Hacı Rəşid körpüsü

Hacı Rəşid körpüsü yaxud Daşüz körpüsüOğuz rayonunun Xaçmaz kəndi ərazisində, Daşüz yaşayış ərazisində XIX əsrə aid tarixi abidə.[1]

Daşüz körpüsü
Material tuf daşı və kirəc məhsulu
Uzunluğu 12 metr
Eni 4.5 metr
Hündürlüyü 7 metr

Hacı Rəşid körpüsü (Daşüz körpüsü) Oğuz rayonunun Xaçmaz kəndinin ərazisində Daşüz yaşayış ərazisində yerləşir.[2] Mənzərəli bir yerdə, Sarısu adlanan kiçik bir çay üzərində tikilmişdir.

Körpü çatma tağlıdır. Yəni iri dairə qövsünün kəsişməsindən yaranır. Körpünün inşasında əsas tikinti materialları kimi səliqə ilə hamarlanmış iri kvadrat formal tuf daşı və kirəc məhsulundan istifadə olunmuşdur. Körpü bir aşırımlı olub, çayın özünə yol açdığı təbii kiçik qayalar üzərində tikilmişdir. Uzunluğu 12 m-ə yaxın, eni 4,5 metrdir. Körpünün aşırımının eni 5 metrə yaxındır. Tağın suyun səthindən hündürlüyü isə 7 metrdir. Körpünün üstünə torpaq döşənmişdir. Hacı Rəşid körpüsü bu gün də öz görkəmini tamamilə saxlamışdır.

  • Azərbaycan arxeologiyası. VI cild, Bakı, 2008.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı". 2014-11-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2023-05-25.
  2. "Zərdüşt yurdu, Şumer məskəni, Oğuz eli... - FOTOLAR". 2012-12-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-02.