Hacı Şahverdi hamamı — Bakı şəhərinin Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən qədim hamam.
Hacı Şahverdi hamamı | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Sabunçu rayonu, Pirşağı qəsəbəsi |
Tikilmə tarixi | XIX əsr |
Vəziyyəti | stabil |
İstinad nöm. | 3349 |
Kateqoriya | Hamam |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Hacı Şahverdi hamamı XIX əsrdə Pirşağı qəsəbəsinin sakini Hacı Şahverdi tərəfindən inşa edilmişdir. Abidə yerli əhali arasında "Qum hamamı" kimi tanınır.[1]
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"na daxil edilmişdir.[2]
2008-ci ilin yayında hamamın mühafizə edilməsi məqsədilə bir sıra bərpa işləri keçirilib.[1][3]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |