Hacı Ağa Murad hamamı

Hacı Ağa Murad hamamıAbşeron rayonunun Fatmayı kəndinə aid olan Fatmayı bağları massivində yerləşən tarixi abidə. Dəniz sahilindən və Novxanı-Pirşağı yolundan bir qədər cənubda yerləşir. Hamam sovet dövrünün əvvəllərinə kimi Fatmayı sakinlərinin ixtiyarında olmuşdur.

Hacı Ağa Murad hamamı
Ölkə  Azərbaycan
Şəhər Abşeron
Yerləşir Fatmayı
Tikilmə tarixi 1910-1911
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi

Tikili[redaktə | mənbəni redaktə et]

Hamam təxmini olaraq 100 m² yaxın sahəni əhatə edir. Əsas giriş cənub-şərq, qazanxanaya isə giriş şimal-şərq hissədəndir. Hamam iki gümbəzlidir. Onu digər hamamlardan fərqləndirən cəhət tikintisində balıqqulağından istifadə olunmasıdır[1]. Beləki tikilidə balıqqulağının sərtləşmiş halı mişar daşı şəklinə salınaraq hörgüsündə istifadə olunmuşdur.

Tarixi[redaktə | mənbəni redaktə et]

Hamamın 1910-1911-ci illərdə tikilməsi qeyd olunur[2]. Tikili Hacı Ağa Murad adlı şəxsin şəxsi pulu hesabına inşa edilmişdir. Hamam hazırda istifadəsiz vəziyyətdə olsada, 2023-cü ilə hamamın restavrasiyasına başlanılmışdır. Hamam beçinci günlər qadınlar, altı və bazar günləri isə kişilər tərəfindən istifadə olunurdu. Hamam sovet dövrünün əvvəllərinə kimi istifadədə olmuşdur. Əsasən yay mövsümü fəaliyyət göstərirdi.

Şəkilləri[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Oxu az. "Abşeronda tikintisində balıqqulağından istifadə olunan tarixi hamam" (az.). Oxu.az. 22.04.2022. 2023-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-14.
  2. İctimai TV. "Bir əsrdən çox yaşı olan hamam məhv olmaq üzrədir" (az.). Youtube.com. 10.08.2022. 2023-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-14.