Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Baku TV — 2018-ci il fevralın 18-də jurnalist Orxan Məmmədov tərəfindən təsis edilən, Ramin Cəfərovun rəhbərlik etdiyi dövlət/hökumət nəzarətində olan hakimiyyətyönümlü Azərbaycan internet televiziyası.
Baku TV | |
---|---|
Ölkə | Azərbaycan |
Yayım ərazisi | Azerspace-1 peykinin əhatə dairəsi |
Dil |
azərbaycan dili rus dili |
Baş qərargah | Rəsul Rza 75, Bakı 1014 |
Yaranma tarixi | 18 fevral 2018 |
Sahibi | Global Media Group |
Rəhbərlik |
Orxan Məmmədov Ramin Cəfərov |
Qardaş kanallar | Haber Global |
Sayt | baku.tv |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan və rus dillərində xəbər istehsalı ilə məşğul olan internet televiziyasının 2020-ci il tarixində "YouTube" platforması tərəfindən təsdiqlənmiş, 2021-ci ildə "Google" tərəfindən beynəlxalq xəbər platformalarının siyahısına daxil olmuşdur.
18 dekabr 2021-ci il tarixində "Netty" – Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarının inkişafı üçün yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk mükafatının "informasiya və xəbərlər" nominasiyası üzrə "İlin ən yaxşı internet televiziyası" kimi qalibi olmuşdur.
2023-cü il sentyabrın 19-da "Azerspace" peyki vasitəsilə test rejimində yayıma başlayıb.
Global Media Groupa daxildir.[1]
"Baku TV" internet televiziyası 2018-ci ilin fevralın 18-də jurnalist Orxan Məmmədov tərəfindən təsis olunmuşdur. Kanalın təsisçisi Orxan Məmmədov, direktoru Ramin Cəfərovdur. "baku.ws" saytının yaradıcısı olan Orxan Məmmədov saytının təsis edilməsindən 14 il sonra bu saytın internet televiziyasını yaradaraq, müəyyən izləyici kütləsini bu kanal üzərində qərarlaşdırmışdır.[2] Ramin Cəfərov internet televiziyasının yaranma tarixini və fəaliyyətini bu cür izah edir:[3]
"Baku TV" yarananda biz gördük ki, yüksək internet texnologiyaları dövründə insanlar informasiyanı çox tez əldə etmək istəyirlər. İnternet resursları meydanında internet televiziyası operativlik baxımından önəmli rol oynayır. İnformasiyanın qəbulu, süzgəcdən keçirilməsi proseslərini yerinə yetirir. Bilirsiniz, son zamanlar "saxta video" hadisələri özünü göstərir. İnternet televiziyası öz düzgünlüyünün keşiyində durmalı, öz işi və hadisələrə tez reaksiyası ilə operativ olaraq seçilməlidir. “Baku TV” bu fikirlərin təsiri ilə işıq üzü gördü. |
İnternet televiziyası qısa zaman ərzində məşhurlaşmışdır. Jurnalist Tural Müseyibov televiziyaya 15 illik fasilədən sonra qayıdışı zamanı müsahibələrinin birində bildirib ki, "Bu gün sosial şəbəkələrin inkişaf etdiyi və ənənəvi medianın çətinlik yaşadığı bir dövrdə Baku TV qısa bir müddətdə böyük bir auditoriya toplaya bilib. Çox maraqlıdır ki, sosial şəbəkələr üzərindən yayımladığı reportajlar, müsahibələr təkcə Azərbaycanda deyil, xaricdə də daha çox izlənmə əldə edib və yeni kanal olmasına baxmayaraq, hər zaman Baku TV-yə istinadlar var. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, Baku TV-də peşəkar bir komanda formalaşıb. Bu komanda ilə çalışmaq həqiqətən də, məsuliyyətli və şərəflidir."[4]
2 dildə – azərbaycan və rus dillərində xəbər istehsalı ilə məşğul olan internet televiziyasının youtube kanalında yarım milyona yaxın izləyici kütləsi var.[5] 2021-ci ildə "Baku TV" internet televiziyasının rus redaksiyası da fəaliyyətə başlamışdır.
İnternet televiziyasında əsas xəbərlər Azərbaycanda və dünyada baş verən hadisələr üzərindədir. Telekanalın təsisçisi Orxan Məmmədov bildirir: "Baku TV dəqiq və operativ şəkildə, xüsusi həssaslıqla xəbərləri tamaşaçılara çatdırmağa xidmət edir. İnternet televiziyasının əsas məqsədi Azərbaycanda və dünyada baş verən xəbərləri operativ və dəqiq şəkildə tamaşaçılara çatdırmaqdır. Kanal reklam və əməkdaşlıqlar qəbul edir, əhalini maraqlandıran və narahat edən xəbərlərlə bağlı qaynar xətti fəaliyyət göstərir."[6]
"Baku TV" internet televiziyasının Youtube və Telegram kanalı, Instagram və Facebook səhifələri fəaliyyət göstərir. Azərbaycan və rus dillərində xəbər istehsalı ilə məşğul olan internet televiziyasının youtube kanalında izləyici kütləsi yarım milyona yaxındır. Eyni zamanda xəbərlər və əyləncə videoları 12 tərəf üçün şaxələnir – "Cəmiyyət", "Siyasət", "İqtisadiyyat", "Şou-biznes", "Kriminal", "Dünya", "Yumor", "Sorğu", "Hadisə", "Avto", "Texnologiya" və "İdman".[7]
2023-cü il sentyabrın 19-da "Azerspace" peyki vasitəsilə test rejimində yayıma başlayıb.[8][9]
İnternet televiziyası 2020-ci il tarixində "YouTube" platforması tərəfindən təsdiqlənmiş, 2021-ci ildə "Google" tərəfindən beynəlxalq xəbər platformalarının siyahısına daxil olmuşdur.[10][11]
18 dekabr 2021-ci il tarixində "Baku TV" internet televiziyası "Netty" – Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarının inkişafı üçün yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk mükafatının "informasiya və xəbərlər" nominasiyası üzrə "İlin ən yaxşı internet televiziyası" kimi qalibi olmuşdur.[12][13][14][15][16]