Hababam sinifi salam (film, 2004)

Hababam sinifi salam (türk. Hababam Sınıfı Merhaba) — 2003-cü il istehsalı Türkiyə komediya filmi.

Hababam sinifi salam
türk. Hababam Sınıfı Merhaba
Janr Komediya
Rejissor Kartal Tibet
Ssenari müəllifi Kemal Kenan Ergen
Baş rollarda Mehmet Əli Ərbil
Xalid Ağcatəpə
Hülya Koçyiğit
Zəki Alasya
Nehir Erdoğan
Bəstəkar Melih Kibar
İstehsalçı Çingiz Çağatay
Studiya Fida Film
Arzu Film
Distribütor Özen Film
İlk baxış tarixi 16 yanvar 2004
Filmin növü Kinoteatr filmi
Müddət 118 dəqiqə
Gəlir 8.777.202 türk lirəsi[1]
Ölkələr Türkiyə Türkiyə
Dil türkcə
İl 2003
Əvvəlki film Hababam sinifi gülə-gülə
Sonrakı film Hababam sinifi əsgərlikdə
Rəng rəngli
IMDb ID0404090

Mövzusu[redaktə | mənbəni redaktə et]

Hababam sinifinin məzun olmasından illər keçsədə Özəl Çamlıca Liseyində təhsil hələdə davam edir. Məktəbin əvvəlki sahibi Məhərrəm Gür vəfat etdikdən sonra, yerinə oğlu dəli Bədri (Mehmet Əli Ərbil) keçmişdir. Zəmanə Hababamçılar, əvvəlki adətlərini qoruyaraq müəllimlərinə yenə əziyyətlər verirdilər. Dəli Bədri isə onların fəsadlarını bəhanə edərək məktəbi satmaq fikrindədir. Bu vəziyyətdə məktəbin yeni direktoru Fatoş müəllimə (Hülya Koçyiğit), çarəni köhnə Hababamçıdan tapır və güdük Nəcmini (Xalid Ağcatəpə) bələdçi müəllim kimi məktəbə geri gətirir.

Rollarda[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Boxoffice Türkiye". 2019-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-19.