Hacı Mükərrəm oğlu Mirmehdizadə (1 yanvar 1968, Dondarlı, Qubadlı rayonu) — Azərbaycan iqtisadçısı, hüquqşünas; SSRİ yunan-roma güləşçisi. SSRİ-Əfqanıstan müharibəsi və Qarabağ müharibəsi iştirakçısı; Muğanbank-ın Sənaye filialının müdiri (2018).
Hacı Mirmehdizadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 yanvar 1968 (56 yaş) |
Doğum yeri | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Rütbəsi | kiçik leytenant[d] |
Döyüşlər | |
Təltifləri |
Hacı Mirmehdizadə 1968-ci il yanvarın 1-də Qubadlı rayonun Dondarlı kəndində anadan olub. 1985-ci ildə Dondarlı kəndi orta məktəbini bitirib , həmin il Bakıdakı Maliyyə kredit Texnikumuna qəbul olub. Uşaqlıqdan güləş idmanı ilə məşğul olan Hacı Mirmehdizadə Ukraynada keçirilən SSSR yunan-roma güləşi üzrə 1-ci yerə çıxıb.
Orta məktəbdə oxuduğu illərdə bir neçə dəfə rayon çempionu, iki dəfə respublika çempionu olub. Yunan-roma güləşi üzrə (klassik güləş) idman ustasıdır.
1986-ci ildə hərbi xidmətə çağırılmış və Özbəkistan Respublikasının Cercik şəhərində desant hissəsində qulluq edir, 2 ay sonra xidmətini Əfqanıstan Respublikasında davam etdirir.[1] Burada ağır döyüşlərdə 2 dəfə yaralanır. Döyüşlərdə göstərdiyi şücaətə görə 3 dəfə Qırmızı Ulduz ordeni ilə, “İgidliyə görə” medalı və Mərkəzi Komitənin adından fəxri fərmanla, həmçinin Əfqanıstan rəhbərliyinin adından medalla təltif olunur. 1989-cu ildə kiçik leytenant rütbəsi ilə xidmətini başa vurur. 1990-ci ildən Qarabağ müharibəsində özünümüdafiə batalyonunda xidmət edir. Sonra texnikumda təhsilini davam etdirir. Texnikumu bitirdikdən sonra BDU-nun hüquq fakültəsinə daxil olur.[2] Hüquq fakültəsini bitirdikdən sonra işlədiyi dövrdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və İqtisadiyyat fakültəsini də bitirir.
Bakı Dövlət Universitetini bitirdikdən sonra Bank sistemində çalışmağa başlayır, Sənaye bankında kredit mütəxəssisi kimi fəaliyyəti davam etdirir.
BUSB bankda müdir müavini, müdir, 2003-ci ildən “Zaminbank” ASC “Sənaye” filialında müdir vəzifəsinə təyin olunur.
2018-ci ildən “Muğanbank” ASC-nin Sənaye filialının müdiri vəzifəsində çalışır.[3]