Hababam sinifi sinifdə qaldı (film, 1976)

Hababam sinifi sinifdə qaldı filmi rejissor Ərtəm Əyilməz tərəfindən 1976-ci ildə çəkilmişdir. Komediyamusiqili janrda olan bu film "Arzufilm" kinostudiyasında[1] istehsal edilmişdir. Əsas rolları Kamal Sunal, Münir Özqul, Şənər Şən, Xalid Ağcatəpə, Tarık Akan, Ədilə Naşit, Səmra Özdamar ifa edirlər[2].

Hababam sinifi sinifdə qaldı
türk. Hababam sınıfı sınıfta kaldı
Janr musiqili
komediya
Rejissor Ərtəm Əyilməz
Prodüser Ərtəm Əyilməz
Əsərin müəllifi Rüfət İlqaz
Ssenari müəllifi Sadıq Şəndil
Baş rollarda Kamal Sunal
Münir Özqul
Şənər Şən
Xalid Ağcatəpə
Tarık Akan
Ədilə Naşit
Səmra Özdamar
Operator Kriton İlyadis
Bəstəkar Məlih Kübar
Rəssam İsmayıl Qalxan
İstehsalçı "Arzufilm" kinostudiyası
İlk baxış tarixi 1 yanvar 1976
Filmin növü tammetrajlı bədii film
Müddət 95 dəqiqə
Ölkə Türkiyə Türkiyə
Dil Türkcə
İl 1976
Əvvəlki film Hababam Sinifi
Sonrakı film Hababam Sinifi Oyanır
Rəng rəngli
IMDb ID0252488

Yalançı diplomlarla Mahmud müəllimi aldadadan Hababam sinifinə yeni bədən tərbiyəsi müəllimi Bədi Əkrəm təyin olunmuşdur. Ancaq Əkrəm sinfə çox əziyyət verər və qaçızdırar. Ədəbiyyat müəllimi Kamal müəllimin ölümündən sonra məktəbə yeni qız ədəbiyyat müəllimi Səmra müəllim təyin olunur. Mahmud müəllim sağalır, ancaq müdir müavini vəzifəsini istəmir. Ancaq məktəb müdiri israr edie və Mahmud müəllim vəzifəni üstünə götürür. Səmra müəllimə cavan olduğu üçün Mahmud müəllim sinfə xəbərdarlıq edir. Ancaq sinif müəlliməni aldadır. Hər dəfə ona eşq təklifləri edirlər. Səmra müəllimə bezir və məktəbdən ayrılmaq qərarına gəlir. Ancaq Mahmud müəllim hər şeyi qaydasına qoyur. Amma tələbələr yenə müəlliməni aldadır və ona yalan deyərək müəllimlər otağında siqaret çəkməyə başlayır. Mahmud müəllim bunu görür, onları xəbərdarlıq edir. Şabanın, Səmra müəlliməyə aşiq olduğunu öyrənən Fərid və Nəcmi öz əlləriylə Səmra müəllimənin adından Şabana eşq məktubu yazarlar, Şaban bu məktubları oxuyanda çox xoşbəxt olur və o da Səmra müəlliməyə eşq məktubları yazmağa başlayır. Məktubları poçta atır və Şaban və Fərid cavablarını oxuyur. Nəcmi daha çox məktub yazmağa başlayır. İlk xəbərdarlıqdan sonra Hababam Sinifk, Səmra müəlliməyə Tofiq Fikrətin ölüm ildönümü olduğunu söyləyərək sinif ilə qəbiristanlığa getmək üçün məktəbdən çıxarlar və Səmra müəlliməni aldadıb, Fənərbaxça futboluna baxmağa gedərlər. Səmra müəllimə isə Mahmud müəllimə sinfi şikayət edər. Mahmud müəllim də sinfi qapıda qarşılayır və cəza olaraq məktəb bağçasındakı kimi bütün məktəbin qarşısında tək ayaq üstündə dayanm cəzası verir. Bütün sinif rəzil olur. Sinif, Səmra müəlliməyla dərsdə söz dalaşına girər və müəllim məktəbi tərk etmək üzrə sinifdən çıxar gedər, amma Mahmud müəllim Səmra müəlliməni yola gətirir. Məktəbə müfəttiş Hüseyn Şövqü Topuz'un gəldiyini öyrənən sinif, daha əvvəl Gödük Nəcminin etdiyi müfəttiş nömrəsi üzərinə sinifə gerçək müfəttiş girər və Aqil Müəllim yenə eyni zarafat edildiyini sanaraq müfəttişi dərsdən atar və daha sonra gerçək müfəttiş olduğunu müdir Aqil müəllimə söyləyər və Aqil müəllim məktəbdən atılar. Bunun üzərinə Hababam sinifi, Milli Təhsil Nazirinin Aqil müəllimin şagirdi olduğunu öyrənirlər və Aqil müəllimi təkrar məktəbə aldırırlar. Şabanın ad günü olur. Fərid və Nəcmi Səmra müəllimənin adından Şabana inək sepi alar və şaban rəzil olar. Şaban əsəbləşər və müəllimə bunu əsəbi şəkildə bildirir. Müəllimə tərərdüd edir və bunu kimin etdiyini soruşur. Ancaq sinif bir-birini satmaz. Səmra müəllimə Şabana şillə vurur. Bunun üzərinə bütün sinif müəllimə edilən imtahanda imtahan kağızlarına eşq məktubları yazarlar. Bunu görən müəllimin səbri daşar və bütün sinfin qovulmasını tələb edir. Mahmud müəllim tələbələrin valideynlərini çağırar və Mahmud müəllim hamısıyla danışar. Danışıqdan sonra Səmra müəllimə bütün səhvin valideynlərdə olduğunu anlayır və bütün sinifi bağışlayır.

  • İlk filmdəki bütün aktyorlar da bu filmdə rol alıb. Əsas rolları Kamal Sunal, Tarık Akan, Münir Özqul, Ədilə Naşit və Xalid Ağcatəpə, Səmra Özdamar ifa edirlər. Əhməd Arıman, Firuddin Şavlı, Cəm Gürdap, Bülənd İğdiroğlu və Çingiz Nəzirdə filmdə rol aldı. Bu filmdə Səmra Özdamar, Səmra müəllim rolunu ifa edib
  • Filmdə Şənər Şən, Bədi Əkrəm rolunu ifa edib və bütün Hababam filmlərində oynamışdır. Şənər Şən bu filmlərdən sonra məşhurlaşdı və adını Yaşılcam kinostudiyasında ulduzları arasında yazdı
  • Film Tarık Akanın oynadığı son Hababam filmidir
  • Filmin çəkilişləri Üsküdar, İstanbul, Ədilə Sultan Kasrıda çəkilmişdir[3].
  • Bütün Hababam filmləri film çəkilən binada çəkilib
  • Hababam filmləri arasında, ən çox büdcəsi olan filmdir
  • Filmin 30 həftə vizyonda qalaraq rekord qırmışdır.

Festivallar və mükafatlar

[redaktə | mənbəni redaktə et]
Rejissor: Ərtəm Əyilməz
Əsərin müəllifi: Rüfət İlqaz
Ssenari müəllifi: Sadıq Şəndil
Operator: Kriton İlyadis
Prodüser: Ərtəm Əyilməz
Rəssam: İsmayıl Qalxan
Bəstəkar: Məlih Kübar
Asistent: Kartal Tibet, Sami Güclü
İkinci operator: Fateh Baykul, Güngör Özsoy
Səs rejissoru: Ərkan Əsənboğa
Səs operatoru: Xeyri Əsən

Kamal Sunal — İnək Şaban
Münir Özqul — Keçəl Mahmud
Ədilə Naşit — Hafizə Ana
Şənər Şən — Bədi Əkrəm
Tarık Akan — Bəy Fərid
Səmra Özdamar — Səmra müəllimə
Məhərrəm Gürsəs — Məhərrəm Gür
Xalid Ağcatəpə — Gödük Nəcmi
Teoman Ayıq — Tələbə
Firuddin Şavlı — Domdom Əli
Sıdqı Ağcatəpə — Paşa Nuri
Ərgin Orbəy — Hüseyn Şövqi Topuz
Cəm Gürdap — Tulum Hayri
Əhməd Arıman — Xayta İsmayıl
Kamal Ərgüvənç — Kamal müəllim
Ərtoğrul Bilda — Nəcmi
Tələt Dumanlı — Sıdqı müəllim
Xeyri Qarabəy — Rza müəllim
Çingiz Nəzir — Bozum Cahid
Bülənd İğdiroğlu — Qələm Şakir
Haqqı Qaradayı — Veysəl
Tayfun Ağalın — Tələbə
Orxan Aydınbaş — Təhsil naziri
Səlim Naşid — Səlim
Əkrəm Dümər — Bürokrat
Dilavər Gür — Dilavər
Aqil Öztuna — Aqil müəllim
Tuncay Ağca — Bacaqsız
Ləman Ağcatəpə — Bəy Fəridin anası
Ərcan Gəzmiş — Postal Rza
Qəzənfər Şənər — Kikirik
Zülfüqar Önər — Tələbə

  1. "Hababam sinifi sinifdə qaldı Arzu film kinostudiyası". 2022-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-27.
  2. "Hababam sinifi sinifdə qaldı". 2022-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-27.
  3. "Hababam Sinifi Sinifdə Qaldı filminin maraqlı faktları". 2022-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-27.
  4. "13. Antalya Altın Portakal Film Festivali, En İyi Özgün Müzik (Melih Kibar)". 2019-05-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-19.
  5. "Antalya Altın Portakal Film Festivali (13.04.1975) Beyazperde.com". 2007-10-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-27.
  6. "Hababam sınıfı festival programı içinde uluslararası yarışma bölümü de yer almaktadır". 2006-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-27.