Hacı Nərimanoğlu

Hacı Nərimanoğlu (tam adı: Hacı Nəriman oğlu Abdulla) — tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Tərcümə Mərkəzində məsul katib, "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin sədri, www.zengezur.com saytının baş redaktoru.

Hacı Nərimanoğlu
Hacı Nəriman oğlu Abdulla
Doğum tarixi
Doğum yeri Saray, Qubadlı rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti tədqiqatçı
jurnalist
Əsərlərinin dili azərbaycanca

Həyatı[redaktə | mənbəni redaktə et]

Hacı Nərimanoğlu 1959-cu ildə Qubadlı rayonunun Saray kəndində doğulub. Diləli Müskanlı kənd 8 illik və Dondarlı kənd orta məktəbi, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Sovet Ordusu sıralarında Kosmodrom Baykonurda həqiqi hərbi xidmətdə olub. Qubadlı rayon komsomol və İcraiyyə komitələrində, İcra hakimiyyətində, AzərTAc Dövlət İnformasiya Agentliyində, AR Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində, AR Sənaye və Energetika Nazirliyində, AR Prezidenti yanında Bilik Fondunda, Azərbaycan Dövlət Tərcümə Mərkəzində (ADTM) işləyib, Azərbaycan Universitetinin İctimai fənlər kafedrasının müəllimi olub. 2008-ci ildən "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin sədri, www.zengezur.com saytının təsisçi, baş redaktorudur. QHT xəttilə Azərbaycan, Çexiya, Türkiyədə həyata keçirilmiş 14 layihəyə rəhbərlik edib. AMEA Tarix İnstitutunda "Azərbaycanın Zəngəzur bölgəsinin demoqrafik vəziyyətində dəyişikliklər (XIX əsr-XX əsrin 20-ci illəri)" mövzusunda dissertasiya müdafiə edib tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Qarabağ müharibəsi veteranı, ehtiyatda olan zabitdir. 20-dən çox elmi-publisistik kitabı nəşr edilib, Azərbaycan, türk, rus, ingilis dillərində dərc olunmuş 100-dən çox elmi, elmi-publisistik məqalənin müəllifidir. Bunların əksəriyyəti Prezident KitabxanasınınAzərbaycan Milli Kitabxanasının elektron kitabxanasında yerləşdirilib. "Rəcəb Tayyib Ərdoğan" və "Qardaşlığın Zəfəri" kitabları TC Cumhurbaşkanlığı Külliyesinin kitabxanasında yerləşdirilib. ADTM-in "Azərbaycan həqiqətləri" layihəsi çərçivəsində 2020–2023-cü illərdə 23 ad, mövzuda məqaləsi və yazdığı mətnlər əsasında hazırlanan sənədli videoçarx beynəlxalq internet məkanında, sosial şəbəkələrdə ingilis, rus, türk, fars, ərəb, gürcü, fransız, ukrain, ispan və alman dillərində yayılıb, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə göndərilib.

Nəşr edilmiş kitabları[redaktə | mənbəni redaktə et]

  1. "Dağlar oğlu", 1994-cü il, "İşıq" nəşriyyatı, 54 səh. 2000 tiraj
  2. "İgidlər eldən gələr", 1996, Bakı, "Səda" nəşriyyatı, 64 səh, tiraj 1000
  3. "Onlar bizim fəxrimizdir", 1997, Bakı, "Səda" nəşriyyatı, 88 səh, tiraj 500
  4. "Mingəçevirin Şəhid polisləri", 2001, Bakı, "Səda" nəşriyyatı, 96 səh, tiraj 500
  5. "Qubadlısız 16 il", 2009, "Elm və Təhsil" nəşriyyatı, 260 səh, 500 tiraj
  6. "TURAN Aşiqləri", 2011, "YEK Production", 152 səh, 1000 tiraj
  7. "Rəcəb Tayyib Ərdoğan", 2011, "NURLAR" nəşriyyatı, 230 səh, 1000 tiraj
  8. "Zəngəzurda doğuldular, Anadoluda əbədiyyətə qovuşdular", 2012, "YEK Production" nəşriyyatı, 142 səh, 2000 tiraj
  9. "Zəngəzur və Qarabağda ermənilərin törətdikləri qətliamlar Osmanlı-Türkiyə arxivlərində", QHT nəşriyyatı-2014, 96 səh, 500 iraj
  10. "Türk, ya erməni soyqırımı? Gerçək tarix rus, ingilis, fransız, amerikan, yəhudi, gürcü…erməni şahidlərin gözü, sözü ilə, QHT nəşriyyatı-2015,128s, t-500
  11. "Əyyub Abasov: Zəngəzur faciəsini yaşayan və yaşadan ədib", Mütərcim-2016, 96 səh, 500 tiraj
  12. "Zəngəzur: köç, deportasiya, soyqırımı, işğal tarixi", QHT nəşriyyatı-2018, 242 səh, 500 tiraj
  13. "Azərbaycan Xalq Cümhuriyyəti: 100 sual, 100 cavab", Mütərcim-2018, 150 səh, 500 tiraj
  14. "Zəngəzur: 100 sual, 100 cavab", Mütərcim-2019, 184 səh. 1000 tiraj
  15. "Qaçaq Nəbi tarixdə, elmi, yazılı və şifahi ədəbiyyatda, incəsənətdə", Mütərcim-2019, 184 səh. 1000 tiraj
  16. "Şəhidlər, "Füyuzat", 264 səh. 500 tiraj
  17. "Şərqi Zəngəzur", "Füyuzat", 264 səh. 500 tiraj
  18. "Qardaşlığın Zəfəri", "Füyuzat" 264 səh. 500 tiraj və digər

Rus dilindən hüquqa aid tərcümə kitabları: "Danışıqlar", "Konsaltinq xidməti" və b.

Hekayələri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Məqalələri: Mehriban Əliyevanın fəaliyyət və portretinə 12 ştrix-“525-ci qəzet”,  26.08.19

Şəxsiyyət və lider nümunəsi-R.T.Ərdoğan 27.02.2019, “525-ci qəzet”,

Biz döyüşdə uduzmadıq...“525-ci qəzet”,10.07.20

Adını tarixə şərəflə yazdıran şəxsiyyət - Kamran Hüseynov, “525-ci qəzet”, 20.04.20

Oxçu faciəsindən 100 il ötdü -“525-ci qəzet”, 22.11.19

70 yaşlı gənc: Mingəçevir -“525-ci qəzet”, 07.11.2018

Türkiyə və Ərdoğan bu seçimdən daha güclü çıxacaq- “525-ci qəzet”, 06.06.2018

Yaşar ürəklərdə adı Əliyarın...AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI, ŞƏHİD KOMANDİR ƏLİYAR YUSİF OĞLU ƏLİYEVİN 60 YAŞINA DOST SÖZÜ - “525-ci qəzet”, 14.12.2017

Zəngəzuru necə itirdik...“525-ci qəzet”, 05.12.2017

Cümhuriyyət bayramın mübarək, Türkiyə! “525-ci qəzet”, 27.10.2016

Yaxın Şərqin canlı ensiklopediyası - professor Elman Araslı-“525-ci qəzet”, 31.08.2015

Ustad yazıçı və müdrik şəxsiyyət – Əli Vəliyev-120, “525-ci qəzet”, 02.03.21

Şair, alim və vətəndaş örnəyi -   Qasım QASIMZADƏ-100, “525-ci qəzet”, 13.03.23

Sonuncu Sovet İttifaqı Qəhrəmanı -Qubadlıda şəhid olan ukraynalı ,  “525-ci qəzet”, 06.04.22

Zəngəzur sevdalısı - “525-ci qəzet”, 14.09.21

Məşhur fransızların ermənilər haqqında görüb yazdıqları - “525-ci qəzet”, 19.05.21

Torpağı Vətən etməyin yolu, “525-ci qəzet”, 19.03.21

Qaçaq Nəbi: 12 mart sui-qəsdi, “525-ci qəzet”, 11.03.21

İki liderin, iki dövlətin bənzərsiz qardaşlıq nümunəsi – İ.Əliyev, R.T.Ərdoğan, “525-ci qəzet”, 26.02.21

Mən bu qələbəyə inanırdım... - “525-ci qəzet”, 25.12.20

1918-in iki hekayəti - “525-ci qəzet”, 12.11.20

Həmsədrlərin erməni sevgisinin tarixi kökləri - “525-ci qəzet”, 30.10.20

Qurtuluşun yaxındır, Zəngəzur! – I, II, III yazı, “525-ci qəzet”, 16.10., 22.10.23.10.2020

Haqq savaşı: "Qurani-Kərim"də və "Kitabi-Dədə-Qorqud"da, “525-ci qəzet”, 13.10.20

Tarixin dərslərindən ibrət almalıyıq - “525-ci qəzet”, 02.10.20

Bakı və Şuşanın ilk komendantı albay Cəmil Cahid - https://zengezur.com/index.php/m-qal-l-r/153-u-a-zharaba-fatehi-t-rk-dz-mil-dzahid-b-y

Bildiyimiz Şuşa haqqında bilmədiklərimiz: keçmiş, bu gün və gələcək https://musavat.com/mobile/news/bildiyimiz-susa-haqqinda-bilmediklerimiz-tarix-bu-gun-ve-gelecek_857090.html

Şuşa əvvəl alınmaz hərbi qalaya, sonra isə maarif, mədəniyyət mərkəzinə çevrilməlidir  https://zengezur.com/index.php/kh-berl-r/33-u-a-maarif-m-d-niyy-t-m-rk-zidir

History of Shusha in “Karabaghname” s.303-307 XVI. ULUSLARARASI TÜRK KÜLTÜRÜ, SANATI ve KÜLTÜREL MİRASI KORUMA SEMPOZYUMU/SANAT ETKİNLİKLERİ https://akademik.adu.edu.tr/aum/tsk/webfolders/files/20221226171435-RV32UDHFFTS2C2DK6LVW-SERVET.AKAR-223975522.pdf

"Çözürüz bu sorunu, mütləq çözürüz..."-R.T.Ərdoğanla mükalimə https://www.moderator.az/news/355453.html

Rəcəb Tayyib Ərdoğan Bakıda “Rəcəb Tayyib Ərdoğan”nın müəllifi ilə görüşmüşdür, https://azertag.az/xeber/532883, 28.07.2011

Nuru paşa- http://1905.az/nuru-pasa/  14.09.2018

Ruhu Qarabağda, cismi Amasyada- M.H.S.Nigari-210, “525-ci qəzet”, 24.08.15

15 sentyabr - Anadolu və Qafqaz türklərinin əbədi qardaşlıq günü - “525-ci qəzet”,  11.09.18

Azərbaycanın işıqlı məkanlarından biri - 130 yaşlı Qubadlı məktəbi, “Azərbaycan müəllimi”, 28.12.2012 - №51

"QAÇAQ NƏBİ, QOÇAQ HƏCƏR haqqında millət vəkili F.Qəzənfəroğlunun yanaşması doğru deyil"-04.06.2018 http://teref.az/manset/87785-qachaq-neb-qochaq-hecer-haqqinda-millet-vekili-fqezenferoglunun-yanashmasi-dogru-deyil.html

Zəngəzurun sonuncu Qazısı Bəhlul Behcət və onun “Qaçaq Nəbi tarixi” kitabı-26.10.2018 https://gadtb.com/zəngəzurun-sonuncu-qazisi-bəhlul-behcət-və-onun-qacaq-nəbi-tarixi-kitabi/

Hacı Nərimanoğlunun “Zəngəzur: köç, deportasiya, soyqırımı, işğal tarixi” monoqrafiyası nəşr edilib

29.07.2018. https://azertag.az/xeber/1183384

"Zəngəzur: köç, deportasiya, soyqırımı, işğal tarixi" monoqrafiyasının təqdimatı olub https://science.gov.az/az/news/open/8532

Hacı Nərimanoğlunun “Əyyub Abasov: Zəngəzur faciəsini yaşayan və yaşadan ədib” adlı kitab çap olunub, 18.06.2016 https://azertag.az/xeber/Ayyub_Abasov_Zengezur_faciesini_yasayan_ve_yasadan_edib_adli_kitab_chap_olunub-962433

http://ek.anl.az/search/query?term_1=Hac%C4%B1+N%C9%99rimano%C4%9Flu&theme=e-kataloq