Hacı Cəlil məscidi — XIX əsrdə Göyçayda tikilmiş abidə. Göyçay rayonunun Alpout kəndində yerləşir. [1]
Hacı Cəlil məscidi | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşir | Göyçay rayonunun Alpout kəndi |
Tikilmə tarixi | XIX əsr |
Vəziyyəti | stabil |
İstinad nöm. | 4271 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
İbadət evi düzbucaqlı formadadır və kərpicdən inşa olunub. Məscidin bir tağvari giriş qapısı və səkkiz pəncərəsi var. Pəncərələrin altısı tağvari formadadır. İbadətgahın giriş qapısının yuxarı hissəsində “Əssələmu ələykə Ya Əba Əbdillah” yazısı həkk olunub. Məscidin bir günbəzi var. Günbəzin damı dəmir təbəqə ilə örtülüb. İbadət evinin damı da dəmir təbəqə ilə örtülüb və on dəmir sütun üzərində artırılıb.[2]