Hacı Hacıyev (tam adı: Hacı Məmmədbağır oğlu Hacıyev) — baytar-alim, tibb elmləri doktoru, professor, Azərbaycan EA müxbir-üzvü, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) elmi işlər üzrə prorektoru.
Hacı Hacıyev | |
---|---|
Hacı Məmmədbağır oğlu Hacıyev | |
Doğum tarixi | |
Doğum yeri | Yaycı, Naxçıvan qəzası, ADR |
Vəfat yeri | Gəncə, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Məmmədbağır Hacıyev |
Elm sahəsi | baytarçılıq |
Elmi dərəcəsi | kənd təsərrüfatı elmləri doktoru |
Elmi adları | professor, Azərbaycan EA müxbir-üzvü |
İş yeri | Kənd Təsərrüfatı İnstitutu |
Alma-mater | Azərbaycan Kənd Təsərrüfatı İnstitutu |
Təhsili | Kənd Təsərrüfatı İnstitutu |
Tanınır | həkim-baytar |
Mükafatları | Qırmızı Əmək Bayrağı ordeni |
Hacı Hacıyev 21 mart 1919-cu il Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Yaycı kəndində anadan olub. 1941-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. Kənd Təssərrafatı İnstitutunun kənd təsərrüfatı heyvanlarında daxili yoluxmayan xəstəliklər, klinik diaqnostika və cərahiyyə kafedrasının müəllimi olmuşdur. 1962-ci ildən dosent, 1967-ci ildən kənd təsərrüfatı elmləri elmləri doktoru, 1967-ci ildən professor, 1978-ci ildən Azərbaycan Kənd təsərrüfatı İnstitunun elmi işlər üzrə prorektoru olmuşdur. Hacı Hacıyevin təşəbbüsü ilə Naftalan neftinin tərkibinin ardıcıl surətdə öyrənilməsi və baytarlıqda tətbiqi üzrə problem laboratoriuası təşkil edilmişdi.
3 monoqrafiyanın, 5 dərsliyin, 200-dən çox elmi məqalənin, "Baytarlıq terminləri lüğəti"nin müəllifidir. Naftalan nefti ilə müalicə sahəsiundə elmi işləri 1971-ci ildə Meksikada Beynəlxalq konqresin materiallarına daxil edilmişdir.