Bu məqalə Kürdəmir rayonu haqqındadır. Şəhər üçün Kürdəmir səhifəsinə baxın. |
Kürdəmir — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Aran iqtisadi rayonuna daxil olan Kürdəmir rayonu mərkəz kimi 1930-cu ildə yaradılmışdır. Şirvan düzündə yerləşir. Kürdəmir rayonu şərqdən Hacıqabul və Sabirabad, cənubdan İmişli, qərbdən Zərdab, Ucar və Göyçay, şimaldan isə İsmayıllı və Ağsu rayonları ilə həmsərhəddir. Sahəsi 1631,5 km², əhalisi 103,8 min nəfərdir (01.01.2009). Mərkəzi Kürdəmir şəhəridir.
Rayon | |
Kürdəmir | |
---|---|
40°18′ şm. e. 48°12′ ş. u.HGYO |
|
Ölkə | |
Daxildir | Mərkəzi Aran |
İnzibati mərkəz | Kürdəmir |
İcra başçısı | Elxan İbrahimov |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 8 avqust 1930 |
Sahəsi | 1 631.5[1][2] km² |
Əhalisi | |
Əhalisi | 117 923 [3] nəfər |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-KUR |
Telefon kodu | 994 20 |
Poçt indeksi | AZ 3300 |
Avtomobil nömrəsi | 33 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Kürdəmir – "Kür Dəymir" sözlərindən götürüldüyü ehtimal olunur. Yəni Kür çayı daşarkən daşqından əziyyət çəkməyən (suyun çatmadığı yerlər) sahə Kürdəmir kimi adlanmış, zaman keçdikcə "Y" samiti assimilyasiya (aşınma) olmuş və "Kürdəmir" şəklində işlənmişdir.[4]
Kürdəmir rayonu 1930-cu ildə təşkil olunmuşdur. Şirvan düzündədir.
Relyefi düzənlikdir. Ərazisinin çox hissəsi dəniz səviyyəsindən aşağıdadır. Antropogen çöküntülər yayılmışdır. İqlimi yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl tiplidir. Çay şəbəkəsi seyrəkdir (Girdiman və Ağsu çaylarının aşağı axını). Əsasən boz-çəmən, boz və çəmən-boz torpaqlar yayılmışdır. Kserofit kolluqlar və tuqay meşələri var. Çöldonuzu, canavar, tülkü, gəmiricilər, gürzə, turac, kəklik və s. məskunlaşmışdır. Bəzgək, dovdaq qışlayır. Baş Şirvan kollektoru rayonun ərazisindən keçir.
Mülayim-isti yarımsəhra iqliminə malikdir. Orta temperatur yanvarda 4,6 °C, iyulda 34 °C-dir. İllik yağıntı 375 mm-dir.
İllik orta temperatur rayonda 14,5 °C-dərəcədir Kürdəmir rayonunda indiyədək qeydə alınmış ən yüksək temperatur müsbət 44 °C dərəcə olub və 2000-ci ildə qeydə alınıb.
Relyefi düzənlikdir. Okean səviyyəsindən aşağıdır.[5]
Antropogenin allüvial, prolüvial və qismən göl-bataqlıq çöküntüləri yayılmışdır.
Cənub sərhədləri Kür çayı ilə hüdudlanır. Girdiman və Ağsu çaylarının aşağı axınları Kürdəmir ərazisindədir. Girdimançayın mənbəyi Babadağın cənub yamaclarından (2900 m) başlayır. Çayın 4 qolu var. Ağsuçay Böyük Qafqaz silsiləsinin Sarıbulaq dağının (2268 m) yaçaclarında 2100 m yüksəklikdəki külli miqdarda bulaqlardan formalaşır.
Ərazinin iqlimi yayı quraq keçən mülayim-isti yarımsəhra və quru-çöl iqliminə aiddir. Boz çəməm, boz və çəmən boz, çəmən bataqlıq, şoran torpaqlar yayılmışdır.[6] Kür çayı sahillərində Tuqay meşələri vardır. Tuqay meşələrində saqqallı qızılağac, müxtəlif söyüd növləri, ağyarpaq qovaq və s. ağaclara rast gəlinir.
Ərazinin yarımsəhra-bozqır çöllərindəki yovşanlı-efemerli bitki formasiyalarında şəlimsiz ilansoğanı, soğan, iran çirişi, yabamı yerkökü, adi məryəmnoxudu və s.bitkilərə rast gəlinir. Ərazidə rast gəlinən şanagüllə Azərbaycanın Qırmızı Kitabına salınmışdır.
Sürünənlərdən aralıq dənizi tısbağası, bataqlıq tısbağası, Levant irigürzəsi, qırmızıqarın təlxə,qafqaz kələzi yayılmışdır. Tuğay meşələri üçün qırqovul, adi qurqur, saxsağan, qarabaş vələmirquşu, ağ titrəkquyruq, abıquş xarakterikdir. Bozqır və yarımsəhra ərazilərdə çobanaldadan böyük qartal və s. quşlara rast gəlinir.[7]
Kürdəmir şəhəri, Karrar və Qarabucaq qəsəbələri, Atakişili, Xırdapay, Yenikənd, Mollakənd, Şilyan, Qarasu, Qarasaqqal, Muradxanlı, Pirili, Sığırlı , Cəyli, Axtaçı, Qoçulu kəndləridir
1939-cu ildə Azərbaycan SSR-də əhalinin siyahıya alınmasına əsasən, Kürdəmir rayonunda azərbaycanlılar 87,5%, ruslar 6,2%, ləzgilər isə 5,0% təşkil edirdilər.[8]
Rayon əhalisinin sayı 01.04.2010-cu il tarixə 105.011 nəfər, əhalinin orta sıxlığı isə 1 km²-də 64,4 nəfərdir. Əhalinin 20,2 faizi və ya 21.185 nəfəri şəhərdə, 79,8 faizi və ya 83.826 nəfəri kənd yerlərində yaşayır. Rayon əhalisinin ümumi sayından 52.190 nəfəri, yəni 49,7 faizi kişi, 52.821 nəfəri və ya 50,3 faizi qadınlardır.
Əsasən kənd təsərrüfatı rayonudur. Pambıqçılıq, taxılçılıq, heyvandarlıq, habelə üzümçülük, bostançılıq və baramaçılıq mühüm yer tutur. Rayonda quşçuluq və maldarlıqla məşğul olurlar. Burada şərab və asfalt zavodları, məişət xidməti kombinatı, respublika əhəmiyyətli iri un kombinati var. Rayonun ərazisindən Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun 43 km (III dərəcəli), Ələt – Qazıməmməd-Kürdəmir-Yevlax yolunun 42 km (II dərəcəli), Bakı-Tbilisi baş dəmir yolunun 44 km hissəsi keçir.
Kürdəmir rayonunda 3 iri dövlət müəssisəsi və 10 iri özəl müəssisə fəaliyyət göstərir.
Dövlət müəssisələrindən:
Özəl müəssisələrdən:
2011-ci ilin əvvəlinə olan məlumatlara görə Azərsun Holdinq ACS-nin Kürdəmir süd emalı zavodunda artıq son tamamlama işləri aparılır. Sutkalıq istehsal gücü 30 ton olacaq zavod bölgənin ən iri istehsal müəssisələrindəndir. Tam istehsal gücü şəraitində işləyəcəyi tədqirdə emal müəssisəsində 150 nəfərdən çox işçi çalışacaqdır.[10] Bundan başqa rayonun Mollakənd kəndində 140 yerlik "ULUSU" sanatoriyası 1993-cü ildən fəaliyyət göstərir. Həmin ərazidə 1971-ci ildə 3500 metr dərinlikdən 91 dərəcə istilikdə su fontan vurmuşdur. Həmin suyun kimyəvi tərkibi analiz edilərkən məşhur Truskoveçk, Kislovodsk və digər ərazilərdəki müalicəvi suların keyfiyyətlərini özündə birləşdirməsi aşkar edilmişdir. Yüksək keyfiyyətə malik bu sudan hazırda oynaq, hərəkət orqanlarının, revmatizm, dəri və digər xəstəliklərin müalicəsində səmərəli istifadə edilir. 2008-ci ildə açılışı olmuş Kürdəmir Olimpiya İdman Kompleksinin ərazisi 5,5 hektardır. Ərazidə 700 yerlik örtülü əl idman oyunları maneji, üzgüçülük hovuzu, 5 ədəd 2 mərtəbəli kotteclər, mini futbol stadionu, əl oyunları kortları, qazanxana, transformator yarımstansiyası tikilir. Kürdəmir şəhər Stadionunun ərazisi 4 hektardır. Stadionda 2000 yerlik yeni tribunalar, 2 mərtəbəli tribna və hakim otaqları, idmançılar üçün soyunub-geyinmə otaqları, sanitar qovşaqları tikilmişdir.
Kürdəmirdə 3 məktəbəqədər uşaq müəssisəsi, 52 ümumtəhsil məktəbi, 7 mədəniyyət evi, 20 klub, 48 kitabxana fəaliyyət göstərir.
"Şirvan Kürdəmir FK"futbol klubu 1990-cı ildə Kürdəmirdə yaranmışdır. 1 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir. Şirvan futbol klubunun heyətində ən çox qol vurmuş oyunçu Mübariz Məmmədovdur bu oyunçu 19 oyuna 5 qol vurmuşdur. "Şirvan" (Kürdəmir) II mərhələdə oynamaqdan imtina etdiyindən rəqiblərinə 2 qələbə verilib. Qələbəyə görə 2 xal verilib.26 komanda hər birində 13 olmaqla 2 qrupda mübarizə aparıb. İlk 6 komanda II mərhələdə 1–12, digərləri 13–26-cı yerlər uğrunda oynayıb. Mübarizə I mərhələnin bütün göstəriciləri saxlanmaqla davam etdirilib. Əsasnaməyə uyğun olaraq 8 komanda aşağı dəstəyə düşüb. İlk oyunda 03.05.1992-ci ildə Şirvan (Kürdəmir)in rəqibi Pambıqçı (Bərdə) olub və bu oyunda Pambıqçı (Bərdə) 3:0 hesabıyla qalib gəlib. "Şirvan" (Kürdəmir) final mərhələsində bütün oyunlarda texniki məğlubiyyət alıb ki, həmin qarşılaşmalar siyahıya daxil edilməyib.
Kürdəmir Olimpiya İdman Kompleksi (rəsmi adı: "Kürdəmir Olimpiya İdman Kompleksi" MMC) — Azərbaycan Respublikasının Kürdəmir rayonunda yerləşən olimpiya idman qurğusu. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki təsərrüfat hesablı qurumdur
Rayonda dövlət qeydiyyatına götürülmüş, ərazi icra nümayəndəlikləri tərəfindən mühafizə edilən Sığırlı kənd ərazisində ilkin orta əsrlərə aid "Qaratəpə" və Ərəbqubalı kəndi ərazisində isə ilkin orta əsrlərə aid edilən "Şəhərgah" tarixi abidələri mövcuddur. Bundan əlavə Muradxan və Şilyan kəndlərdində mühafizə edilən tarixi abidələrdə mövcuddur ki, hər iki abidə dövlət qeydiyyatına alınmışdır.[11] Kürdəmirdə tapılmış dəyərli tapıntılardan biri də 2010-cu ildə rayonunun Muradxan kəndi ərazisində rayon Suvarma Sistemləri İdarəsinə məxsus ekskavatorla kanal qazılarkən tapılmış nadir pul dəfinəsidir. Mütəxəssislər tərəfindən hadisə baş verən əraziyə baxış keçirildi. Dəfinə 5470 qram çəkiyə malikdir. Onun içərisində 1200-dən artıq qədim sikkə olduğu ehtimal edilir. Sikkələr üst görkəmindən mis olduğu ehtimal edilir. Dəfinə Ağsu ekspedisiyasına təhvil verilib. Sikkələrin XIV əsrin sonu – XV əsrin əvvəlinə aid olduğu ehtimal edilir.[12]
Rayonda "Kürdəmir" yerli qəzeti fəaliyyət göstərir. Qəzet ayda 2 dəfə dərc olunur. Hazırda "Kürdəmir" qəzeti 800 tirajla buraxılır.
Kürdəmir rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |