Hacı Xəlil xan Qəzvini

Hacı Xəlil xan Qəzvini (?-1802)—İranın Hindistanda səfiri.

Hacı Xəlil xan Qəzvini
Doğum yeri Qəzvin, İran
Vəfat tarixi
Vəfat yeri Hindistan
Fəaliyyəti diplomat

Hacı Xəlil xan Qəzvini Qəzvin şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Ticarətlə məşğul idi. Ağaməhəmməd şah Qovanlı-Qacarın hakimiyyəti illərində Məlikəttüccar ləqəbi almışdı. Şərqi Hind kompaniyası ilə ticarət əlaqələri qurmuşdu.

Hacı Xəlil xan Qəzvini 20 iyul 1802-ci ildə Hindistanda səfir olarkən öldürülmüşdü.

Hacı Məhəmməd Xəlil xanın Məhəmməd İsmayıl xan adlı oğlu vardı.

  • Ənvər Çingizoğlu, Qəzvinilər, "Soy" dərgisi, Bakı, 2010, 34-39.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]