Haşima[1] yap. 端島 — Sakit okeanın Şərqi Çin dənizidə Naqasaki şəhərindən 15 km aralıda yerləşir. Bəzən Qunkancima (yap. 軍艦島)<.[2] adlandırılır, bu isə adanın quruluşu ilə əlaqədardır. Ada hərbi "Kreyser" gəmisini xatırladır[3][4].
Haşima adası | |
---|---|
yap. 端島 | |
Ümumi məlumatlar | |
Sahəsi | 0,063 km² |
Uzunluğu |
|
Eni | 0,16 km |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
32°37′39″ şm. e. 129°44′18″ ş. u. | |
Ölkə | Yaponiya |
Vilayət |
|
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
YUNESKO-nun Ümumdünya irsi, obyekt № 1484 ing. • rus. • fr. |
Adanın şərqindən qərbinə olan məsafə 160 metr, şimaldan cənuba isə 480 metr təşkil edir. Sahil xəttinin uzunluğu 1 kilometrdir.
Ada XIX əsrin əvvələrinə qədər yaşılıqlarla örtülü olan və dəniz quşlarının yumurta qoyduğu adi ərazi idi. Bəzi hallarda isə ada Naqasakinin Takişima adasından olan balıqçıların əsas düşərgəsi rolunu oynayırdı. Kömürün aşkarlanması ilə isə vəziyyət tamamən dəyişmişdir. Adsya daimi yaşayan insanlar 1810-cu ildən ayaq basmışlar. Ada ilk əvvəl sadəcə qaya parcası olsada sonradan sahəsi 0,063 km² qədər böyümüşdür. Artıq XX əsrin 30-cu illərində ada təkcə şaxtaları ilə deyil həmdə hərbi zavodları ilə tanınırdı.
Haşimada kömür çıxarılması artıq 600 metr dərinlikdə həyata keçirilirdi. 1943–1945 illər ərzində kömürün çıxarılması Mitsubishi Corporation şirkəti tərəfindən həyata keçirilirdi. Onlar burda çinli və koreyalı əsrlərdən istifadə edirdilər. İş şəraitinin cətinliyi səbəbindən əsirlərin çoxu həlak olmuşdur. Əhalinin çox olduğu dövr ərzində burada 30 yaşayış binanı, 25 maqazim, məktəb, iki hovuz, xəstəxana və qəbistanlıq olmuşdur. 50 il ərzində dünyanın ən sıx məskunlaşılmış ərazi idi. Burada 1 km² əraziyə 5259 nəfər adam düşürdü. Adada ümumilikdə 139 100 nəfər insan yaşayırdı.
Kömür hasilatın 1974 ildən etibarən enməsi şaxtaların bağlanmasına gətirib çıxarır. Bundan bir necə həftə sonra ada tamamən boşalır və ruhlar şəhərinə çevrilir. Uzun illər ərzində adaya giriş qadağan edilmişdir. Bunun səbəbi kolleksiya yığanların qarşısının alınması olmuşdur.
Adaya olan marağı nəzərə alan Yaponiya hökuməti onu UNESCO Ümumdünya irsi siyahısına daxil edilməsini təklif etmişdir. Cənubi Koreya hökuməti buna qəti etirazını bildirmişdir[5][6]. Səbəb isə koreyalı əsirlərin çəkdiyi əzablardan dolayı olmuşdur. Bunula belə 2015 ildə isə 39-cu sesiyada ada siyahıya daxil edilmişdir. Hazırda ada trusitlər üçün açıqdır. Bununla belə müəyyən hissələrə buraxılışa icazə verilmir.
) arxivləşdirilib.