Hacı Murad (roman)

"Hacı Murad" - Lev Tolstoy tərəfindən 1896-1904-cü illərdə dram janrında yazılmış qısa roman.[1] İlk dəfə 1912-ci ildə, Tolstoyun ölümündən iki il sonra nəşr edilib, kitab şəklində isə 1917-ci ildə oxuculara təqdim olunub. Tolstoyun axırıncı romanıdır. Kitab baş qəhrəman avar Hacı Muradın şəxsi ədavətinə görə hər zaman döyüşdüyü ruslarla əlbirlik etməyindən bəhs edir.[2]

Hacı Murad
ing. Hadji Murat
Müəllif Lev Tolstoy
Janr Tarixi
Orijinalın dili Rus dili
Ölkələr Rusiya Rusiya
Orijinalın nəşr ili (1912)
Tərcüməçi Mustafa Əfəndiyev
Nəşriyyat "Qanun" nəşriyyatı
Nəşr 2015
Səhifə 192
Növ kitab
ISBN ISBN 978-9952-26-955-0
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çar Rusiyası Qafqazı ilhaq etsə də, bölgə xalqları işğalçılarla mübarizəni davam etdirir. Ruslara qarşı döyüşən Hacı Muradla Şeyx Şamil arasında düşmənçilik yaranır və həqiqi düşmən bu ixtilafdan yararlanmaq istəyir. Son nəticədə Hacı Murad işğalçıların tərəfinə keçir.

Yazılması haqqında

[redaktə | mənbəni redaktə et]

Qardaşı Serqeyə yazdığı məktublardan aydın olur ki, Tolstoy ilk dəfə Hacı Murad haqqında Qafqazda xidmət edərkən eşidib. Romanın əvvəlində təsvir olunan qanqal əslində Tolstoyun qaldığı yerin yanında yetişir və Tolstoy bunu görərkən Hacı Muradı xatırlayır və onun haqqında yazmağı fikirləşir. Romanı yazarkən Tolstoyun yaşlı illəri olduğundan sağlığı xeyli zəifləmişdi. Məktublarında da bunu qeyd edirdi. Roman üzərində işləyərkən isə bir qədər özünü canlı hiss etdiyini vurğulayırdı və sadəcə onu tamamlamaq haqqında düşünürdü, nəşr etdirmək fikri isə yox idi.

Tolstoyun romanı 19-cu əsrin ortalarında Qafqazı əhatə edir. İmperiyanın işğalı zamanında Çeçen və Rus militantları arasında qarşıdurmalar baş verir. Rus qüvvələrinin ən böyük məqsədi o idir ki, imperiyalarının ərazisini böyütsünlər. Hacı Murad haqqında yazdığı romanda Tolstoy əsgərlikdə olan vaxtında gördüklərini təsvir edir, hətta 1851-ci ildə qardaşına yazdığı məktubda deyirdi: "Əgər xəbərlərlə lovğalanmaq istəyirsənsə, o zaman bil ki, Hacı Murad bir neçə gün öncə Rusiya Hökumətinə təslim oldu. Onda əsil şeytan cəsarəti var və o, bütün çeçenlərin qəhrəmanıdır, lakin pis əməllərə eləməyə məcbur edilmişdir."[3]

Romanın hadisələrin baş verməsindən təxminən əlli il sonra yazılmasına baxmayaraq, Tolstoy Rusiya sivilizasiyasnını həmin dönəmlərini təsvir edir və tənəzzülə uğrayan bürokratiya ilə sağlam bir dağlının həyatını göstərir.

  1. Hacı Murad — Romanın əsas baş qəhrəmanıdır. O anasını, xanımlarını və uşaqlarını tutan Şamili məğlub etmək üçün ruslarla əlbir olur.
  2. Şeyx Şamil — Ruslara qarşı döyüşən Qafqaz Xalqlarının lideridir.[4]
  3. Yusif - Hacı Muradın ən böyük oğlu. Şeyx Şamil onu əsir tutub ölümlə hədələyəndə Yusif özünü öldürməyə cəhd etdi, amma buna nail ola bilmədi
  4. Eldar - Hacı Muradın müridi. Ölənə qədər Hacı Muradla birlikdə döyüşür.
  5. Hənəfi - Hacı Muradın müridi. Ölənə qədər Hacı Muradla birlikdə döyüşür.
  6. Xan-Mağoma -
  7. Sado - Hacı Muradın tərəfdarlarından biri. Ölüm təhdidlərinə baxmayaraq Hacı Muradı evindən qonaq saxlayır. Daha sonralar Sadonun kəndi və evi rus əsgərləri tərəfindən yandırıldı və dağıdıldı
  8. Sadonun atası - Qonaqları olan Hacı Muradı mehribanlıqla salamlayır və ona böyük hörmət duyur
  9. Sadonun oğlu -
  10. Mixail Vorontsov — Rusların ən vacib komandirlərindən biridir. Hacı Murad yalnız ona təslim olub danışmaq istəyir.
  11. Petruxa Avdeyev — Gənc rus əsgəri. Kiçik atışmada yaralanaraq həyatını itirir.
  12. I Nikolay — Çar.
  13. Mariya Dimitreyevna — Romanda Hacı Muradla dostlaşırlar.
  1. 'Hacı Murad', The New York Times
  2. "'Hacı Murad', The Wall Street Journal". 2022-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-26.
  3. "'Hacı Murad', The Guardian". 2022-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-26.
  4. "'Hacı Murad', Goodreads". 2019-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-26.