Hacı Yusif ağa Muğanlı (1769-1829) — Qarabağ əyanı, divanbəyi, quberniya katibi.
Hacı Yusif ağa Muğanlı | |
---|---|
Hacı Yusif ağa Rəhim ağa oğlu Muğanlı | |
Doğum tarixi | |
Doğum yeri | Muğanlı, Dəmirçihəsənli mahalı, Qarabağ xanlığı |
Vəfat tarixi | |
Vəfat yeri | Şuşa, Rusiya imperiyası |
Hacı Yusif ağa Rəhim ağa oğlu 1769-cu ildə Qarabağın Dəmirçihəsənli mahalının Muğanlı obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa şəhərində mədrəsədə oxumuşdu. Şəhərə köçmüş, İbrahimxəlil xan Cavanşirin divanxanasında xidmət etmişdi. Üstün xidmətlərinə görə xandan mülk kimi oba və kənd almışdı. Şuşa şəhəırində və kəndlərdə rəiyyətlərə yiyələnmişdi.
Hacı Yusif ağa Muğanlı rus üsul-idarəsi dönəmində divanbəyi işləmişdi. Quberniya katibi mülki çini almışdı. O, 1829-cu ildə vəfat edib.
Adına Şuşa şəhərində Hacıyusifli adlı məhəllə vardı.
Hacı Yusif ağanın Məhəmməd ağa, Rəhim ağa adlı oğulları, Quba xanım, İmmi xanım, Bədir xanım, Şəkər xanım, Şirin xanım, Hürzad xanım adlı qızları vardı.