«Comedy Central» — ABŞ kabel telekanalı. Telekanal «Viacom» şirkətinin mülkü olan «Viacom Media Networks» şirkətinin mülkü olan «Viacom Global Entertainment Group» şirkətinə aiddir. Telekanal daha yetkin auditoriyaya malikdir və orijinal, lisenziyalanmış və sindikasiya edilmiş komediya verilişləri və stendap şouları, eləcə də bədii filmləri əhatə edir. 2000-ci illərin əvvəllərindən «Comedy Central» Cənub-şərqi Asiya, Avropa, Latın Amerikası, Yeni Zelandiya,[1][2] Orta Şərq və Afrikada lokal telekanallar açmışdır. Beynəlxalq telekanallar «Viacom International Media Networks» idarəçiliyi altındadır.
«Comedy Central» | |
---|---|
| |
Ölkə | ABŞ |
Yayım ərazisi | Ümumdünya |
Dil | İngilis dili |
Baş qərargah | 345 Hadson-strit, Nyu-York, Nyu-York, ABŞ |
Yaranma tarixi | 1 aprel 1991 |
Sahibi | «Viacom» |
Keçmiş adları | «CTV» – «The Comedy Network» (1 aprel–31 may 1991) |
Sayt | cc.com |
Vikianbarda əlaqəli mediafayllar |
Telekanal 1989-cu ildə «The Comedy Channel» adı altında təsis edilmiş, 1990-cı ildə isə adını «Ha! The Comedy Network» olaraq adını dəyişmiş, 1991-ci ildə isə indiki adını almışdır. Telekanalın baş qərargahı ABŞ-nin Nyu-York ştatının Nyu-York şəhərinin 345 Hadson-strit küçəsində yerləşir. «Comedy Central» telekanalının bir çox orijinal verilişləri var. Onlardan ən uğurlusu 1997-ci ildə yayıma başlayan «South Park» satirik animasiya serialıdır. Həmçinin 2003-cü ildə telekanalın gecə blokunda yayıma başlayan «Gizlin yığın» da əhəmiyyətli dərəcədə uğurlu olmuşdur.
Telekanal yayımladığı verilişlərin kəskin, satirik və bəzən araqarışdırıcı təbiətlərə malik olduqlarından, eləcə də mövzularda istifadə edilən dil üslubuna görə tez-tez tənqid olunur. 2016-cı ilin yanvar ayında «Comedy Central» telekanalının ABŞ-də təqribən 91.859.000 abunəçisi (ümumi telekanlların 78.919%-i) var idi.[3] Telekanalın Rusiya variantı – «Paramount Comedy» bütün postsovet ölkələrində, o cümlədən Azərbaycanda da yayımlanır.[4]