Hacı Məhəmmədəli Şirvani

Hacı Məhəmmədəli ibn Axund İskəndər Şirvani (1783, Şamaxıən tezi 1831) — azərbaycanlı tarixçi, səyyah şair.

Hacı Məhəmmədəli Şirvani
Hacı Məhəmmədəli ibn Axund İskəndər Şirvani
Doğum tarixi
Doğum yeri Şamaxı
Vəfat tarixi ən tezi 1831
Fəaliyyəti şair

Hacı Məhəmmədəli Şirvani 1783-cü ildə Şamaxıda dünyaya gəlmişdir. XVIII əsrin tanınmış alimlərindən olmuşdur. Hacı Zeynalabdin Şirvaninin qardaşı olan bu şəxs səyyah, mütəfəkkir, tarixçi, maarifçi, ədib və şair kimi tanınmışdı. O, "Fani" təxəllüsü ilə şeirlər yazmışdır.

Hacı Məhəmmədəli də Kərbəla mühitində formalaşmış alim idi. O, həyatının təqribən 20 ilini təhsilə, elmi biliklərə yiyələnməyə sərf etmişdir. Alimi daha çox ictimai-fəlsəfi məsələlər maraqlandırırdı. O, təqribən 30 il ərzində Yaxın və Orta Şərq ölkələrini, Hindistanı və Orta (Mərkəzi) Asiyanı gəzmişdir. Elm aləminə onun 4 başlıca əsəri məlumdur.

Alimin əsərləri XIX əsrin 20-30-cu illərinə aid olsa da XVIII yüzilliyin mühüm tarixi, fəlsəfi, elmi, əxlaqi, dini, etnoqrafik, ədəbi, estetik gerçəkliklərinin inikasından ibarətdir. "Həqiqət əlhəqaiq" ("Həqiqətlərin həqiqəti", 1836-1837) adlı əsərində alimin səyahət təəssüratları öz əksini tapmışdır. Hacı Məhəmmədəlinin təbabətə dair dəyərli əsərləri də vardır. Ölüm tarixi məlim deyildir.