The Astronomical Journal (ingilis dilindən – "Astronomik jurnal") —1849-cu ildən nəşr olunan, resenziyadan keçmiş ABŞ aylıq elmi jurnalı. Amerika Astronomiya Cəmiyyətinə məxsusdur və "IOP Publishing" (2008-ci ilə qədər "University of Chicago Press") tərəfindən nəşr edilmişdir.[6] 2014-cü ildə 4,024 impakt faktoru var.
The Astronomical Journal | |
---|---|
Təsis tarixi | noyabr 1849[1][2][…] |
Ölkə | |
Dil | ingilis dili[3][5][…] |
ISSN | 0004-6256 |
OCLC nömrəsi | 1518488 |
iopscience.iop.org/journ… |
Bencamin Quld tərəfindən 1849-cu ildə təsis edilmişdir. 1896-cı ildə ölümünə qədər ilk baş redaktor olmuşdur. 1861–1886-cı illərdə vətəndaş müharibəsi və onun nəticələrinə görə jurnal nəşr olunmamışdır. 1909-cu ildən 1941-ci ilə qədər redaksiya Albanidə yerləşirdi, eyni ildə nəşr Amerika Astronomiya Cəmiyyətinə verilmişdir.[7]
1998-ci ilin yanvarında jurnalın ilk nömrəsi elektron formada yayımlanmışdır. Çap və elektron versiyalarının bir-birindən tamamilə müstəqil olduğu azsaylı nəşrlərdən biridir.