H səhmləri (ing. H share, çin.: H股; 恒生中國企業指數, Hang Seng China Enterprises Index — Xan Sen Çin Müəssisələri İndeksi kimi də tanınır)[1] materik Çində siyahıya alınmış və Honq Konq Birjasında satılan şirkətlərin səhmlərinə aiddir. Bir çox şirkətlər öz səhmlərini eyni vaxtda Honq Konq Birjasında və iki (Şanxay və ya Şençjen) Çin materik birjasından birində yerləşdirirlər.
Eyni şirkətin H-səhmlərinin və A-səhmlərinin qiymətlərində böyük uyğunsuzluq adi bir hadisə deyil. A-səhmləri adətən H-səhmlərinə görə yüksək qiymətlə ticarət edilir, çünki Çin hökuməti materik Çinlilərin xaricə sərmayə qoymasını və əcnəbilərin materik Çindəki A səhm bazarlarına investisiya qoymasını məhdudlaşdırır.