu bildirilir. İranın başqa yerlərində də qaraçorlular yaşamaqda idi. Jouannin bildirir ki, Xorasanda da xeyli sayda qaraçorlu yaşamaqda idi, az sayda isə Mərkəzi İranda yaşamaqda idi.[68]

Toxmaqlılar

Toxmaqlı oymağı Səfəvi imperiyasının qurulmasında və ondan sonrakı həyatında aktiv iştirak edən, ən güclü Qızılbaş tayfalarından biri hesab edilən Ustaclıların bir oymağıdır. Ustaclı tayfasının Toxmaqlı oymağı Səfəvi imperiyası zamanı Qaradağ bölgəsinə yerləşmişdir. Bu oymaqdan onlar daha sonra toxmaqlı adını istifadə etməmiş, yerinə qaradağlı sözündən yararlanmışlar. Qaradağın əsasən Dizmar mahalında yaşamışdırlar. Onlara bəzən Xəlifəli də deyilməkdədir. Qaradağ xanlığında xan ailəsi bu oymağa mənsub olmuşdurlar.[69]

Qaradağ şahsevənləri

Şahsevənlər ən böyük türkman tayfalarından biri olmaqla keçmiş Səfəvi imperiyası coğrafiyasının xeyli yerində yayılmışdırlar. İndi də CənubiŞimali Azərbaycan kompakt şəkildə yaşamaqdadırlar. Onların bir hissəsi Qaradağda da yaşamışdır. Qaradağ şahsevənlərinin Sarıxan bəy Əfşarın nəslindən olduğu, Muğan şahsevənləri kimi qızılbaşlardan ayrıldığı, otuzikilərdən olduğu  fikirləri vardır. Hacxacəli tayfası Qaradağ şahsevənlərinin əsas tayfalarındandır. Həmçinin Səfəvilər dövründə Qaradağ tayfaları Muğan şahsevənlərinin tərkibi olmuşdurlar.[36]

Əsnaəşəri Xiyavi Çələbyanlu tayfasına Qarabağlı, Yusifxanlı, Yağbəstili[c] və Çaxırlu tirələrini, Hacıəlili tayfasına Mədətli, İnallı, Müqəddəm-Qara, Qaraxanlı, Bəstamlı, Zeynallı, Kəngərli, Qarabağlı, Təmirli, Pirəlili, Gəncəli, Qacarlı və Özbək tirələrini, Hüseynəklu tayfasına Qəribə, Kolanı cədid, Salehli, Əşili, Bədirxanlı, Yunisbəyli, İbrahimbəyli, Fərruxxanlı, Abbasbəyli, Əmirxanbəyli, Qaris, Həşili, Yarili və Mürsəlli tirələrini, Qaraçorlu tayfasına Çiçəkli, Qurclu, Atmiyanlu, Günpapaq, Qırreyli və Ballı tirələrini aid edir.[36][64]

Oturaq həyata keçid

[redaktə | mənbəni redaktə et]

Qacar sülaləsi dövründəki qarışıqlıq mərhələsindən sonra Rza şahın hakimiyyətə gəlməsi ilə dövlətin mərkəzləşdirilməsinə keçid edildi. Rza şah köçəri tayfaları oturaq həyata keçirməklə onlar fars dilində danışmağa məcbur edəcəyini, özlərinin etnik keçmişimi unudacaqlarını düşünürdü. Lakin bunun əksi oldu və tayfalar üsyana başladılar. Onların üsyanları müasir ordunun yardımı ilə məhv edildi. Şah, tayfaları oturaq həyata keçirə bilmək üçün həmçinin onların ənənəvi köç yollarını da bağlamışdı. Rza şahın bu siyasəti ilə paralel şəkildə onsuzda oturaq həyata keçid prosesi çoxdan başamışdı. Bu proses öz sərvətlərini artırmaq istəyən tayfa başçıları tərəfindən də təşviq edilirdi. Hər bir tayfanın saxlaya biləcəyi mal-heyvan limiti olduğu üçün tayfa başçıları öz üzvlərini kənd təsərrüfatına keçirməklə pul dövriyyəsini artırmaqda, həmçinin də özləri də artıq daimi məntəqələrdə yaşadıqları üçün öz döyüşçülərinin daim yanlarında olmasında maraqlı idilər. Müharibələr və təbii fəlakətlər nəticəsində mal-qarasını itirən tayfa üzvləri də oturaq həyata keçməyə məcbur olurdular. Azərbaycanda oturaq həyata keçmə daha üstün idi, çünki imperiyanın digər yerləri ilə müqayisədə burada torpaqlar daha münbit olduqları üçün oturaqlaşma daha cəlbedici idi. 1960-cı illərdə Cənubi Azərbaycanda köçəri tayfalar. ən çox Qaradağ, Meşkin, Ərdəbil və Urmiya gölünün şərqində qalmışdılar (Oberling, 62-63).

  1. Qaraçorlular İranın Şərqi Azərbaycan, ƏrdəbilQərbi Azərbaycan ostanlarında yaşayırlar. Şərqi Azərbaycan ostanında Qaradağ elinin oymaqlarından və Qərbi Azərbaycan və Ərdəbil ostanlarında Şahsevən elinin oymaqlarından məhsub olunur.
  2. Hacı Rəhim xanın ən böyük oğlu titulu Şüça-e Ləşkər olan Həbibullah xan idi. Lakin Rəhim xan ən çox özünün kiçik oğlu Böyük xanı (əsl adı Nüsrətullah xan) sevirdi. Deyilir ki, hətta Rəhim xan and içərkən belə onun canına and içirmiş.[13]
  3. bəzi qaynaqlarda Hacıəlililərin tirəsi olaraq verilir
  1. Dyson-Hudson və Dyson-Hudson, 1980. səh. 15-61
  2. 1 2 Lambton, 1991. səh. 285
  3. Wilson, 1895. səh. 134
  4. 1 2 3 Oberling, 1964. səh. 65
  5. Oberling, 1964. səh. 64-65
  6. Khanam, 2005. səh. 313
  7. Bibliothèque orientale Elzévirienne, 1887. səh. 224
  8. Oberling, 1964. səh. 61
  9. Oberling, 1990
  10. Farzād, 1945. səh. 91
  11. Amīrḵīzī, 1960. səh. 33
  12. Hedāyat, 1950. səh. 256-60
  13. Oberling, 1964. səh. 78
  14. Oberling, 1964. səh. 78-79
  15. Oberling, 1964. səh. 79
  16. Oberling, 1964. səh. 79-80
  17. Oberling, 1964. səh. 80
  18. Moore, 1914. səh. 6-7
  19. 1 2 Oberling, 1964. səh. 81
  20. Oberling, 1964. səh. 82
  21. Oberling, 1964. səh. 83-84
  22. Oberling, 1964. səh. 84
  23. Oberling, 1964. səh. 85-86
  24. Oberling, 1964. səh. 86-87
  25. Oberling, 1964. səh. 87-88
  26. Oberling, 1964. səh. 88
  27. 1 2 Oberling, 1964. səh. 89
  28. 1 2 Oberling, 1964. səh. 90
  29. 1 2 Oberling, 1964. səh. 90-92
  30. 1 2 3 Oberling, 1964. səh. 93
  31. 1 2 Lambton, 1991. səh. 287
  32. Oberling, 1964. səh. 94
  33. Blench, 2001. səh. 285
  34. Senarslan, 2008
  35. 1 2 Баскаков, 1969. səh. 265
  36. 1 2 3 4 Ş. Savalan. "Qaradağ mahalının tayfaları:Tarixdə və günümüzdə". strateq.az. 21 fevral 2021. 17 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 may 2023.
  37. Oberling, 1964. səh. 71, 72 və 75
  38. Sheil, 1856. səh. 396
  39. "HAJI ALİLU TRİBES". safaviddynasty.wordpress.com. 2013. 15 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2023.
  40. Pierre Oberling. "ḤĀJI ʿALILU". www.iranicaonline.org. 2002. 15 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2023.
  41. Oberling, 1964. səh. 71
  42. Oberling, 1964. səh. 65-66
  43. Amanat, 1983. səh. 232
  44. Oberling, 1990. səh. 232
  45. "BEYDİLİ – BİGDELİ TRİBES". safaviddynasty.wordpress.com. 2013. 15 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2023.
  46. "РОДОСЛОВНАЯ ТУРКМЕН". www.vostlit.info. 2012. 25 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2023.
  47. "گنجینه اسناد". kaleibar.eanocr.ir. 26 avqust 2013. 17 iyul 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2023.
  48. "Azer-online". www.azer-online.com. 3 dekabr 2013. 4 aprel 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2023.
  49. Oberling, 1990. səh. 78-88
  50. Oberling, 1990. səh. 75-76
  51. Oberling, 1964. səh. 70
  52. Oberling, 1964. səh. 69-70
  53. Mojtahedi, 1948. səh. 184
  54. "www.eanocr.ir" (اداره کل ثبت احوال آذربایجان شرقی). www.eanocr.ir. 30 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 may 2023.
  55. "Азербайджанцы". Большой Советской Энциклопедии. 11 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2023.
  56. Çetinkaya, 1969. səh. 312
  57. Азербайджанцы, армяне, айсоры, 1957. səh. 284
  58. Bosnalı, 2007. səh. 36
  59. Özkan, 2002. səh. 86
  60. Türk kültürü, 1966. səh. 129,130
  61. БРУК, 1986. səh. 80, 81
  62. Н. В. Лахути. "КАРАДА́ГЦЫ". Большая российская энциклопедия. 2004–2017. 18 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2023.
  63. Oberling, 1988
  64. 1 2 Ənvər Çingizoğlu. "Qaradağ elləri: beloğludan eloğluya qədər". reyting.az. 24 iyul 2021. 3 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 may 2023.
  65. Monshi, 1978. səh. 1084-1085, 1312
  66. Dupre, 2010. səh. 460
  67. Jaubert, 1821. səh. 253-255
  68. Oberling, 1964. səh. 77
  69. Çingizoğlu, 2008. səh. 160
  • Dyson-Hudson, Rada və Neville Dyson-Hudson. Nomadic Pastoralism. Annual Review of Anthropology. 1980. 15–61.
  • Ann K.S. Lambton. Landlord and Peasant in Persia: A Study of Land Tenure and Land Revenue. 1991.
  • Pierre Oberling. The Tribes of Qarāca Dāġ: A Brief History. Oriens 17. 1964. 60–95.
  • R. Khanam. Ethnography Of Middle-East And Central Asia. Encycl. 2005.
  • Bibliothèque orientale Elzévirienne. Bibliothèque orientale Elzévirienne. 52. 1887.
  • R. Blench. . You can’t go home again: pastoralism in the new millennium. London: Overseas Development Institute. 2001.
  • A.O. Senarslan. Women asiqs of Azerbaijan: tradition and transformation. Ph.D. Thesis, University of Wisconsin-Madison. 2008.
  • Pierre Oberling. ČALABĪĀNLŪ. Encyclopædia Iranica. 1990.
  • Abbas Amanat. Cities and Trade. Consul Abbott on the Economy and Society of Iran, 1847-1866. London: 1983.
  • Lady Mary Leonora Woulfe Sheil. Glimpses of Life and Manners in Persia. London:: John Murray. 1856.
  • Н. А. Баскаков, «Введение в изучение тюркских языков». Введение в изучение тюркских языков. Москва. 1969.
  • И.С.БРУК. Этнодемографиский справочник «Население Мира». Москва: НАУКА. 1986.
  • Türk kültürü. Türk Kültürünü Araştırma Enstitütü. 1966.
  • Nevzat Özkan. Türk dilinin yurtları. Akçağ. 2002.
  • Nihat Çetinkaya. Iğdır tarihi: tarih, yer adları ve bazı oymaklar üzerine. Türk Dünyası Araştırmaları Vakfı. 1996.
  • "Азербайджанцы, армяне, айсоры". Народы Передней Азии. Moskva: Изд-во Академии наук СССР. 1957.
  • Sonel Bosnalı. İran Azerbaycan Türkçesi. Kebikeç. 2007.
  • Ənvər Çingizoğlu. Qaradağlılar. Bakı: Şuşa. 2008.
  • Samuel Graham Wilson. Persian. Life and Customs. New-York. 1895.
  • P. Oberling. BĀYBŪRTLŪ. iranicaonline.org. 1988.
  • Eskandar Beg Monshi. The History of Shaah ‘Abbās the Great (Tārīkh-e ‘Ālamārā-ye ‘Abbāsī), 2 vols. Boulder: Westview Press. R.M. Savory (trans.). 1978.
  • Iran Almanac and Book of Facts. Iran Almanac and Book of Facts. 15. 1976.
  • M. Mojtahedi. رجال آذربایجان در عصر مشروطیت. Tabriz. 1948.
  • Adrien Dupre. Voyage En Perse V1: Fait Dans Les Annees 1807-1809 (1819). Kessinger Publishing, LLC. 2010.
  • Amedee Jaubert. Voyage en Armenie et en Perse. Paris. 1821.