Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Afad Qurbanov vaxtilə Azərbaycan dilində, onun dialektlərində saxlanmış, lakin qədim türk abidələrində və başqa türk dillərində mövcud olan qədim alb – (alp) cəsur, qoçaq (…alban) leksik ünsürlərdən bəhs etmişdir.[1]
Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Mübariz Yusifov da Azərbaycan ərazisində oğuz tayfaları ilə bağlı yer adları haqqında danışarkən Tovuz, Ağstafa və s. adlarla yanaşı Alpoud yer adını belə izah edir: "Alpoud" yer adının birinci tərəfində "alp" sözü işlədilir. Mənaca bu söz böyük, qüdrətli, yenilməz anlayışı bildirir"[2]
Azərbaycan Sovet Ensiklopediyasında[3] bir yerdə Alpan (Quba rayonu), üç yerdə Alpout (Qazax, Göyçay, Ucar rayonları) kəndlərinin olduğu qeyd edilir. Azərbaycan SSR-nin Bərdə, Qazax, Qasım İsmayılov, Göyçay, Laçın, Ucar rayonlarındakı Alpoud, İranda isə əhalisi azərbaycanlılardan ibarət olan Alpovut və Alfovut kəndlərinin adı ehtimal ki, Alpoutlarla əlaqədardır.
Alpout sözü bir çox mənada istifadə olunur. Lazımi mənanı dəqiqləşdirmək üçün bu səhifədəki siyahıdan istifadə edin. |