Həzrəti Yusif | |
---|---|
fars. یوسف پیامبر | |
| |
Janr | Dini |
İlk baxış tarixləri | 2008 |
Rejissor | Fərəcullah Sələhşur |
Operator | Nasir Kavusi |
Prodüser | Fərəcullah Sələhşur |
Yaradıcısı | Fərəcullah Sələhşur |
Ssenarist | Fərəcullah Sələhşur |
Rollarda |
Mahmud Pakniyyət Mustafa Zamani Elham Həmidi Ketayun Riahi Cəfər Dehqan |
Bəstəkar | Peyman Yəzdani |
Rəssam | Fərhad Əlizadə Adi |
İstehsalçı ölkə | İran |
İl | 2008 |
Studiya | CIMAFilm center |
Dil | Fars dili |
İlk çıxış tarixi | 27 dekabr 2008 |
Növü | Dram |
Rəng | Rəngli |
Mövsüm sayı | 3 |
Seriya sayı | 45 |
Seriya vaxtı | Hər seriyanın davam etmə müddəti 50 dəqiqə |
Davametmə müddəti | 43 dəq. |
IMDb | ID3084150 |
simafilmideh.ir |
Həzrəti Yusif (fars. یوسف پیامبر, ing. Joseph, the Prophet, ing. Yousuf-e Payambar) – 2008-ci ildə çəkilən İran televiziya serialıdır. Serialda Yusifin atasından ayrı düşməsindən, qul olaraq satılmasından, Züleyxanın ona qarşı məhəbbətindən, kahinlərə qarşı mübarizə aparmasından, firon ilə görüşməsindən və sonda atası ilə görüşməsindən danışılır. [1] Bu film Yusif peyğəmbərin qissəsinə tarixi-dini yanaşmaları əks etdirməklə, qədim Misirin Amarna tarixi dönəmində, IV Amenhotepin (Еxnaton, yaxud Axnatun) hakimiyyəti zamanı baş verən hadisələri canlandırır. Filmin çəkilib başa çatmasından sonra Həzrəti Yusif rolunu canlandıran Mustafa Zəmani TV kanalların mükafatlarını qazanmışdır.[2][3] "Həzrəti Yusif" teleserialı Türkiyədə "Star TV"[4] və "Kanal 7"[5], Azərbaycanda isə Space TV[6] və "İnterAz TV"[7] kanallarında yayımlanmışdır. "Həzrəti Yusif" serialının istehsal müdiri Mühəmməd Sadiq Azildir. Serialın səs operatoru Əhməd Əmiri, səs rejissoru isə Rza Nərmizadədir. "Həzrəti Yusif" televiziya serialının büdcəsi təxminən 2 milyon ABŞ dolları həcmindədir.[8][9][10]
Mesopotamiyadakı şəhərlərdən birində dünyaya gələn Yusif gözəlliyi ilə qısa zamanda hər kəsin marağına səbəb olur. Ancaq onun bu xüsusiyyətləri qardaşlarının qısqanclığına səbəb olur. Yusifdə zaman içində dillərə dastan gözəlliyi xaricində xariqüladə hallarda da görülməyə başlayır. Bir gün Yusif gecə vaxtı bir yuxu görür. Yusif həmin yuxunu atasına danışır. Yusif yuxusunda on bir ulduzun, Günəş və ayın özünə səcdə etdiklərini görər. Yusifin atası Həzrəti Yaqub peyğəmbər ona bu yuxunu əsla qardaşlarına danışmamasını deyir. Atası Həzrəti Yaqub yuxudan başa düşür ki, Allah taala Yusifin məqamını ucaldıb və onu ülvi bir məqama çatdıracaqdır. Əgər bu yuxu qardaşlarının qulağına çatsa, onda onun yozmasından xəbərdar olub Yusifin üstün olmasından narahat olacaqlarını və bu onları Yusifə qarşı əvvəlki həsədlərini daha da artıracağını, onu həlak etmək, əzab-əziyyət vermək üçün qəti qərara gələcəklərini hiss edir. Odur ki, onu yuxunu onlara danışmaqdan çəkindirib qadağan edir,
amma qardaşlar həm yuxunu, həm də yuxunun şərhini eşidikdə qısqanclıq atəşiylə yanmağa başlayırlar. Hətta onu öldürmək fikrinə düşürlər. Yusif qardaşlarıyla çıxdığı bir səfərdə özünü qısqanan qardaşları tərəfindən səhrada bir quyuya atılır. Qardaşları evə döndükdə atalarının onlara inanmaları üçün qoyunlardan birini kəsərək qanını Yusifin köynəyinə bulayırlar. Qardaşlar evə qayıtdıqda Yusifin qana bulaşmış köynəyini atalarına göstərərək Yusifi qurdların yediyini söyləyirlər. Həzrəti Yaqub qana bulaşmış və parçalanmamış halda saxlanılmış köynəyi görərək həmin hekayəyə inanmır. Həzrəti Yaqub bu hadisədən sonra qurdun yanına gedir ki, Yusifin həqiqətən də qurd tərəfindən yediyini öyrənsin, lakin Həzrəti Yaqub qurda baxaraq Yusifi qurd yemədiyini başa düşür. Bir müddət sonra Əzrail ancaq ölülər dünyasından xəbəri olduğu üçün Həzrəti Yaquba Yusifin sağ olduğunu söyləyir. Ancaq Yusifin həsrəti gün-gündən Həzrəti Yaqubun ürəyini dağlamaqdadır. Bu vaxt səhrada quyunun yaxınından keçən bir karvan sahibi Yusifi quyudan çıxarıb, Misirə aparır və qul olaraq satılığa çıxarır. Yusif Putifar adında sahibə satılr. Karvan sahibi əməlindən hər nə qədər peşman olsa da, onu geri qaytara bilmir. Putifar Yusifi Züleyxaya hədiyyə olaraq verir. Züleyxa isə onu oğlu kimi qəbul edir.
Yusif yavaş-yavaş Potifarın evində böyüməyə başlayır. Böyüdükcə isə başqalarının heyrətinə səbəb olur. Putifarın həyat yoldaşı olan Züleyxa ona aşiq olmağa başlayır. Züleyxa onu öz otağına çağırtdırır. Yusif otağa daxil olan zaman Züleyxa qapını bağlatdıraraq, ona eşqini bildirir. Yusif isə bundan imtina edib, otağı tərk edir. Yusif otağı tərk edən zaman Putifar onu görür. Züleyxa yalandan deyir ki, guya Yusif zorla otağına girmişdi. Birdən-birə yaxında olan bir xidmətçinin qucağındakı körpə, dil açaraq Yusifin haqlı olduğunu söyləyib, hamını heyrətləndirir, lakin Züleyxaya Yusifi zindana saldırmaq, qismət olur. Yusif burada 7 il qalır. Bu illərdə artıq IV Amenhotep vəfat etmiş, onun yerinə isə Exnaton keçmişdir. Bir gün Exnaton gecə vaxtı bir yuxu görür. Xidmətçilərindən həmin yuxunu yozmalarını istəyir. Onlar yuxunu yoza bilmirlər. Xidmətçilərdən biri zindandan Yusifi çıxartdıraraq bura gətirir. Yusif fironun yuxusunu yozur. Bundan sonra Yusif Exnatonun yaxın köməkçilərindən biri olur.
İllər keçdikdən sonra Züleyxa artıq qocalmışdır. Bir gün ona bir qadın rast gəlir. Həmin qadın Yusifin həyat yoldaşı olur. Qadın onun gözlərinin görə bilmədiyini və ağır xəstələndiyini görərək, onu saraya aparır. Fironun yanına gətirdikdə, Yusif onu tanıyır. Yusif Allahın istəyi ilə möcüzə nəticəsində onu cavanlaşdırır. Bir neçə müddət sonra isə onunla ailə həyatı qurur. Sonda Yusifin atası ilə görüşmə arzusu həyata keçir. Səhrada Yusif atasını bir ordu ilə qarşılayır. Atası isə Yusifin necə dəyişildiyini görərək heyrətlənir. Buna baxmayaraq qardaşları hələ də dəyişilməmişdi. Onların görüşməsindən bir müddət keçdikdən sonra onlar öz vətənlərinə geri dönürlər.
Aktyor/aktrisa | Rol | Qeydlər |
---|---|---|
Mahmud Pakniyyət | Həzrəti Yaqub | Peyğəmbər |
Mustafa Zamani | Həzrəti Yusif | Peyğəmbər |
Elham Həmidi | Əsnad | Yusifin ilk həyat yoldaşı |
Ketayun Riahi | Züleyxa | Putifarın həyat yoldaşı |
Cəfər Dehqan | Putifar | Əzizə şəhərinin başçısı, Putifar |
Cahanbəxş Soltani | Amenhotep III | Firon, Exnatonun atası |
Hüseyn Cəfəri | Cavan Yusif | Yusifin uşaqlığı |
Zehir Yari | Bin Yamin | Yusif kiçik qardaşı |
Zəhra Səidi | Fayiqə | Yaqubun bacısı, Yusifin bibisi |
Cavad Taheri | Malik | Yusifi Firona satan karvan başçısı |
Rəhim Novruzi | Exnaton | Firon, Amonhotep IV, Axnatun, Amenhotep III oğlu |
Feərəhşteh Sarabandi | Ləya | Yaqubun ilk həyat yoldaşı, Yusifin analığı |
Nəsrin Nakisə | Dina | Yaqubun yeganə qız övladı |
Davud Şeyx | Yəhuda | Yusifin böyük qardaşı |
Filmin aktyor heyəti də diqqəti cəlb edir: Cəfər Dehqan (Putifar), Katayun Riyahi (Züleyxa), Mahmud Pakniyyət (Yəqub), Fərəhşteh Sarabandi (Ləya), Davud Şeyx (Yəhuda), Nəsrin Nəkisa (Dinə), Rəhim Novruzi (Exnaton), Elham Həmidi (Əsnad) və b, lakin bu filmin ən tanınmış və sevilən siması təbii olaraq baş rolun ifaçısı, "Yusif peyğəmbər" obrazını canlandıran gənc aktyor Mustafa Zamanidir. Onun istedadlı ifası, təsiredici oyunu filmin izləyiciləri tərəfindən rəğbətlə qarşılanmışdır. "Həzrət Yusif" filmi 7 il ərzində çəkilib. Film Latın Amerikası, Avropa ölkələrində, Türkiyədə və ərəb ölkələrində dünyanın müxtəlif dillərinə tərcümə edilərək yayımlanıb, yayımlandığı bütün ölkələrdə müsbət qarşılanıb. Filmin rejissoru Fərəcullah Sələhşur əslən azərbaycanlıdır. Rejissorun etirafına görə Yusif və Züleyxa obrazları üçün aktyor seçimində çətinliklərlə qarşılaşıb. Mustafa Zamanini il yarımlıq axtarışlardan sonra bir dostunun onun şəklini göstərəndə Yusif obrazını tapıb. Eləcə də Züleyxa obrazını canlandıran aktrisa Ketayun Riyahini də çətinliklə tapa bilib.[11] [12][13]
"Həzrət Yusif" serialında baş rol ifası üçün sınaq çəkilişində 3000 adamın içindən Yusif roluna seçilmişdir. İran televiziyası ilə bağlanmış müqaviləyə əsasən siması daima tərtəmiz və qüsursuz görünməliydi. Çəkilişlər ərzində hər gün ona 3 saat makiyaj-qrim edilirdi və rola hazırlanırdı.
Qısa zaman kəsiyində "Həzrət Yusif" filmi bütün baxış rekordlarını yenilədi və böyük uğur qazandı. Mustafa Zamani Yusif rolu ilə qüsursuz perfomansını hər kəsə göstərərək İran televiziyası tərəfindən mükafatlandırıldı.[14][15]
Film İbrahim peyğəmbərin nəslindən olan, Yusifin və onun atası Yəqubun ayrılıq intizarından bəhs edir.[16] 45 seriyadan ibarət olan bu bədii serialın çəkilişləri 7 il davam etmiş və İsrail dövləti tərəfindən birmənalı qarşılanmamışdır. Fərəcullah Sələhşur müsahibəsində deyir:
Yusif peyğəmbərin obrazını canlandıran aktyoru isə il yarımlıq axtarışlardan sonra tapdım.[17] |
"Həzrət Yusif" serialı Latın Amerikası, Avropa ölkələrində, Türkiyədə və ərəb ölkələrində dünyanın müxtəlif dillərinə tərcümə edilərək yayımlanıb. Fərəcullah Sələhşurun məlumatlara görə, film yayımlandığı bütün ölkələrdə müsbət qarşılanıb. Fərəcullah etiraf edir ki, filmin heyət üzvlərini çox çətin tapmışdır:
Film "Qurani-Kərim"də "Yusif" surəsi əsasında çəkilib. Yusif və Züleyxa obrazı üçün aktyor seçiminə gəlincə, bunların hamısı Allahın işidir. Yusif peyğəmbərin obrazını canlandıran Mustafa Zamanini il yarımlıq axtarışlardan sonra, bir dostum onun şəklini mənə göstərəndə tapdım. Eləcə də Züleyxa obrazını canlandıran xanım Ketayun Riyahini də çətinliklə tapmışam.[18] |
İran kinematoqrafçıları tərəfindən 7 il[19] müddətində istehsal olunan 45 seriyalı "Həzrət Yusif" (ə) filmi peşəkar səviyyədə Azərbaycan dilinə tərcümə olunub. Filmi Azərbaycanın xalq artistləri İlham Əsgərov, Həmidə Ömərova, əməkdar artist Kazım Abdullayev, aktyorlar Elşən Rüstəmov, Məmməd Səfa, Şəfəq Əliyeva, Qədir Mirzə, Natəvan Qeybani, Pərviz Bağırov və digər 20-yə yaxın peşəkar aktyorlar səsləndiriblər. Film "CineSalam Production"da tərcümə və dublyaj olunub və filmin bütün hüquqları bu şirkətə aiddir. Teleserial ilk dəfə 2010-cu ildə dublyaj olunmağa başlamışdır. Dublyajın rejissoru Hacı Emin Abasov, tərcüməçiləri isə Hacı Süleyman Fərzəliyev və Könül xanımdır.[20]
Filmin səsləndirmə prosesi 7 ay davam edib. 45 seriyası film 1 qabda 12 DVD olmaqla film həvəskarlarına təqdim olunur. "Yusif peyğəmbər (ə)" serialı Türk, ərəb, ingilis, fransız, urdu, ispan, və italyan dilində də dublyaj edilərək, dünyanın bir çox telekanalında nümayiş etdirilmişdir. "CIMAFilm senter"in istehsalı olan bu çoxseriyalı bədii film Azərbaycanın efir məkanında yayımlandı və Ramazan ayı boyunca tamaşaçılar tərəfindən böyük maraqla izlənildi. Filmin rejissoru Fərəcullah Sələhşurun çəkdiyi "Həzrət Məryəm", "Həzrət Musa" və "Əshabi Kəhf" çoxseriyalı filmləri də dünya xalqlarının rəğbətini qazanıb.
"Həzrət Yusif" filmi ilk dəfə olaraq 2008-ci ildə istehsal edilmişdir. Satışa çıxdığı ilk gündən başlayaraq Latın Amerikası, Avropa ölkələrində, Türkiyədə, Pakistanda urdu dilində və ərəb ölkələrində dünyanın müxtəlif dillərinə o cümlədən türk, azərbaycan, ingilis, fransız, ərəb, urdu, italyan, ispan və s. dillərə tərcümə edilərək yayımlanıb.[21]
Filmin ümumi bölümlərinin sayı 45-dir. Film 15 bölümdən ibarət 3 mövsümdən təşkil olunub:
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |