Haas Lola (ing. Team Haas (USA) Ltd) 1985-ci ildən 1986-cı ilə qədər Formula 1 Dünya Çempionatında yarışan Amerikanın keçmiş avtomobil yarış komandası. Komanda, 1984-cü ildə Carl Haas və Teddy Mayer tərəfindən yaradılmışdır. Haas Lola qrupunun sponsoru Amerikanın qida şirkəti Beatrice Foods olmuşdur.
1984-cü ildə Carl Haas, komandasının Championship Auto Racing Teams (CART) Indicar-da iştirakı üçün Amerikanın Beatrice Foods qida şirkəti ilə uğurlu müqavilə imzaladı. Uğurlu müqaviləyə Formula1 –də iştirak və yeni Ford mühərriklərin alınması daxil idi.
Ford V6 turboşarjlı mühərriki inkişaf mərhələsində idi və ekskluziv olaraq komanda üç il ərzində bu mühərriklərin alıcısı oldu. Elanın bir hissəsi olaraq, köhnə dünya çempionu Alan Jones 1985-ci ildə komandanın yeni yarış avtomobilini idarə etmək üçün üç illik aradan sonra qayıtdı.
Yaxşı maliyyələşdirmə və yeni mühərriklərlə təmin olunan Carl Haas, yeni bir avtomobil inkişaf etdirmək üçün komanda və layihə qrupu təşkil etməyə başladı.
Keçmiş rəhbər Teddy Mayer, layihənin ortaq sahibi oldu və İngiltərənin Colnbrook şəhərindəki keçmiş fabrikinə köçürmək üçün komandanı avtomatlaşdırdı və Formula One Race Car Engineering (FORCE) yaratdı.