Hacı Məcid hamamı

Hacı Məcid hamamıSumqayıt şəhərinin Corat qəsəbəsində, Səməd Vurğun küçəsindən 60-70 metr aralıda, qəsəbənin daxilinə uzanan küçənin sağ tərəfində yerləşir. Corat qəsəbəsində mövcud olmuş iki hamamdan biridir. Qəsəbə sakinləri arasında köhnə hamam olaraq tanınır[2].

Hacı Məcid hamamı
Xəritə
40°34′28″ şm. e. 49°42′40″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Sumqayıt
Yerləşir Corat qəsəbəsi
Tikilmə tarixi XVI əsr[1]
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yerin altında yerləşən hamam bayır hissədən 1,50 sm hündürlüyə malikdir. Təxmini olaraq iki metrə yaxın hissəsi isə yerin altında yerləşir. Hamamın kanalizasiya boruları saxsıdan olmuşdur. Suyu isə müalicəvi əhəmiyyətə malik olan sirin və kükürdlü Nəbi bulağından təmin edilirdi. Əsas giriş şərq, Qazanxanaya isə giriş cənub-qərb hissədəndir. Əsas hissənin divarları yarıya qədər kafel, tavan hissə isə balıqqulağı ilə işlənmişdir. Qapılarının üzəri, hücrələrə keçidlər və daxili hücrə tağ şəkillidir.

Hamamın XVI əsrdə tikilməsi qeyd olunur. Sonuncu dəfə 1985-ci ildə təmir olunub.[3] 1988-ci ilə qədər istifadə olunan hamam hazırda istifadəsiz və baxımsız vəziyyətdədir[2].

  1. "Sumqayıtın memarlıq abidələri". 2021-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-13.
  2. 1 2 "Sumqayıtın 2000 illik tarixi olan Corat qəsəbəsi". 2021-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-13.
  3. İctimai TV. "Beş əsr yaşı olan Hacı Məcid hamamı bərbad vəziyyətdədir" (az.). Youtube.com. 05.11.2023. 2023-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-05.