NASA-nın "Habl" teleskopunu istifadə edən alimlər onun görünüşüylə Yer planetini xatırlatdığını, ancaq daha tünd mavi rəngdə olduğunu bildiriblər[7], lakin planetin mavi rəngdə olmağı orada okeanın olduğuna işarə deyil[7]. Mavi rəngin səbəbi atmosferindəki daşqınlarla bağlıdır[7]. Normal yaşama uyğun olmayan planetdə qeyri-adi atmosfer olduğu düşünülməkdədir[7]. Planet qeyri-adi atmosferindəki ərimiş şüşə yağmurlarına görə gömgöy bir görüntüyə malikdir[7]. Saatda 7 min 242 kilometr sürətlə əsən küləklər və təxminən 1094 dərəcə isti hava olduğu iddia edilir[7]. Bu şiddətli fırtınalar və dəhşətli istilər səbəbindən onun atmosferindəki silikatlar şüşəyə çevrilərək yağış kimi yağır[7].