Həyat möcüzədir (film, 2004)

Həyat möcüzədir (serb. Život je čudo/Живот је чудо) — Emir Kusturitsanın rejisorluğu ilə, 2004-cü ildə Serb-Çernoqoriya birliyi və Fransanın istehsal etdiyi tragikomediya janrında çəkilmiş bədii filmdir.

Həyat möcüzədir
Život je čudo
Janr dram filmi, komediya filmi[1], musiqili film, müharibə filmi
Əsas mövzu Yuqoslaviya müharibələri
Rejissorlar Kusturitsa, Emir
Prodüserlər Emir Kusturitsa
Mayya Kusturitsa
Alen Sard
Ssenari müəllifləri
Baş rollarda Slavko Ştimas
Nataşa Şolak
Operator Mişel Amatyu
Bəstəkarlar Emir Kusturitsa
Deyan Sparavolo
İlk baxış tarixi 2004, 16 iyun 2005[2]
Müddət 155 мин.
Ölkələr  Serbiya və Monteneqro
Dil serbcə
İl 2004
Rəng rəngli
IMDb ID0322420
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bosniya. 1992-ci il. Luka uzaq bir vilayətdə yerləşən kiçik şəhərcik xatirinə doğma Belqradı tərk etmiş qəribəlikləri olan bir mühəndisdir. O, Serbiya və Bosniyanı birləşdirən dəmiryolu inşa etmək arzusundadır. Lukanın həyat yoldaşı- opera ifaçısı Yadranka ruhi xəstəlikdən əziyyət çəkir, oğlu Miloş isə yerli futbol komandasından, paytaxt Belqradın "Partizan" klubuna keçmək istəyir. Bu vaxt Yuqoslaviyada ciddi siyasi dəyişikliklər baş verir. Bu dəyişikliklər balaca şəhərciyin həyatına da öz təsirini göstərir. Ayı ovu zamanı muzdlu qatil acgöz, arvadbaz, ancaq müəyyən insani keyfiyyətlərini itirməmiş şəhər merini öldürür. Lukanın inşa etdiyi qataryoluyla şəhərə onun yeni sahibləri gəlirlər. Onlar narkotik ticarətində özlərinə karyera qurmuşdular. Miloşun orduya alındığı və eyni zamanda da, onu “Partizan”da gözlədikləri xəbərini alırlar. Yeni lokomotivin alınmasına, şəhərin yeni merinin qarşılanmasına və Miloşun yola salınmasına həsr olunan şənlik zamanı Lukanın arvadı multiinstrumentalist bir macarla qaçır. Elə həmin gün kapitan Aleksiçə müharibənin başladığı barədə məlumat verildi. Vətəninə sadiq bir zabit olan Kapitan Aleksiç başlanmış müharibənin nə qədər mənasız olduğunu bilir.

Tezliklə Luka oğlunun əsir götrüldüyünü öyrənir. O, Miloşun yerinə döyüşə atılmaq istəyir, amma kapitan Aleksiç onu buraxmır. Bir müddət sonra Miloşun bir tanışı Lukaya, Miloşa dəyişdirmək üçün əsir götürülmüş bosniyalı qızı özü ilə götürməyi təklif edir. Luka razılaşır və Sabaha adlı bu əsir qız Lukanın evində məskunlaşır. Onların arasında yaxın münasibətlər yaranır. Tezliklə Lukanın arvadı Yadranka qayıdır. Luka və Sabaha Serbiyaya qaçmağa hazırlaşırdılar, lakin bosniyalı hərbçilər Drina çayı yaxınlığında Sabahanı dizindən yaralayır. Bölgədəki yeganə hərbi hissə hospitalına gedən yol çox uzaq olur. Çox qan itirməsinə baxmayaraq Sabaha sağ qalır. Sevgililər gözlənilmədən Sabahanın münaqişə tərəfləri arasında mübadilə ediləcək əsirlərin siyahısına daxil edildiyini öyrənirlər. Sabahanın istəyi olmadan onu Lukadan ayıraraq mübadilə edirlər. Miloş da evə qayıdır.

Müharibə başa çatır. Ailə dəmiryolu stansiyasının yaxınlığındakı evlərinə qayıdır. Luka bu cür yaşaya bilməyəcəyini hiss edir və intihara cəhd edir — tunellərdən birinin yaxınlığındakı relsə uzanır, ancaq filmdə vaxtaşırı ümidsiz sevginin simvolu kimi bir uzunqulaq Lukayla qatarın arasında peyda olur. Filmin son kadrı simvolik xarakter daşıyır: Luka və Sabaha uzunqulağa minərək sevgilərinə mane olan hər şeydən qaçırlar.

Aktyorlar Rollarda
Slavko Ştimas Luka Djuriç
Nataşa Şolak Sabaxa Bişiroviç
Vesna Trivaliç Yadranka Djuriç
Vuk Kostiç Miloş Djuriç
Aleksandr Berçek Velo
Stribor Kusturisa kapitan Aleksiç
Miryana Karanoviç Nada
Branislav Laleviç şəhər meri Radovan
Nikolo Koyo Filipoviç
Deyan Sparavalo dirijor

Dublyaj rejissoru — Vsevolod Kuznesov

Çəkiliş heyəti

[redaktə | mənbəni redaktə et]
  • Rejissor — Emir Kusturitsa
  • Prodüser — Emir Kusturitsa, Mayya Kusturitsa, Alen Sard
  • Senari müəllifi — Emir Kusturitsa, Ranko Boziç
  • Bəstəkar — Emir Kusturitsa, Deyan Sparavolo
  • Operator — Mişel Amatyu
  • Rəssam — Milenko Yeremiç
  • Montaj edən — Svetolik Zayç
  • Geyim rəssamı — Zora Popoviç

İstifadə edilən musiqilər

[redaktə | mənbəni redaktə et]
  1. The No Smoking Orchestra — In the beginning
  2. The No Smoking Orchestra — Evergreen
  3. The No Smoking Orchestra — Wanted man
  4. The No Smoking Orchestra — Kiss the mother
  5. The No Smoking Orchestra — Moldavian song
  6. The No Smoking Orchestra — Vasja
  7. The No Smoking Orchestra — Dying song
  8. The No Smoking Orchestra — Looking for Luka
  9. The No Smoking Orchestra — Ovo je muski svet
  10. The No Smoking Orchestra — Fatal wounds
  11. The No Smoking Orchestra — Who killed the D.J.
  12. The No Smoking Orchestra — Karakaj
  13. The No Smoking Orchestra — The waterfall
  14. The No Smoking Orchestra — Gladno Srce
  15. The No Smoking Orchestra — Looking for Sabaha
  16. The No Smoking Orchestra — When life was a miracle
  17. The No Smoking Orchestra — Kad sam bio mlađan lovac ja
  18. The No Smoking Orchestra — Bye bye Dobrila
  19. The No Smoking Orchestra — Leskovacki zvižđuk

Filmin çəkiliş meydanı "Emir Kusturitsanın kəndi" adlandırılan- Drvenqrad olmuşdur. O Meçavnik dağı yaxınlığında, Serbiya, Bosniya və Herseqovina sərhəddində yerləşir. Əvvəlcə Kusturitsa burada özü, sonra oğlu üçün bir ev tikdi. Tədricən əsl etnoqrafik yaşayış məntəqəsi yaratmaq ideyası meydana gəldi. Kəndin meydanında Emir Kusturitanın filmlərindən köhnə maşınlar var idi. Həmçinin Emir Kusturitsanın "Həyat möcüzədir" filmi üçün təmir etdirdiyi dəmiryolunda kinoya relslərlə gedən avtomobil dayanmışdı[3].

Filmin çəkilişləri 13 ay demək olar ki, fasiləsiz davam etdi. Hava çəkiliş qrupu üçün uğursuz idi və Kusturitsa daim ssenarini yenidən yazırdı.

Bədii xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Bir çox digər filmlərində olduğu kimi, bu filmdə də Kusturica müharibə əleyhinə mövqeyini ifadə edir və Yuqoslaviya müharibəsini açan separatçılar, həmçinin BMT haqqında düşmənçiliklə danışaraq vahid Yuqoslaviya üçün darıxır. Amma həmişə olduğu kimi öz nikbinliyini və həyatsevərliyini itirmir və nəticədə rejissorun əksər filmlərinin çəkildiyi tragikomediya janrı alınır.

"Həyat möcüzədir" filmi "Qızıl palma budağı" mükafatına namizəd görüldü, lakin Kusturitsanın əvvəlki filmlərindən fərqli olaraq tənqidçilər bu filmi olduqca soyuq qarşıladılar. Rejissoru özünütəkrarçılıqda və filmin uzanmasında ittiham etsələrdə, eyni zamanda onun qüsursuz peşəkar işini də vurğuladılar.

  • "Kusturica həyatı bütün qorxuları və dramları ilə, eyni zamanda sevincləri ilə görür" (Monsieur Cinè"ma")
  • "Bəlkə də bu Kusturitanın ən yumşaq və ən nikbin filmidir" ("Première")
  1. http://www.imdb.com/title/tt0322420/.
  2. http://www.kinokalender.com/film5141_das-leben-ist-ein-wunder.html.
  3. "сербия — Где снимался фильм "Жизнь как чудо" Кустурицы?". 2021-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-25.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]