Həyat Əliyeva

Həyat Şmidt qızı Əliyeva (26 fevral 1969, Bakı) – kimyaçı alim, Ə. M. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent.

Həyat Əliyeva
Həyat Şmidt qızı Əliyeva
Doğum tarixi (55 yaş)
Doğum yeri Bakı şəhəri
Vətəndaşlığı Azərbaycan Respublikası
Elm sahəsi kimya
Elmi dərəcəsi kimya üzrə fəlsəfə doktoru
Elmi adı dosent
İş yeri Aşqarlar Kimyası İnstitutunda aparıcı elmi işçi
Təhsili
ica.az

Həyat Şmidt qızı Əliyeva 1969-cu fervalın 26-da Bakı şəhərində anadan olub. Orta təhsilini 1986-cı ildə Xırdalan qəsəbə 3 saylı orta məktəbdə aldıqdan sonra, həmin il Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Unversitesinin kimya fakültəsinə qəbul olunub. 1991-ci ildə institutda təhsilini başa vurduqdan sonra o, təyinatla AMEA- ın Ə. M. Quliyeva adına Aşqarlar Kimyası İnstitutuna 8 saylı "Yağlayıcı-soyuducu mayelərə aşqarlar" laboratoriyasına mühəndis kimi əmək fəaliyyətinə başlamış 1991-ci ildə isə aspiranturaya (əyani) daxil olmuşdur. (1998–2009) kiçik elmi işçi, (2009–2010) elmi işçi, (2010–2014) böyük elmi işçi vəzifəsində çalışmışdır. 2014-cü ildən aparıcı elmi işçi vəzifəsində işləyir. 2005-ci ildə "Funksional-əvəzli asetilen, etilen törəmələrinin sintezi və reaksiya məhsullarının yağ, yanacaq və yağlayıcı-soyuducu mayelərdə aşqar kimi tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və 2006-cı ildə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 20 sentyabr 2013-cü il tarixli qərarı ilə H. Ş. Əliyevaya "Neft kimyası" ixtisası üzrə dosent adı verilmişdir.

Elmi Fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

H. Ş. Əliyeva fəaliyyətə başladığı vaxtdan yağ, yanacaq və yağlayıcı-soyuducu mayelər (YSM) üçün yüksək effektliyə malik birləşmələrin (aşqarların) sintezi, tədqiqi və tətbiqi istiqamətində elmi-tədqiqat işlərini davam etdirir. Onun tərəfindən sürtkü yağları və YSM üçün oksidləşməyə, korroziyaya, yeyilməyə və mikroblara qarşı tərkibində S, N, Me saxlayan yeni üzvi birləşmələr — aromatik aldehidlərin müxtəlif törəmələri (efirlər, asetallar, Şiff əsasları və onların kompleks duzları), etilenqlikol, 1,3-butandiolun allil və butil efirləri və onun bir sıra aminometil törəmələri sintez edilmiş, alınmış birləşmələrin quruluşlarından asılı olaraq reaksiyayagirmə qabiliyyətlərinin dəyişməsi və birləşmələrin quruluşları ilə funksional effektliyi arasındakı asılılıq öyrənilmişdir. Metalların mexaniki emalı proseslərində geniş tətbiq olunan emulsiya əsaslı, çoxfunksiyalı, azkomponentli YSM kompozisiyası (Azerol-4) işlənib hazırlanaraq B. Sərdarov adına maşınqayırma zavodunda tətbiq üçün tövsiyə olunmuşdur; Qızılı stafilokokk və bağırsaq çöplərinə qarşı AKİ-1 antimikrob kompozisiyası işlənib hazırlanaraq Baytarlıq İnstitutunda sınaqdan keçirilmişdir; H. Ş. Əliyeva Respublika üçün önəmli olan bir sıra aktual layihələrin yerinə yetirilməsində fəal iştirak etmişdir. CRDF (U. S. Civilian Research and Development Foundation) tərəfindən maliyyələşən "Azkomponentli, ekoloji təmiz və biostabil YSM kompozisiyalarının işlənib hazırlanması" layihəsinə rəhbərlik etmişdir. Ukrayna Elmi-Texnoloji Mərkəzinin (STCU) və Mülki tədqiqatlar və İnkişaf Fondunun (CRDF) maliyyələşdirdiyi bir neçə layihə yerinə yetirilmişdir:

  1. "Neftlə çirklənmiş torpaqların fitoremediasiyası" (STCU, № 4799, 05.2009–05.2011);
  2. "Ekoloji təmiz gübrələrin biokimyəvi istehsal texnologiyasının işlənməsi" (STCU, № 5081, 06.2010–08.2011);
  3. "Yüksək effektli yağlayıcı-soyuducu maye kompozisiyalarının işlənib hazırlanması" (CRDF, №AZC1–3118-BA-08,05.2008–07.2009);
  4. "Yem zülalının mikrobioloji istehsalı" (CRDF, №AZB1–3124-BA-08,05.2008–07.2009);
  5. "Yağlar, yanacaqlar və yağlayıcı-soyuducu mayelərin effektiv mühafizə vasitələrinin işlənib hazırlanması"(Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu 01.2012 – 01.07.2013);
  6. "Neft və ağır metallarla çirklənmiş torpaqların təmizlənməsi" (ARDNŞ-nin Elm Fondu, 10.2012–10.2014);
  7. "Bakı buxtasının sahilyanı zonasında neft çirklənməsinin bioloji təmizlənməsi" (STCU, № 5915, 01.2014–12.2015);
  8. "2008–2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və "2011–2015-ci illərdə

Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişafı Dövlət Proqramı" üzrə işlər aparılmışdır.

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

H. Ş. Əliyeva **** elmi əsərin, o cümlədən **** məqalə və **** Azərbaycan patentinin müəllifidir.

Elmi məqalələri

[redaktə | mənbəni redaktə et]
  • P. Ş. Məmmədova, H. Ş. Əliyeva, E. R. Babayev, K. R. Qəhrəmanova. //Выделение активных углеводородокисляющих бактерий из нефтезагрязненных почв Сураханского месторождения // Azərbaycan kimya jurnalı, 2008, № 3, səh.59–62;
  • P. Ş. Məmmədova, H. Ş. Əliyeva, E. R. Babayev, E. A. Ağayeva, S. R. Mirzəbəyova. // "Синтез и исследование арилтиопропаналей в качестве антимикробных присадок к ГСМ" // Azərbaycan Hava Yolları. Milli Aviasiya Akademiyası. Elmi məcmuələr, 2008, № 1, səh.40–45;
  • P. Ş. Məmmədova, H. Ş. Əliyeva, S. M. Vəliyeva, S. A. Qəmzəyeva, E. R. Babayev. // " Смазочно-охлаждающие жидкости для обработки металлов резанием" // Kimya problemləri jurnalı, 2008, № 2, səh.223–229;
  • P. Ş. Məmmədova, H. Ş. Əliyeva, E. R. Babayev, E. K. Soltanova, S. A. Qəmzəyeva. "Разработка екологически безопасной смазочно- охлаждающей жидкости" // Neft kimyası və neft emalı prosesləri, 2008,№ 3–4(35–36), səh. 302–305;
  • P. Ş. Məmmədova, H. Ş. Əliyeva, S. M. Vəliyeva. // İşlənmiş yağlayıcı-soyucu mayelərlə regenerasiya və utilizə üsulları. // Azərbaycan kimya jurnalı, 2008, № 4, səh.164–166;
  • P. Ş. Məmmədova, H. Ş. Əliyeva, E. R. Babayev, E. A. Ağayeva. // "Нуклеофильное присоединение арилтиолов к пропаргиловым системам" // Azərbaycan kimya jurnalı, 2009, № 2, səh.115–118;
  • V. M. Fərzəliyev, P. Ş. Məmmədova, H. Ş. Əliyeva, E. R. Babayev. // "Исследование гетероциклических и гомолитических реакций присоединения тиофенола к пропаргиловым системам" //AMEA-nın məruzələri, 2009, LXV, № 4, səh.102–109;
  • P. Ş. Məmmədova, H. Ş. Əliyeva, E. R. Babayev, E. A. Ağayeva, B. İ. Abdullayev. "Исследование антиокислительных и противоизносных свойств арилтиоалкенолов"// Azərbaycan kimya jurnalı, 2010, № 4, səh.195–197;
  • A. M. Məhərrəmov, P. Ş. Məmmədova, H. Ş. Əliyeva, X. A. Qarazadə, M. N. Məhərrəmov. "Синтез и исследование некоторых производных нефтяных кислот в качестве антимикробных присадок к смазочно-охлаждающим жидкостям". "Azərbaycan neft təsərrüfatı" jurnalı, 2013, № 4, səh.39–42, Bakı;
  • V. M. Fərzəliyev, H. Ş. Əliyeva, Z. Q. Soltanova, N. R. Babayev, L. M. Yusifova, R. Y. Taqirova. // "Производные этиленгликолевых эфиров феноксиуксусной кислоты и в качестве присадок к смазочным маслам" // Neft kimyası və neft emalı prosesləri, 2014, № 1, səh. 22–26;
  • K. İ. Sadıxov, A. Ə. Cəfərov, H. Ş. Əliyeva və b. // 4-tret-butiltio-4-fenilbutan-2-on yağlara və yanacaqlara antimikrob aşqarı kimi. // Azərbaycan Patenti. İ-2002 0024
  • A. Ə. Cəfərov, N. M. Şirinov, H. Ş. Əliyeva və b. // Antimikrob kompozisiyası // Azərbaycan Patenti. İ-2004 0128
  • P. Ş. Məmmədova, H. Ş. Əliyeva, E. R. Babayev və b. // Metalların mexaniki emalı üçün yağlayıcı-soyuducu maye // Azərbaycan Patenti. İ-2008 0209
  • P. Ş. Məmmədova, H. Ş. Əliyeva, M. N. Məhərrəmov və b. // 2-Pentaamidoetilpentanoat yağlayıcı-soyuducu mayelərdə antimikrob aşqar kimi. // İ.2016 0056.
  • P. Ş. Məmmədova, H. Ş. Əliyeva, N. R. Babayev və b. // 1-alliloksil-2-piperidinmetoksietan sürtkü yağlarına antimikrob aşqar kimi. // İ.2016 0095

Beynəlxalq konfranslarda iştirakı

[redaktə | mənbəni redaktə et]
  • P. Sh. Mammadova, H. Sh. Aliyeva, E. R. Babayev. // Nucleophilic addition of thiols to the propargul alcohol // 18th İnternational Congress of chemical and Process Engineering 2008, p. 554–557
  • P. Ş. Məmmədova, H. Ş. Əliyeva, E. R. Babayev, A. R. Rəhimov və b. // Оценка биостойкости смазочно-охлаждающей жидкости // Тез. докладов VIII Бакинской Международной нефтехимической конференции, посвященной памяти акад. Ю. Г. Мамедалиева. Баку, 2012. c.388
  • V. M. Farzaliyev, P. Sh. Mammadova, H. Sh. Aliyeva, E. R. Babayev, İ. M. Eyvazova. // Reactions of addition of thiophenol to propargly systems biochemical activity of obtained compounds. // "Molecular Complexity in modern Chemistry" 13–19 September, 2014 Moscow.
  • П. Ш. Мамедова, Н. Р. Бабаев, Х. Ш. Алиева, З. К. Солтанова, Б. М. Аминова. // Синтез S-содержащих этиленгликолевых эфиров феноксиуксусной кислоты и исследование их в качестве многофункциональных присадок к смазочным маслам. // ХХIX Научно-техническая конференция "Химические реактивы, реактивы и процессы малотоннажной химии" "Реактив-2015", Новосибирск, с 109
  • A. M. Məhərrəmov, P. Ş. Məmmədova, M. N. Məhərrəmov, X. A. Qarazadə, H. Ş. Əliyeva və s. // Bəzi karbon və neft turşularının etilendiaminlə reaksiyaları əsasında funksional əvəzli birləşmələrinin sintezi və onların antimikrob aşqar kimi xassələri.// III International Scientific Conference of Young Researches Qafqaz University, Baku-2015, p 242–246

Pedaqoji Fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

H. Ş. Əliyeva hal-hazırda Xırdalan şəhər 9 saylı tam orta məktəbdə kimya fənni üzrə müəllimlik fəaliyyəti göstərir

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

AMEA-nın rəsmi saytında kimya üzrə fəlsəfə doktoru Həyat Əliyeva haqqında məlumat