Həsrət Hüseynov (tam adı:Hüseynov Həsrət Muxtar oğlu) — Azərbaycan Respublikanın əməkdar mədəniyyət işçisi, qədim musiqi alətlərinin ifaçısı.
1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olmuşdur.[1]
1950-ci ildən rayon mədəniyyət evində çalışmağa başlamışdır. Azərbaycan gənclərinin bir neçə festivallarında iştirak edir və festivalların laureatı olmuşdur. Həsrət Hüseynov Azərbaycan muğamlarını və 100-ə qədər xalq mahnılarını zurnada və balabanda çalırdı. O, rayonun mədəni həyatında yaxından iştirak etmiş, toy şənliklərinin mahir aparıcısı olmuşdur.