Home Box Office (abr. HBO; tələffüzü: eyç-bi-ou) — ABŞ kabel və peyk teleşəbəkəsi. Teleşəbəkənin sahibi «AT&T» şirkətinin bir mülkü olan «WarnerMedia» şirkətinin bir mülkü olan «Home Box Office, Inc.» şirkətidir. Teleşəbəkədə yayımlanan verilişlər əsasən bədii kinofilmlər, orijinal teleseriallar, eləcə də sənədli filmlər, komediya şouları və konsertlərdən ibarətdir.
«HBO» | |
---|---|
| |
Ölkə | ABŞ |
Yayım ərazisi | ABŞ |
Dil | İngilis dili |
Baş qərargah | Nyu-York, Nyu-York, ABŞ |
Yaranma tarixi | 8 noyabr 1972 |
Sahibi |
«Home Box Office, Inc.» (WarnerMedia) |
Rəhbərlik |
Riçard Plepler (baş direktor) Con K. Billok («HBO U.S. Group» prezidenti) Keysi Bloys («HBO Programming» prezidenti) |
Şüar | It's What Connects Us. (azərb. Bizi birləşdirən budur.) |
Qardaş kanallar | «Cinemax» |
Sayt | hbo.com |
Vikianbarda əlaqəli mediafayllar |
«HBO» ABŞ-dəki ən köhnə və uzun müddət fəaliyyət göstərən kabel xidmətidir. Teleşəbəkə 8 noyabr 1972-ci ildə təsis edilmişdir. 2015-ci ildə «HBO» teleşəbəkəsinin qazancı 1.880.000.000 ABŞ dolları idi. Növbəti il 2016-cı ildə bu miqdar 1.930.000.000 ABŞ dolları olmuşdur.[1] Həmin il «HBO» teleşəbəkəsinin dünyada 130.000.000 abunəçisi var idi.[2][3] Teleşəbəkə «HBO Comedy», «HBO Latino», «HBO Signature» və «HBO Family» daxil olmaqla yeddi 24 saatlıq multipleks kanalı nümayiş etdirir. 2015-ci ilin aprel ayında teleşəbəkənin «HBO Now» adlı bir striminq servisi fəaliyyətə başlamış, 2017-ci ilin fevral ayında ABŞ-dəki abunəçilərinin sayı 2.000.000-u keçmişdir.[4]
1965-ci ildə Çarlz Dolan «Sterling Information Services» (daha çox «Sterling Manhattan Cable» olaraq tanınır, ancaq sonralar «Time Warner Cable» adlandırılmışdır) şirkətini təsis etmişdir. Şirkət Nyu-York şəhərinin Aşağı Menhetten borosunda kabel televiziyası qurma hüququna layiq görülmüşdür. Beləliklə, şirkət ABŞ-də ilk yeraltı kabel televiziyası sistemini təsis etmişdir.[5]
1973-cü ildə «Sterling Manhattan Cable» şirkətinin 20.000-ə yaxın abunəçisi olmasına baxmayaraq, şirkətin 300.000 ABŞ dolları qədər itkiləri olmuşdu.[6] Həmin ildə şirkətin səhmlərinin 20%-i «Time-Life Corporation» (indiki «Time Warner») tərəfindən satın alınmışdır.[7][8] 1973-cü ilin sentyabr ayında «Time-Life Corporation» şirkətin bütün səhmlərini satın almış, adını isə «Manhattan Cable Television» olaraq dəyişmişdir.[9]