Hacı Əbu-Salam hamamı

Hacı Əbu-Salam hamamı[1] ( azərb. Hacı Əbu-Salam hamamıBakının (Azərbaycan) Sabunçu rayonunun Pirşağı kəndində yerləşən qədim hamamdır. Hamam 1901–1902-ci[1]illərdə tikilmiş və Kərbəlayi Əbu-salama[2] məxsus idi. Planda bina uzanmış bir düzbucaqlıdır. Hamam otaqları bir sırada, portal şəklində giriş isə uzun fasadın küncündədir.[1] Azərbaycan Respublikası Nazirlər Kabinetinin tarix və mədəniyyət abidələri haqqında sərəncamına əsasən, hamam "yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsidir".[3] Hal-hazırda hamam keçmiş "Lokomotiv" pioner düşərgəsinin həyətindədir. Hamamın yanında Kərbəlayi Əbu-salamın büstü var.

Hacı Əbu-Salam hamamı
Hacı Əbu-Salam hamamı
Xəritə
Ölkə  Azərbaycan
Yerləşir Pirşağı
Ünvan Sabunçu
Memarlıq üslubu Hamam
Layihə müəllifi Hacı Əbu-Salam
Yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstinadların siyahısı

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 A.Y.Nuriyeva Abşeron hamamları, XVII–XIX əsrlər // Azərbaycan SSR Elmlər Akademiyasının Bülleteni. — 1962. — № 2. (Нуриева А. Я. Бани Апшерона XVII–XIX вв. // Известия Академии наук Азербайджанской ССР. — 1962. — № 2.)
  2. Cansail Y. Pirşağı // Mədəniyyət. — 2011. — 6 iyul. — S. 12.
  3. "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı". 2017-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-20.