Həyatın ilmələri (film, 2021)

“Həyatın ilmələri” sənədli filmi Azərbaycan xalça sənətinin inkişafında, bu dəyərli irsin gələcək nəsillərə ötürülməsində müstəsna rolu olan Əməkdar mədəniyyət işçisi Zəhra Əliyevaya həsr olunmuşdur.

Həyatın ilmələri
Filmin posteri
Filmin posteri
Janr qısametrajlı
sənədli
Rejissor Mübariz Nağıyev
Prodüser Nazim Hüseynov
İcraçı prodüser Azad Axundov
Ssenari müəllifi Şirin Məlikova
Operator Fahir İmamquliyev
İstehsalçı "Salnaməfilm Studiyası" MMC
İlk baxış tarixi 9 mart 2022
Filmin növü qısametrajlı sənədli film
Müddət 28 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2021
Texniki məlumatlar 3 hissə
Rəng rəngli
Çəkiliş yeri Bakı, Xızı, İsmayıllı

Məzmun[redaktə | mənbəni redaktə et]

Qəhrəmanın həyat hekayəsi əsasında çəkilən filmdə qocaman sənətkar Zəhra Əliyevanın əvəzsiz təcrübəsi, yaradıcılıqla zəngin həyat yolu öz əksini tapıb. Burada həmçinin arxiv materiallarına istinadən Lətif Kərimov, Cəfər MuciriKamil Əliyev kimi görkəmli xalçaçı-rəssamlar haqqında maraqlı xatirələr də yer alıb. Film Mədəniyyət Nazirliyinin sifarişi ilə "Salnaməfilm Studiyası" MMC-də istehsal olunmuşdur.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

  1. Qocaman xalçaçı haqqında sənədli filmin təqdimatı [1]
  2. “Həyatın ilmələri” sənədli filminin təqdimatı keçirilib [2]
  3. “Həyatın ilmələri” sənədli filminin təqdimatı keçiriləcək [3]
  4. “Həyatın ilmələri” sənədli filmi istehsalata buraxılıb [4]
  5. “Həyatın ilmələri” sənədli filminin təqdimatı olub [5]
  6. “Həyatın ilmələri” sənədli filmi istehsalata buraxılıb [6]
  7. Nazirlik xalça sənəti haqqında film çəkir [7]
  8. "Həyatın ilmələri" filmi təqdim edildi [8]