Xaçmaz — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 40 km şərqdə, Filfili kəndindən 10 km cənubda, Nəzərçayın sağında, Qalaçayın solunda yerləşir. Xaçmaz inzibati ərazi dairəsinin mərkəzidir. Tarixi Xaçmaz keçidi Xaçmaz kəndinin şimalından başlayaraq Fiy və Malqamud aşırımlarınadək gedir. Kəndin dəniz səviyyəsindən yüksəkliyi 760 metrdir.
Xaçmaz | |
---|---|
41°02′59″ şm. e. 47°35′47″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 4817 |
Vikianbarda əlaqəli mediafayllar |
Xaçmaz Oğuz rayonunda ən böyük kənddir. Əhalisi əkinçilik, heyvandarlıq, bağçılıq, tərəvəzçiliklə məşğuldur. Kənddə 2 orta, 1 ümumi orta məktəb, 3 uşaq bağçası, mədəniyyət evi, klub, 3 kitabxana, 1 poçt, 815 yerli elektron ATS, xəstəxana və aptek var. Kənddə ticarət, iaşə və məişət xidməti obyektlərinin geniş şəbəkəsi fəaliyyət göstərir.
Xaçmaz kəndinin 2 km şimal-qərbində, Qalaçayın zirvəsində Xaçmaz Gavurqalası (VII əsr), 5 km şimal-şərgində Balaşum yaşayış yeri (XI–XII əsrlər), kəndin özündə 2 məscid (XIX əsr), kəndə məxsus ərazidə 2 qədim körpü – Adıl və Daşüz körpüləri var. Bu abidələri də respublika hökuməti ölkə və yerli əhəmiyyətli arxeoloji abidələr siyahısına daxil etmişdir.
Rayon mərkəzindən Xaçmaz kəndinə, Xaçmaz kəndindən isə Bakı, Gəncə, Mingəçevir və Qəbələ şəhərlərinə avtobus marşrutları işləyir.
Əhalisinin sayına görə Oğuz rayonunun ən böyük kəndidir.[3] 2009-cu ilin siyahıya alınmasına əsasən kəndə 6954 nəfər yaşayır.[4]
Oğuz rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |