Hacı Muradın nəşinin oğurlanması

Hacı Muradın nəşinin oğurlanmasıAzərbaycanın Qax rayonunda dəfn edilmiş Şeyx Şamilin naibi Hacı Muradın sümüklərinin oğurlanması hadisəsi. Hadisənin 31 may 2019-cu il tarixində baş verdiyi ehtimal edilir[1]. Çıxarılmış qalıqlar, iyunun 2-də öz vətənində Dağıstanın Xunzax rayonunda dəfn edilməsi haqda məlumatlar yayılıb[2]. Azərbaycanın rəsmi dövlət orqanları bununla bağlı bir bəyanat verməsələrdə, Hacı Muradın məzarının yanında təxminən 1 metrə yaxın daş döşəmənin sökülməsi, orada qazıntı aparılması iddianın əsassız olmadığını göstərir.

Hacı Murad 5 may 1852-ci ildə Qaxın Tanqıt kəndi yaxınlığında kazaklar tərəfindən mühasirəyə alınır. 11 saatlıq döyüşdən sonra Hacı Murad və silahdaşları öldürülür. Hacı Muradın başı kəsilərək Tiflisə canişin Y.Vorontsova göndərilir. Bir müddət Tiflis yanğınsöndürmə deposunda saxlanılan baş sonradan Çar I Nikolayın əmri ilə görkəmli rus anatomu və cərrahı N.N.Piroqova göndərilir. N.N.Piroqov tərəfindən mumiyalandıqdan sonra başı Sankt-Peterburq Hərbi-Tibb Akademiyasının muzeyində nümayiş etdirilir. Uzun illər Hacı Muradın kəlləsinin Azərbaycanda olan məzarında basdırılma məsələsi müzakirə olunur. Bunu asanlaşdırmaq üçün kəlləni Rusiya Federasiyasının muzey fondundan çıxarılır. Ancaq qohumların fikir ayrılığı səbəbiylə 2018-ci ilin əvvəllərində onun basdırılması baş tutmur[3]. 2019-cu ilin yanvarında Hacı Muradın başını Dağıstana qaytarmaq və onu burada basdırmaq planları açıqlanır. İlkin olaraq bu haqda bəyanatı «Ədalətli Rusiya» Partiyasının lideri, Rusiya Dövlət Dumasının deputatı Sergey Mironov bildirir.[4]. 2019-cu ilin may ayının sonunda xəbərlər çıxdı ki, iyunun 2-də Hacı Muradın qalıqları Azərbaycanın Qax rayonundan gətirilərək Xunzax kəndində yenidən dəfn olunacaq[5][6][7]. Bununla belə Xunzax rayon administrasiyası rəsmi olaraq bu məlumatın doğru olmadığını bəyan edir[8]. Ancaq Hacı Muradın iddia edilən qalıqları 2 iyun 2019-cu ildə Xunzax rayonu ərazisində yenidən dəfn edilib[9].

  • Müsavat Partiyasının başqanı Arif Hacılı iyunun 6-da Qax rayonunun Tanqıt kəndi yaxınlığında Birinci Qafqaz müharibəsinin iştirakçısı və imam Şamilin silahdaşı Hacı Muradın məzarı olan qəbiristanlıqda olub. Amerikanın səsinə müsahibəsində Hacı Muradın cəsədinin qalıqlarının oğurlandığı qənaətinə gəldiyini bildirib[10][11]:
" “Hacı Muradın məzarının yanında təxminən 1 metrə yaxın daş döşəmə sökülüb, orada qazıntı aparılıb. Görünür Hacı Muradın orada olan nəşini çıxarmaq üçün qəbrin üzərində olan daşı dağıtmadan, onun böyründə qazıntı aparmaqla nəşi götürüblər. Məzarın ətrafında yenicə qazılmış torpaq da görünür. Bu mənzərədən belə qənaətə gəldim ki, Hacı Muradın nəşinin oğurlanaraq Rusiyaya aparılması barədə məlumatlar həqiqətə uyğundur. Bu barədə video görüntülər çəkmişəm və texniki imkan olan kimi təqdim edəcəm,” "
" “Dağıstandakılar bizdən ağıllıdırlar və bunu Hacı Muradın nəşinin qalıqlarını Azərbaycandan oğurlamaqla sübut etdilər”[12] "
  1. Hacı Muradın nəşi oğurlanıb? – Qax İH-dən biabırçı cavab[ölü keçid]
  2. [https://www.kommersant.ru/doc/3990189?query=Хаджи-Мурат#id1510372 Хаджи-Мурат возвращается в Дагестан Перезахоронены останки наиба Шамиля, предположительно похищенные в Азербайджане]
  3. "Злоключения головы (28.02.2018)". 2021-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-07.
  4. Подробности: https://regnum.ru/news/society/2560742.html Arxivləşdirilib 2019-06-02 at the Wayback Machine
  5. "Arxivlənmiş surət". 2019-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-07.
  6. "Arxivlənmiş surət". 2019-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-07.
  7. "Arxivlənmiş surət". 2019-06-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-06-07.
  8. "Arxivlənmiş surət". 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-07.
  9. "В Дагестане перезахоронены предполагаемые останки Хаджи-Мурата". 2021-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-07.
  10. "Hacı Muradın nəşi necə oğurlanıb? - Sərhəd orqanları sorğulanmalıdır". 2019-06-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-06-07.
  11. "Arif Hacılı: Hacı Muradın nəşini oğurlayıblar". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-07.
  12. "Arxivlənmiş surət". 2019-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-07.