Habrobracon hebetor (lat. Habrobracon hebetor) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pərdəqanadlılar dəstəsinin brakonidlər fəsiləsinin habrobracon cinsinə aid heyvan növü.
Habrobracon hebetor | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstəüstü: Dəstə: Ranqsız: Yarımdəstə: Fəsiləüstü: Fəsilə: Cins: Növ: Habrobracon hebetor |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Parazitin döş hissəsi qonur-qaramtıl olub, üst tərəfdən qırmızımtıl-sarımtıl rəngdədir. Bədəninin uzunluğu 3,5–4 mm-dir. Bığcıqları qara olub, dişilərdə 16-17 buğumlu, erkəklərdə isə 20-25 buğumludur.
Abşeron ərazisində yaşıllıqlara zərərverən yarpaq və tumurcuq fırfıralarının, qızılgül yarpaqbükəninin, qızılqarın kəpənəyin, tək ipəksarıyanın, valehedici gözəlçənin və Ağ Amerika kəpənəyinin tırtıllarında parazitlik edir. Bəzək bitkiləri sahələrində, xüsusilə Bakı şəhərində, Mərdəkan qəsəbəsində və ətraf kəndlərdə salınmış yaşıllıq sahələrində yayılaraq, zərərvericilərin sayının azalma-sında böyük təsərrüfat əhəmiyyətinə malik rol oynayır. Aparılan hesablamalara görə zərərvericilərin tırtıllarının 15-20% -i Bracon hebetor paraziti ilə yoluxmuş olur. Parazitin bioekologiyasına və sahibi yoluxdurmasına dair Naxçıvan bölgəsində tədqiqat işləri aparmış Zəkəriyyə Məmmədov Bracon hebetor parazitinin meyvə zərərvericilərini yüksək dərəcədə yoluxdurmasını nəzərə alıb, onun bioloji mübarizədə istifadə edilməsini təklif etmişdir. Müəllif, parazitin (laboratoriya şəraitində) cənub anbar odlucası üzərində çoxaldılması və meyvə bağlarına buraxılması yollarını göstərmişdir.[2] Bundan başqa, pambıq sahələrində pambıq sovkasına, əməköməci güvəsinə, nar meyvəyeyəninə və s. zərərvericilərə qarşı bioloji mübarizədə Bracon hebetordan istifadə edilməsi üçün təkliflər hazırlanmışdır. Azərbaycanda və xaricdə bir çox müəlliflər Bracon hebetorun perspektivli parazit olduğunu öz əsərlərində göstərmişlər.Lənkəran bölgəsinin Astara, Lerik, Yardımlı rayonlarında meşə və meyvə ağacları zərərvericiləri üzərində aparılan tədqiqatlara əsasən aşkar edilmişdir ki, Bracon hebetor imaqo mərhələsində yaşlı ağacların (palıd, vələs və s.) çürümüş gövdəsi, burulub qurumuş yarpaqları (gilas, şaftalı və ərik) və quru meyvələrin (ərik, gavalı və s.) içərisində qışlayır.[3] Abşeron ərazisində isə meşə və meyvə cinsindən olan bəzək ağaclarının qabığı altında və çürümüş gövdəsində qışlaması aşkar edilmişdir. Yazda, 18-20oC temperaturda, aprel ayının axırlarından may ayının ikinci ongünlüyünədək qış yerlərindən çıxaraq cütləşirlər və 2-3 gündən sonra yumurta qoymağa başlayırlar. Bu vaxt yarpaq fırfırasının 2-ci və 3-cü yaş tırtıllarını, sonra iyul ayında isə tumurcuq fırfırasının, tək ipəksarıyanın və qızılqarın kəpənəyin tırtılllarını yoluxdururlar. Hər bir dişi fərd sahibin bədəni üzərinə 6-8 və bəzən 10-12 yumurta qoyur, 3-4 gündən sonra yumurtalardan sürfələr çıxmağa başlayır. Sürfələr tırtılların daxili möhtəviyyatını (hemolimfasını) sormaqla qidalanırlar. Onlar 4 yaş dövrü keçirməklə 6-8 gün müddətində inkişaflarını başa vuraraq, tırtılların bədən qabığını tərk edib ayrı-ayrılıqda ipək baramacıq içərisində puplaşırlar. 8-12 gündən sonra pupdan parazitlər çıxmağa başlayır. Beləliklə parazitin inkişaf dövrü havanın orta günlük temperaturu 26-28oC olduqda 16-18 gün, 30-32oC –də isə 13-14 gün çəkir. İldə 5-6 nəsil verir. Abşeronda aprel ayından oktyabr ayınadək fəaliyyət göstərir.
Bracon hebetor parazitinin təsərrüfat əhəmiyyətini nəzərə alıb, onun çoxaldılıb artırılması və zərərvericilərə qarşı bioloji mübarizə məqsədilə yaşıllıq sahələrinə buraxılması vacib məsələlərdən biridir.[4]
Keçmiş SSRİ-nin Avropa hissəsi, Orta Asiya, Uzaq Şərq, Qafqaz, Krasnodar vilayəti, ABŞ, İngiltərə, İtaliya, Bolqarıstan, Almaniya və Fransada, Azərbaycanda isə Bakı və Abşeronda (Mərdəkan, Novxanı), Lənkəran bölgəsində (Astara, Lerik, Yardımlı rayonları) geniş yayılmışdır.[4]