Haber Global — 2018-ci ildə azərbaycanlı iş adamlarının Türkiyədə təsis etdiyi xəbər kanalıdır.
Haber Global | |
---|---|
Ölkə | Türkiyə |
Yayım ərazisi | Türksat 4A peykinin əhatə dairəsi |
Dil |
Türk dili Azərbaycan dili |
Baş qərargah | Hüzur Məhəlləsi İmam Çeşmə Yolu prospekti, Gürəl İş Mərkəzi №10, 3-cü və 4-cü mərtəbələr, 34396, Sarıyer, İstanbul, Türkiyə |
Yaranma tarixi |
5 fevral 2018 (qeydiyyat)[1] 21 sentyabr 2018 17:00 (test yayımı) 24 sentyabr 2018 (əsas yayım) |
Sahibi |
Elnur Abdullayev Məmməd Gülməmmədov |
Rəhbərlik |
Suat Toxdaş (2018) Ərdoğan Ağdaş (2018 – 2020) Faruq Dəmirəl[2] (2020 – hal-hazırda) |
Şüar | Yeni haber kanalınız |
Sayt | haberglobal.com.tr |
Vikianbarda əlaqəli mediafayllar |
2018-ci ilin aprel ayında Türkiyə mediası azərbaycanlı iş adamları Elnur Abdullayev və Məmməd Gülməmmədovun "TR24" adlı yeni xəbər kanalı yaradacaqlarını yazırdı.[3] Lakin həmin ilin iyun ayında Türkiyənin Radio-Televiziya Ali Şurası "TR24" markasının başqa teleşirkət tərəfindən patentləşdirilməsini əsas gətirərək "TR24" adıyla müraciət olunan lisenziya üçün müsbət cavab vermədi.[4] Bunu nəzərə alan şirkət rəhbərliyi "Haber Global" adıyla lisenziya üçün müraciət etdikdən sonra müsbət cavab ala bildi.[5] Bu qərardan təxminən 2 ay sonra isə Haber Global yayıma start verdi.[6] İlk yayımında telekanalı Osman Girgin elan etdi. Telekanalın ilk rəhbəri Suat Toxdaş olsa da, o, bir neçə həftə sonra "telekanal sahibi ilə anlaşılmazlıq" olduğunu iddia edərək istefa verdi.[7] Daha sonra bu vəzifəyə əvvəl CNN Türk rəhbərliyi vəzifəsində çalışmış Ərdoğan Ağdaş təyin olundu.[8] Lakin o, bu vəzifədə cəmi 16 ay qala bildi.[9] Ərdoğan Ağdaşdan sonra telekanalın rəhbəri jurnalist Faruq Dəmirəl oldu.