“Həyatın ilmələri” sənədli filmi Azərbaycan xalça sənətinin inkişafında, bu dəyərli irsin gələcək nəsillərə ötürülməsində müstəsna rolu olan Əməkdar mədəniyyət işçisi Zəhra Əliyevaya həsr olunmuşdur.
Həyatın ilmələri | |
---|---|
Janr |
qısametrajlı sənədli |
Rejissor | Mübariz Nağıyev |
Prodüser | Nazim Hüseynov |
İcraçı prodüser | Azad Axundov |
Ssenari müəllifi | Şirin Məlikova |
Operator | Fahir İmamquliyev |
İstehsalçı | "Salnaməfilm Studiyası" MMC |
İlk baxış tarixi | 9 mart 2022 |
Filmin növü | qısametrajlı sənədli film |
Müddət | 28 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2021 |
Texniki məlumatlar | 3 hissə |
Rəng | rəngli |
Çəkiliş yeri | Bakı, Xızı, İsmayıllı |
Qəhrəmanın həyat hekayəsi əsasında çəkilən filmdə qocaman sənətkar Zəhra Əliyevanın əvəzsiz təcrübəsi, yaradıcılıqla zəngin həyat yolu öz əksini tapıb. Burada həmçinin arxiv materiallarına istinadən Lətif Kərimov, Cəfər Muciri və Kamil Əliyev kimi görkəmli xalçaçı-rəssamlar haqqında maraqlı xatirələr də yer alıb. Film Mədəniyyət Nazirliyinin sifarişi ilə "Salnaməfilm Studiyası" MMC-də istehsal olunmuşdur.